İsmayıllıda “Azərbaycanın dövlət-din modeli: əsas istiqamətlər” mövzusunda regional konfrans keçirilib

 

İsmayıllıda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və rayon icra hakimiyyətinin təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin 95 illiyinə həsr olunan “Azərbaycanın dövlət-din modeli: əsas istiqamətlər” mövzusunda regional konfrans keçirilib.

Tədbir iştirakçıları əvvəlcə şəhərin mərkəzində ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə tər çiçəklər düzüblər. Sonra mədəniyyət mərkəzində ulu öndərin həyatını, ictimai-siyasi fəaliyyətini əks etdirən sərgi ilə tanışlıq olub.

Rayon icra hakimiyyətinin başçısı Mirdaməd Sadıqov konfransı açaraq  tədbirin əhəmiyyətini yüksək qiymətləndirib. Rayondakı dini durumdini icmaların qarşılıqlı fəaliyyəti barədə ətraflı məlumat verərək bildirib ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət-din siyasəti hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı ulu öndər Heydər Əliyevin dövlət quruculuğu sahəsində həyata keçirdiyi uğurlu islahat proqramlarından danışıb. Dövlət Komitəsinin sədri ümummilli liderin ölkəmizdə dövlət-din münasibətlərinin əsasını qoymaqla, bu sahədə sağlam ideologiya yaratdığını bildirib.

M.Qurbanlı həmçinin bu ilin ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti ilielan olunmasının önəminə toxunub, müstəqil Azərbaycanın 1918-ci ildə yaradılan Xalq Cümhuriyyətinin siyasi varisi olduğunu bildirib. Qeyd edib ki, Prezident İlham Əliyev tərəfindən atılan addım Xalq Cümhuriyyəti dövründə dövlət-din münasibətlərinin tarixinə nəzər salmağımıza səbəb olub. Bugünkü dövlət-din modelimiz tariximizə, ənənələrimizə əsaslanır. Bu model bu gün ölkəmizdə sabitliyin, tolerantlığın, nəticə etibarı ilə dinamik inkişafımızın başlıca səbəblərindəndir.

Konfransda çıxış edən Prezident Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizmdini məsələlər şöbəsinin böyük məsləhətçisi Ceyhun Məmmədov qeyd edib ki, ölkəmizdə bütün dinlərin nümayəndələri həmrəylik və birlik şəraitində fəaliyyət göstərirlər. Bu da ümummilli lider Heydər Əliyevin dinin cəmiyyətin həyatında rolunu yüksək qiymətləndirməsi nəticəsində mümkün olub. C.Məmmədov bu sahəyə diqqətin davamı olaraq ölkəmizdə dini ibadətgahların bərpa olunaraq dindarların istifadəsinə verildiyini, dini qurumlara maddi yardımların ayrıldığını deyib. Din xadimlərini bu sahədə görülən işlərə öz töhfələrini vermələri üçün onları ölkəmizin radikal təsirlərdən qorunmasında aktiv olmağa çağırıb.

Qafqaz Müsəlmanları İdarəsinin aparat rəhbəri Simran Həsənov bildirib ki, ümummilli liderin ölkəmizə rəhbərliyi dövründə dini etiqad azadlığının əsası qoyulub. Qəbul edilən qanunlarnormativ hüquqi aktlar dini etiqad azadlığını təmin edir, eyni zamanda dövlətlə dini qurumlar arasındakı münasibətləri qanun çərçivəsində tənzimləmək üçün hüquqi əsas yaradır.

 

Əli SƏLİMOV

 

Azərbaycan.- 2018.- 26 aprel.- S.7.