Azərbaycan QHT-ləri 31 Mart - Azərbaycanlıların soyqırımının 100 illiyi ilə bağlı bəyanat yayıb

 

Beynəlxalq ictimaiyyəti gec olsa 1918-ci ildə Cənubi Qafqazda ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımı hadisəsinə siyasi qiymət verməyə Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarını azad etməsi üçün sərt sanksiyalar qəbul etməyə çağırırıq.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu çağırış aprelin 25-də Azərbaycanda fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının üzvlərinin Quba Soyqırımı Memorial Kompleksində 31 Mart - Azərbaycanlıların soyqırımının 100 illiyi ilə bağlı yaydığı bəyanatda öz əksini tapıb.

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasında təmsil olunan QHT-lərin nümayəndələri əvvəlcə ümummilli lider Heydər Əliyevin Quba şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edib, xatirəsini ehtiramla anıblar.

Sonra 1918-ci ildə Qubada cinayətkar erməni hərbi dəstələri tərəfindən törədilmiş soyqırımı qurbanlarının dəfn edildiyi yerdə ucaldılmış abidə ziyarət olunub.

Bildirilib ki, Heydər Əliyev Fondunun dəstəyi ilə yaradılan Quba Soyqırımı Memorial Kompleksi 2013-cü il sentyabrın 18-də açılıb. Kompleksdə XX əsrin əvvəllərində Quba şəhərinin müxtəlif ərazilərinin görüntüləri, o zaman burada aparılan tikinti-quruculuq işləri, əhalinin həyat tərzi haqqında fotolar var. Burada quraşdırılmış sensor ekranlı monitordakı xüsusi xəritədə ermənilərin ötən əsrdə xalqımıza qarşı respublikamızın müxtəlif bölgələrində həyata keçirdikləri soyqırımı aktları barədə bir neçə dildə məlumat əldə etmək mümkündür.

Diqqətə çatdırılıb ki, Quba soyqırımı məzarlığı 2007-ci il aprelin 1-də ərazidə torpaq işləri görülərkən aşkarlanıb. Bundan sonra Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya Etnoqrafiya İnstitutunun əməkdaşları tərəfindən kütləvi məzarlıqda geniş tədqiqat işləri aparılıb. Tədqiqatlar nəticəsində məzarlığın 1918-ci ildə ermənilərin yerli dinc əhaliyə qarşı törətdikləri soyqırımı ilə bağlı olduğu müəyyən edilib.

Quba Soyqırımı Memorial Kompleksi ilə tanışlıqdan sonra 31 Mart - Azərbaycanlıların soyqırımının 100 illiyi ilə bağlı bəyanat oxunub.

Bəyanatda deyilir: “Ötən əsrin əvvəllərində ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımından 100 il ötür. 1918-ci ilin mart ayından etibarən erməni silahlı dəstələri yalnız milli dini mənsubiyyətinə görə on minlərlə azərbaycanlını ən qəddar vəhşi üsullarla qətlə yetirib, həmçinin xalqımıza məxsus nadir tarixi mədəniyyət abidələrini, ibadət ocaqlarını qəbiristanlıqları dağıdıb.

Azərbaycan torpaqlarındaböyük Ermənistanqurmaq xəyalının gerçəkləşdirmək üçün ermənilər 1918-ci ildə soyqırımı, etnik təmizləmə deportasiya siyasəti apararaq regionun siyasi xəritəsini dəyişdirməyə cəhd göstərirdilər. Qısa zaman ərzində ermənilər Şamaxı, Quba, İrəvan, Zəngəzur, Qarabağ, Şirvan, Naxçıvan, Lənkəran digər ərazilərdə misli görünməmiş qırğınlar törədiblər.

1918-ci ilin ilk beş ayı ərzində Qubada xüsusi vəhşiliklə 16 mindən artıq insan öldürülüb, 167 kənd məhv edilib. Bu kəndlərdən 35-i yer üzündən silinib. Şamaxının 70-dən çox kəndi tamamilə məhv edilib, 7 min nəfər öldürülüb. Zəngəzur qəzasında 10 min 68 nəfər qətlə yetirilib, 115 kənd dağıdılıb.

Ermənilər, həmçinin Qubada yerli xalqlara qarşı da açıq qətliam törədiblər. Azərbaycan Xalq Cümhuriyyəti azərbaycanlılara qarşı törədilmiş zorakılığın araşdırılması məqsədilə 1918-ci iyulun 15-də Fövqəladə İstintaq Komissiyası yaradıb. Bu, azərbaycanlılara qarşı törədilmiş soyqırımı siyasətinin siyasi hüquqi qiymətləndirməsi üçün atılan ilk addım idi. Ancaq Cümhuriyyətin süqutu bu prosesin başa çatdırılmasına imkan verməyib.

Soyqırımından sonra tarixi torpaqlarımıza - İrəvana, Zəngəzura, Qarabağa, Naxçıvana digər bölgələrə İran Türkiyədən minlərlə erməni ailəsi köçürülüb.

BMT Baş Məclisinin 1948-ci il 9 dekabr tarixli 260 (III) saylı qətnaməsi ilə qəbul edilmişGenosid cinayətinin qarşısının alınması cəzalandırılması haqqındaKonvensiyada təsbit olunan halların demək olar ki, hamısı 1918-ci ilin mart-aprel aylarında ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilib. Bu, bir daha sözügedən hadisələrin soyqırımı olduğunu göstərir.

Ümummilli lider Heydər Əliyev 1998-ci il martın 26-da 31 mart tarixinin Azərbaycanlıların Soyqırımı Günü elan edilməsi barədə Fərman imzalayaraq 80 il öncə baş vermiş dəhşətli hadisəyə siyasi qiymət verib.

Bu qanlı hadisələrdən 74 il sonra 1992-ci ildə Xocalıda törədilən soyqırımı ermənilərin üzünü bir daha dünyaya göstərmiş oldu.

Biz Azərbaycan QHT-ləri olaraq beynəlxalq ictimaiyyəti gec olsa, 1918-ci ildə Cənubi Qafqazda ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımı hadisəsinə siyasi qiymət verməyə Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarını azad etməsi üçün sərt sanksiyalar qəbul etməyə çağırırıq”.

 

Azərbaycan. - 2018.-26 aprel.- S.6.