Azərbaycan Respublikasının Prezidenti
Zati-aliləri cənab İlham Əliyevə
Əziz cənab Prezident.
Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi təbrik edir və ali dövləti fəaliyyətinizdə uğurlar diləyirəm.
Əminəm ki, həm Rumıniya, həm də Azərbaycan üçün əlamətdar olan bu ildə ölkələrimiz arasındakı strateji tərəfdaşlığı dərinləşdirmək və konkret layihələr əsasında ikitərəfli iqtisadi əməkdaşlığımızı genişləndirmək üçün praqmatik addımlar atmaq imkanlarına malik olacağıq.
Əziz cənab Prezident, xahiş edirəm ən dərin ehtiramımı qəbul edin.
Hörmətlə,
Klaus Verner İohannis
Rumıniyanın Prezidenti
Azərbaycan.- 2018.-26 aprel.-
S.4.