Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

 

Hörmətli cənab Prezident.

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirik. Gürcüstan azərbaycanlıları ulu öndərimiz Heydər Əliyevin uzaqgörən siyasətinə səs verən xalqımızın seçimini alqışlayır sevincinə şərik olur. Əminik ki, möhtərəm Prezidentimizin liderliyi ilə Azərbaycan dünyanın siyasi arenasında mövqeyini daha da gücləndirəcək.

Cənab Prezident, doğma Azərbaycanımızın tərəqqisi naminə fəaliyyətinizdə Sizə yeni-yeni uğurlar, möhkəm cansağlığı arzulayır, xalqımıza sülh rifah diləyirik.

Hörmətlə,

 

Leyla Əliyeva

Tbilisidəki Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyət Muzeyinin direktoru,

Azərbaycanın Əməkdar Mədəniyyət İşçisi

 

Azərbaycan. - 2018.- 26 aprel.- S.4.