Bakı möhtəşəm Azərbaycan Qran-prisinə
hazırdır
Yarım milyarddan çox
azarkeşi olan
“Formula-1” yarışları ölkəmizin turizm
potensialının yüksəlməsinə yenə də böyük töhfə verəcək
Dünyanın idman paytaxtı yenə də möhtəşəm yarış astanasındadır. Artıq iki ildi ki, “Formula-1” Qran-prisinə yüksək səviyyədə evsahibliyi edən Azərbaycan planetin ən güclü pilotlarının əzmkar mübarizəsinin canlı şahidi olmaq üçün sürətsevərləri yenidən Bakıya toplayır.
Azərbaycan istənilən beynəlxalq
yarışı keçirməyə qadir
ölkədir
Öncə onu vurğulayaq ki, “Formula-1” həm əhatə dairəsi, həm də miqyasına görə tam fərqli idman yarışıdır. Yəni hər ölkənin keçirə biləcəyi yarış deyil. Bu mənada Azərbaycan həm məsuliyyətli, həm də şərəfli layihəni həyata keçirməklə nəyə qadir olduğunu bir daha nümayiş etdirir.
Hələ 3 il öncə “Bakı-2015” I Avropa Oyunlarının standartlarını müəyyənləşdirərkən dünyaya bəlli oldu ki, Azərbaycan istənilən beynəlxalq yarışı keçirməyə qadir ölkədir. Buna həm daxili təhlükəsizliyi, həm də iqtisadi gücü imkan verir. Daha sonra “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarına yüksək səviyyədə evsahiblyi ilə Azərbaycan İslam dünyasının da lider dövləti olduğunu bir daha təsdiqlədi. Bir sözlə, Avrasiya ölkəmizin gücünün, bacarığının, qüdrətinin şahidi oldu.
İki il öncə 500 milyondan çox azarkeşi olan “Formula-1” Qran-prisi özü ilə yeni texnika nümunələrini, super-motorları ölkəmizə gətirdi. Bu yarış Bakıya çox sayda azarkeş, media mənsubları, turist gətirdi ki, onların da hesabına qazanan Azərbaycan oldu. Ölkə və ən əsası, paytaxtımız Bakı imic kapitalı əldə etdi.
Ölkəmizdə bu sahədə
ixtisaslaşmış yerli kadrlar yetişib
Bu sirr deyil ki, xalqımız təbiətcə dinamik, hərəkətli və eyni zamanda sürəti sevən xalqdır. Yarışmağı sevirik və həm də mübarizə etməyi yaxşı bacarırıq. Bununla yanaşı, gördüyümüz hər işi sevərək, can qoyaraq edirik. Bunu həm indiyədək idmançılarımızın qazandıqları böyük uğurlarla, həm də ölkəmizin beynəlxalq yarışlara yüksək səviyyədə evsahibliyi etməsi ilə sübuta yetirmişik. Bütün bu xüsusiyyətlər dünyada 500 milyondan çox azarkeşi olan “Formula-1” üçün də xarakterikdir.
Xalqımız bu idman növünü də maraqla qarşılayaraq tez bir zamanda onun daimi azarkeşlərinə çevrilib. Azərbaycan sürətsevərləri bundan öncəki Qran-pri yarışlarını böyük coşqu ilə qarşılayıb həvəslə izlədilər. Çox güman ki, növbəti Azərbaycan Qran-prisində də analoji hal yaşanacaq.
Digər tərəfdən, ölkəmizdə qlobal səviyyədə idman yarışlarını keçirmək üzrə ixtisaslaşmış çox sayda yerli kadr yetişdi. Yüzlərlə könüllü və marşal iş karyerası ilə əlaqədar arzularını bu yarış vasitəsilə reallaşdırdı. Nəticədə, həm Azərbaycan daha çox insan tərəfindən güclü dövlət kimi tanındı, həm də xalqımız, xüsüsən də gənclərimiz bu və ya digər şəkildə yarışın verdiyi iqtisadi və karyera imkanlarından faydalana bildilər.
Bəzi tribunalar
üçün biletlər
tam satılıb
Həftəsonu Bakı yenidən dünyanın diqqət mərkəzində olacaq. Artıq paytaxtımızdakı
yarışa dünyanın
sürət həvəskarları
böyük maraq göstərirlər. Belə ki,
yarışlara fərqli
ölkələrdən biletlər
alınıb. Hətta Azərbaycan
Qran-prisi üçün
Filarmoniya tribunasına
olan biletlərin hamısı satılıb.
Dördgünlük biletlərin qiyməti tribunadan asılı olaraq, 250-690 manat arasında dəyişir. Bu biletlər azyaşlılar
üçün endirimli
qiymətlərə təklif
olunur. Bundan başqa, yarış
üçün ayaqüstü
zonalara birgünlük
biletlər də satışdadır. Həmin biletlərin
qiyməti günlərdən
asılı olaraq
60-150 manat təşkil
edir.
Həmçinin bilet sahiblərinə həm dünya ulduzlarının iştirakı
ilə baş tutacaq axşam konsertlərində, həm
də məşhur
DJ-lərin çıxış
edəcəyi gecə
əyləncə proqramlarında
“Qızıl dairə”də
olmaq imkanı verilir. Bunun üçün tamaşaçılar aldıqları
biletə ya gündəlik əlavə
80, ya da birdəfəyə üç
gün üçün
cəmi 200 manat ödəniş etməlidirlər.
Bilet sahibləri trekdə yarışla yanaşı, Dənizkənarı
Milli Park boyunca uzanan əyləncə zonasında olan bütün tədbirlərdə
iştirak edə, həftəsonunun hər axşamı “Baku Crystal Hall”da
keçiriləcək konsert
və əyləncə
proqramlarına qatılmaq
üçün “Bakı
Şəhər Halqası”
Əməliyyat Şirkətinin
Azneft dairəsindən
təşkil edəcəyi
xüsusi avtobuslarla rahat gedib-gələ biləcəklər.
Onu da qeyd edək
ki, hazırda xaricilərlə müqayisədə
yerli vətəndaşlara
biletlər 25 faiz aşağı qiymətə
təklif olunur. Bu endirim yarış başlayana qədər davam edəcək.
Dəniz və hava yolu ilə
gələn bütün
yüklər artıq
Bakıya çatıb
Artıq yarışlara hazırlıq
işlərinin 90 faizi
başa çatıb. Pit və
komanda binaları, eləcə də qarajlar yarışa tam hazırdır.
“Bakı Şəhər Halqası”
Əməliyyat Şirkətinin
(BŞH) yarış obyektinin
tikintisi üzrə rəhbəri Tom Butçer
bildirib ki, tribunalarla bağlı işlərin 95 faizi yekunlaşıb: “Bizi həftə sonu çox gözəl yarış gözləyir
və hamı Bakı küçələrində
sürücülərin mübarizəsinə
şahid olacaq. Ötən il olduğu kimi, trekin düşdüyü
mərkəzi küçələr
nəqliyyatın hərəkəti
üçün bağlanacaq”.
T.Butçer qeyd edib ki,
dəniz və hava yolu ilə
gələn bütün
yüklər artıq
Bakıya çatıb. Beynəlxalq Avtomobil
Federasiyasının rəsmiləri
Bakı trekinə baş çəkib, inspeksiya işlərini həyata keçirəcəklər.
Onun sözlərinə görə,
Bakı treki standartlara uyğundur və yağışlı,
eyni zamanda küləkli hava şəraitinə hazırdır.
Dünya bir daha qədimliklə müasirliyin uğurlu tandeminin şahidi olacaq
Ötən illə
müqayisədə bu
il Azərbaycanda
keçiriləcək növbəti
“Formula-1” yarışına xaricdən daha çox maraq var və yarış
ərəfəsində Bakıya
minlərlə turist gəlməkdədir. Əməliyyat şirkəti Azərbaycan
Qran-prisini izləməyə
gələn azarkeşləri
böyük qonaqpərvərliklə
qarşılamağa hazırlaşır.
Əlavə edək ki, “Formula-1” azarkeşlərinin Azərbaycanla
tanışlığı, milli mətbəximiz, tarixi abidələrimiz, xalqımızın qonaqpərvərliyi,
tolerantlığı ölkəmizə
olan marağı daha da artırıb. Ölkəmizə gələn turistlər xalqımızın gülərüz,
mehriban, qonaqpərvər
olduğunu etiraf edir, Bakıda qədimiliklə müasirliyin
maraqlı tandem yaratdığını
söyləyirdilər. Bunun da gələcəkdə ölkəmizin turizm potensialının yüksəlməsinə
böyük töhfə
verəcəyi bəlli
idi. Dünyanın müxtəlif ölkələrindən
gələcək azarkeşlər
və televiziya qarşısında yarışları
canlı izləyəcək
fanatlar bir daha Bakının əsrarəngiz gözəlliyinin
şahidi olacaqlar.
Hər ölkə
üzərinə bu cür ağır məsuliyyət götürə
bilmir
Prezident İlham Əliyev də bu yarışların
Bakıda keçirilməsinin
əhəmiyyətindən və görülən işlərdən danışarkən
qeyd edib ki, “Formula-1” yarışının
keçirilməsi hər
bir ölkəyə nəsib olmur. Çünki hər bir ölkə
bu məsuliyyəti öz üzərinə götürə bilmir və çətinlik çəkir. Ancaq Azərbaycan bu yarışı da uğurla keçirib:
“Formula-1” yarışının Azərbaycanda keçirilməsinin
ölkəmizin dünyada
tanıdılması üçün
müstəsna əhəmiyyəti
vardır. Beş yüz milyon
tamaşaçı auditoriyası
olan bu yarışa
bütün qitələrdə
baxmışlar və
şəhərimizin gözəlliyini,
insanlarımızın qonaqpərvərliyini
bütün dünya görübdür. Təsadüfi deyil ki, biz də
bunu nəzərdə
tuturduq, planlaşdırırdıq
ki, bu yarışdan
sonra ölkəmizə
gələn turistlərin
sayı dəfələrlə
artacaq və artıb”.
Bu beynəlxalq
idman yarışı
vasitəsilə iqtisadiyyatını,
tarixini, keçmişini,
gələcəyini dünyaya
tanıdan Azərbaycan
növbəti dəfə
“Formula-1” Qran-prisinə çox
yüksək səviyyədə
evsahibliyi edəcək. Təhlükəsizlik, infrastruktur hazırlığı,
kütləvi tədbirlərin
keçirilməsi ilə
bağlı təşkilati,
texniki bazanın mövcudluğu da bunun əyani göstəricisidir.
Rəşad BAXŞƏLİYEV
Azərbaycan.- 2018.- 25 aprel.- S.1; 11.