Diasporla İş üzrə Dövlət
Komitəsinin yeni sədri kollektivə təqdim
edilib
Aprelin 24-də Azərbaycan Respublikası
Prezidenti Administrasiyasının
rəhbəri Ramiz Mehdiyev Diasporla İş üzrə Dövlət Komitəsinin
yeni sədri Fuad Muradovu kollektivə
təqdim edib.
Dövlət Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, Ramiz Mehdiyev gənc və perspektivli kadr olan Fuad Muradovun Diasporla İş üzrə Dövlət Komitəsinə sədr təyin olunmasının əhəmiyyətini qeyd edib.
Prezident Administrasiyasının rəhbəri Dövlət Komitəsinin fəaliyyətində yol verilmiş nöqsanların yeni sədrin rəhbərliyi ilə aradan qaldırılacağına ümid etdiyini bildirib.
Azərbaycan.- 2018.-25 aprel.- S.3.