Kuala Lumpurdaİlham Əliyev” kitabının təqdimatı olub

 

Malayziya Milli Kitabxanasında Azərbaycanın bu ölkədəki səfirliyinin təşkilatçılığı ilə Milli Məclisin deputatı, yazıçı-dramaturq Hüseynbala Mirələmovun və Viktor Andriyanovun həmmüəllifləri olduqları “Görkəmli adamların həyatı. Bioqrafiya davam edir” silsiləsindən “İlham Əliyev” kitabının malay dilində nəşrinin təqdimat mərasimi keçirilib.

Tədbirdə Malayziyanın Xarici İşlər, Turizm və Mədəniyyət nazirliklərinin, digər dövlət qurumlarının rəsmiləri, ölkədə akkreditə olunmuş diplomatik korpusun, qeyri-hökumət təşkilatlarının, ictimaiyyətin və yerli kütləvi informasiya vasitələrinin nümayəndələri, Milli Məclisin deputatı, Azərbaycan-Malayziya parlamentlərarası işçi qrupunun üzvü Qənirə Paşayevanın başçılıq etdiyi nümayəndə heyəti və soydaşlarımız iştirak ediblər.

Mərasimi açan Azərbaycanın Malayziyadakı səfiri Qaley Allahverdiyev 2017-ci ilin dekabrında burada Milli Məclisin deputatı, yazıçı-dramaturq Hüseynbala Mirələmov və Viktor Andriyanovun həmmüəllifləri olduqları “Görkəmli adamların həyatı” silsiləsindən “Heydər Əliyev” kitabının malay dilində nəşrinin təqdimat və “Azərbaycanı kəşf et” adlı sərginin açılış mərasiminin keçirildiyini xatırladıb. Qeyd edib ki, budəfəki tədbir səfirliklə Milli Kitabxana arasında mövcud səmərəli əməkdaşlığın davamıdır.

Malayziya Milli Kitabxanasının baş direktoru Nafisah Ahmad Hüseynbala Mirələmov və Viktor Andriyanovun həmmüəllifləri olduqları “Görkəmli adamların həyatı. Bioqrafiya davam edir” silsiləsindən “İlham Əliyev” kitabının malay dilində nəşr edilməsindən və kitabın təqdimatının Milli Kitabxanada keçirilməsindən böyük məmnunluq duyduqlarını ifadə edib.

Tədbirin Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə təsadüf etdiyini bildirən baş direktor hazırkı tədbirin bu əlamətdar günün təbliğinə dəstəyin nümunəsi olduğunu bildirib, Azərbaycan səfirliyinin Malayziyada kitab sənayesinin inkişafına verdiyi töhfələri yüksək qiymətləndirib.

N.Ahmadİlham Əliyev” kitabının ümummilli lider Heydər Əliyevin irsinin layiqli davamçısı Prezident İlham Əliyevin ölkə rəhbərliyinə aparan həyat yoluna həsr edildiyini, bu zəngin həyat yolunun gənc nəsil üçün örnək olduğunu qeyd edib. O, “Heydər Əliyev” kitabı kimi bu kitabın da Malayziyada böyük uğur əldə edəcəyinə inandığını bildirib.

Azərbaycan-Malayziya parlamentlərarası işçi qrupunun üzvü Qənirə Paşayeva “Görkəmli adamların həyatı. Bioqrafiya davam edir” silsiləsindən “İlham Əliyev” kitabının Azərbaycanın uğurları və nailiyyətləri ilə tanış olmaq üçün mühüm vasitə olduğunu diqqətə çatdırıb. Prezident İlham Əliyevin dost Malayziya ilə əməkdaşlığın daha da genişləndirilməsinə daim xüsusi diqqət göstərdiyini qeyd edən deputat Milli Məclisin Malayziya parlamenti ilə əməkdaşlığı genişləndirmək əzmində olduğunu diqqətə çatdırıb. Azərbaycan Dövlət İqtisad Universitetinin prorektoru Səadət Qəndilova Prezident İlham Əliyevin yürütdüyü məqsədyönlü siyasət sayəsində Azərbaycanın iqtisadi potensialının durmadan artdığını, əhalinin rifah halının yüksəldiyini, daxilixarici siyasətdə böyük uğurlar əldə edildiyini bildirib. “Görkəmli adamların həyatı. Bioqrafiya davam edir” silsiləsindən “İlham Əliyev” kitabının Azərbaycanın son dövr tarixinin öyrənilməsi baxımından mühüm mənbə olduğu, kitabın malay dilində nəşr edilməsinin Azərbaycanla Malayziyanın yaxınlaşmasında mühüm rol oynayacağı vurğulanıb.

Sonra səfirlik tərəfindən Malayziya Milli Kitabxanasına “Görkəmli adamların həyatı. Bioqrafiya davam edir” silsiləsindən “İlham Əliyev” kitabının malay dilində nəşri, “İlham Əliyev. Prezidentin portreti” kitabı, xalqımızın mədəni irsinin nümunəsi olaraq kəlağayı və çay dəsti hədiyyə edilib.

 

Azərbaycan.- 2018.-26 aprel.- S.4.