Parlamentlərarası əməkdaşlıq
əlaqələrin genişlənməsinə töhfə verir
Aprelin 25-də Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev Türkiyə Böyük Millət Məclisinin sədri İsmayıl Qəhrəman
ilə görüşüb.
AZƏRTAC-ın
xüsusi müxbiri xəbər verir ki, Türkiyə Böyük Millət Məclisinin sədri İsmayıl Qəhrəman
Azərbaycan Prezidenti İlham Əliyevi qarşıladı.
Görüşdə İsmayıl Qəhrəman
Prezident İlham Əliyevin Türkiyəyə
rəsmi səfərindən
məmnunluğunu bildirdi. Türkiyə
parlamentinin sədri dövlətimizin başçısının
prezident seçkilərində
parlaq qələbə
qazanması münasibətilə
təbriklərini çatdıraraq
dedi: “Sizin böyük səs çoxluğu ilə qalib gəlməyiniz bizi şərəfləndirdi.
Prezident İlham Əliyev təkcə öz ölkəsi üçün
deyil, bölgə və dünya üçün də mühüm şəxsiyyətdir”.
Prezident İlham Əliyev səmimi təbriklərə
görə Türkiyə
Böyük Millət
Məclisinin sədrinə
minnətdarlığını bildirdi. Dövlətimizin başçısı bu səfərin əlaqələrimizin inkişafında
yeni mərhələ
olacağına əminliyini
vurğuladı.
Görüşdə ikitərəfli münasibətlərimizin
uğurlu inkişafından
məmnunluq ifadə edildi, parlamentlərarası
əməkdaşlığın əlaqələrimizin genişlənməsinə
töhfə verdiyi qeyd olundu.
Söhbət zamanı Azərbaycanın
və Türkiyənin
regionda əməkdaşlığa
və təhlükəsizliyə
verdiyi töhfənin,
ölkələrimizin birlikdə
qlobal əhəmiyyətli
böyük strateji layihələr həyata keçirməsinin əhəmiyyəti
qeyd olundu.
Azərbaycan.- 2018.- 26 aprel.- S.3.