İlham Əliyevin səfəri Türkiyənin əsas gündəm mövzusu oldu

 

Tarixin sınaqlarından daim üzüağ çıxmış Azərbaycan-Türkiyə münasibətləri ötən dövr ərzində daha da möhkəmlənərək iki ölkə arasında strateji bağların yeni səviyyəyə yüksəlməsini təmin edib.

Eyni  kök, dil, din, oxşar mədəniyyət, adət və ənənələr bu gün qarşılıqlı əlaqələri şərtləndirən amillər sırasında yer alır.  Müasir dünya reallığında hər iki ölkənin regionda gedən proseslərə vahid prizmadan yanaşmaları, xüsusən ərazi bütövlüyü kimi həssas məsələlərdə bir-birlərinin maraqlarını müdafiə etmələri daha mühüm əhəmiyyət kəsb edir.

Eyni zamanda, qlobal əhəmiyyətli layihələrin reallaşması, qarşılıqlı regional münasibətlər  sisteminin möhkəm təməllər üzərində davam etdirilməsi üçün Türkiyə - Azərbaycan dostluq və qardaşlıq əlaqələrinin inkişafı böyük əhəmiyyətə  malikdir. Proseslərin bu səpkidə inkişafını şərtləndirən daha bir vacib məqam isə  hər iki ölkənin dövlət başçılarının ortaya qoyduqları siyasi iradə, xalqlarımızı bir-birinə daha da yaxınlaşdırmaq cəhdləridir.

Prezident İlham Əliyevin Türkiyəyə növbəti səfərinə də məhz bu fonda yanaşmaq lazımdır. Eyni zamanda, bu səfər qardaş ölkə mediasının əsas gündəm mövzusu olaraq xüsusi diqqət mərkəzindədir. Səfər barədə onlarca teleşirkət, qəzet və internet portalı xəbərlər paylaşıb.

“Milliyət” qəzeti “Cumhurbaşkanı Erdoğan, İlham Aliyev'i Resmi Törenle Karşıladı”, “Azerbaycan Cumhurbaşkanı Aliyev Meclis Başkanı Kahraman ile görüştü”, “Cumhurbaşkanı Erdoğan Aliyev onuruna akşam yemeği verdi” başlıqlı xəbərlər dərc edib. Qəzet İlham Əliyevin prezident seçildikdən sonra ilk rəsmi səfərini Türkiyəyə etməsinə xüsusi yer ayırıb.

 Habertürk” qəzeti də “Azerbaycan Cumhurbaşkanı Aliyev Ankara'da”, “Cumhurbaşkanı Erdoğan Aliyev onuruna yemek verdi” başlıqlı xəbərlərlə oxucuları məlumatlandırıb. Qeyd edilib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevlə görüşüb. Dövlət başçıları birgə foto çəkdiriblər və şam ediblər: “Görüşdə Türkiyə-Azərbaycan dostluq və qardaşlıq münasibətlərinin uğurla inkişaf etdiyi vurğulanıb, siyasi, iqtisadi və digər sahələrdə əlaqələrin yüksək səviyyədə olduğu diqqətə çatdırılıb”.

Sabah” qəzetinin “Cumhurbaşkanı Erdoğan Aliyevi resmi törenle karşıladı” başlıqlı xəbərində qeyd olunub ki, Prezident İlham Əliyevin şərəfinə toplardan yaylım atəşinin müşayiəti ilə Azərbaycanın və Türkiyənin dövlət himnləri səsləndi.

Hürriyet” qəzeti isə “Erdoğan, Azerbaycan Cumhurbaşkanı Aliyevi böyle karşıladı” başlıqlı xəbəri oxucularına çatdırıb. Qeyd edilib ki, İlham Əliyev süvari dəstəsinin müşayiəti ilə Türkiyə Prezidentinin sarayına gəlib.

Akşam” qəzeti isə “TBMM Başkanı İsmail Kahraman Azerbaycan Cumhurbaşkanı İlham Aliyev ile bir araya geldi” başlıqlıq xəbəri oxucularına çatdırıb.  Bildirilib ki, görüşdə İsmayıl Qəhrəman İlham Əliyevin Türkiyəyə rəsmi səfərindən məmnunluğunu ifadə edərək Azərbaycan Prezidentini seçkilərdə parlaq qələbə qazanması münasibətilə təbrik edib. İ.Qəhrəman vurğulayıb ki, Prezident İlham Əliyev təkcə öz ölkəsi üçün deyil, bölgə və dünya üçünmühüm şəxsiyyətdir.

Türkiyənin digər nəşri “Star” qəzeti isə “Azerbaycan Cumhurbaşkanı İlham Aliyev Ankarada” başlıqlı xəbərə yer ayırıb. Qeyd olunub ki, söhbət zamanı dövlət başçıları Türkiyə və Azərbaycanın bütün məsələlərlə bağlı bir-birinin yanında olduğunu diqqətə çatdırıblar.

Yeniakit” qəzeti isə “Erdoğan'ın konuğu Ankara'ya geldi” başlıqlı xəbərə yer verib. Bildirilib ki,  Türkiyə bütün sahələrdə Azərbaycanı dəstəkləyir və eynilə Azərbaycanın dəstəyini də hiss edir.

 Posta” qəzetində də “Azerbaycan Cumhurbaşkanı Aliyev TBMM'de” başlıqlı xəbərə yer ayırıb.

 Anadolu” Xəbər Agentliyinin  “Cumhurbaşkanı Erdoğan Aliyevi resmi törenle karşıladı”, “Cumhurbaşkanı Erdoğan Aliyev onuruna yemek verdi” başlıqlı xəbərində qeyd edilib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının VII iclası keçirilib.

Məşhur “TRTHaber” kanalının “Azerbaycan Cumhurbaşkanı Aliyev Ankara'da” “Cumhurbaşkanı Erdoğan Aliyev onuruna yemek verdi”, “Ahaber” kanalının isə “İlham Aliyevden Türkiye açıklaması” başlıqlı xəbərlərində qeyd olunub ki, hər iki dövlət başçıları görüşdə ölkələr arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf edəcəyinə əminliklərini ifadə ediblər.

Takvim” qəzetində, “Haberlerankara.com”, “hukukihaber.net”, “medyaveri.com”, “ensonhaber.com”,  “haberlerdenevar.com”, “haberler.com”, “habergazetesi.com.tr”, “dunya.com”, “liderhaber.com” və s. xəbər agentliklərində dərc edilən xəbərlərdə də İlham Əliyevin Türkiyə səfəri xüsusi olaraq qeyd edilib. Bildirilib ki, Azərbaycan-Türkiyə qardaşlığı, dostluğustrateji müttəfiqliyi sarsılmaz və əbədidir. Azərbaycan Prezidenti isə Türkiyənin ən yaxın və səmimi dostudur.

 

Elçin CƏFƏROV

 

Azərbaycan.- 2018.-26 aprel.- S.1; 5.