Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

 

Möhtərəm cənab Prezident.

Yenidən dövlət başçısı seçilməyiniz xalqınızın Zati-alinizə böyük etimadının aydın təzahürü olan inamlı qələbəniz münasibətilə Sizi İtaliya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri kimi ürəkdən təbrik edirəm.

Sizin rəhbərliyinizlə ölkələrimiz arasındakı münasibətlərin daim qarşılıqlı məmnunluq doğuracağına əminliyimi ifadə edir bu xoş fürsətdən istifadə edərək Sizə ən səmimi salamlarımı çatdırıram.

Dərin ehtiramla,

 

Sercio Divina

İtaliya-Azərbaycan Parlamentlərarası Dostluq

Qrupunun sədri, İtaliya Senatının senatoru

 

Azərbaycan.- 2018.- 27 aprel.- S.2.