Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

 

Zati-aliləri.

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə İsveçrə-MDB Birgə Ticarət Palatasının İdarə Heyəti üzvləri adından səmimi təbriklərimizi qəbul etməyinizi xahiş edirəm.

İsveçrə-MDB Birgə Ticarət Palatası Sizin rəhbərliyinizlə Azərbaycanda ticarət investisiyanın inkişafını İsveçrə şirkətləri üçün yüksək qiymətləndirir. Bizim ticarət palatamız bu imkanları təşviq etmək üçün səylə çalışır və Azərbaycan ilə İsveçrə arasında iqtisadi münasibətlərin daha da inkişaf etdirilməsi istiqamətində fəaliyyət göstərir.

Yeni prezidentlik dönəmində Sizə müvəffəqiyyətlər arzu edir, Azərbaycan xalqına rifah və firavanlıq diləyirəm.

Cənab Prezident, ən yüksək ehtiramımı qəbul edin.

Hörmətlə,

 

Marsel Pavliçek

İsveçrə-MDB Birgə Ticarət Palatasının prezidenti

 

Azərbaycan.- 2018.- 26 aprel.- S.4.