Dövlət İdarəçilik Akademiyasında “Heydər
Əliyev: hakimiyyət və şəxsiyyət” mövzusunda telekonfrans keçirilib
Aprelin 25-də Azərbaycanın Qırğızıstandakı səfirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası (DİA) və Qırğızıstan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr edilmiş online “dəyirmi masa” keçirilib.
DİA-dan AZƏRTAC-a bildiriblər ki, rektor akademik Urxan Ələkbərov bu ali məktəbin nəzdində fəaliyyət göstərən “Heydər Əliyev Dövlət İdarəçiliyi Məktəbi”ndən telekörpü vasitəsilə Qırğızıstan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında “Heydər Əliyev: hakimiyyət və şəxsiyyət” mövzusunda keçirilən “dəyirmi masa”nın işinə qatılıb. “Dəyirmi masa”da Azərbaycanın Qırğızıstandakı səfiri Hidayət Orucov, Qırğızıstanın Dövlət İdarəçilik Akademiyasının rektoru Almaz Nasırov, Qırğızıstanda fəaliyyət göstərən ali təhsil müəssisələrinin rəhbərləri, Qırğızıstanda akkreditə olunmuş xarici ölkələrin səfirləri, tanınmış ziyalılar, görkəmli elm xadimləri, ictimaiyyətin nümayəndələri, diplomatlar iştirak ediblər.
Tədbirdə çıxış edən akademik U.Ələkbərov ümummilli liderin xalqımız qarşısındakı xidmətlərindən danışıb. Ulu öndərin müstəsna xidmətlərinin hələ uzun illər tədqiqatçıların diqqət mərkəzində olacağını qeyd edən rektor müasir Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsinin Azərbaycan yaşadıqca daim xalqımızın yaddaşında, ürəyində yaşayacağını vurğulayıb. U.Ələkbərov ümummilli liderin ölkəmizin davamlı inkişafı sahəsində başladığı nəhəng işlərin, möhtəşəm layihələrin bu gün onun layiqli varisi Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırıb. Akademik vurğulayıb ki, Azərbaycanın bugünkü inkişaf yolunun əsas istiqamətlərindən danışarkən bu inkişafın, ilk növbədə, xalqımızın ümummilli lideri Heydər Əliyevin siyasi, sosial prioritetləri zamanında düzgün müəyyənləşdirməsinin, həmçinin onun siyasi xəttinin ardıcıl davam etdirilməsinin nəticəsi olduğunu birmənalı qeyd etmək lazımdır. Rektor davamlı inkişaf və insan potensialının inkişafının bəşəriyyətin XXI əsrdə əsas prioriteti olduğunu və vaxtilə elə bu gerçəkliklərə dayanan ulu öndərin insan inkişafı konsepsiyasını müəyyənləşdirdiyini diqqətə çatdırıb.
U.Ələkbərov qeyd edib ki,
son 15 ildə ölkəmizdə
davamlı inkişaf üçün
iqtisadi baza
yaradılıb. Eyni zamanda,
məlumat verilib ki, Azərbaycan
son illərdə bir çox davamlı inkişaf
göstəriciləri və sosial indikatorlara görə, “Böyük
İyirmilik” və “Böyük
Yeddilik” ölkələrinin əksəriyyətini
üstələyir. U.Ələkbərov
vurğulayıb ki, bu
uğurların kökündə yalnız yaxşı idarəçilik,
Prezident İlham
Əliyevin tətbiq etdiyi orijinal
idarəetmə texnologiyaları və dövlət
institutlarının, vətəndaş cəmiyyətinin,
özəl sektorun fəaliyyətinin
kombinasiyası dayanır.
Azərbaycan.- 2018.-26 aprel.- S.4.