Azərbaycan Respublikasının Prezidenti
Zati-aliləri cənab İlham Əliyevə
Hörmətli cənab Prezident.
Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edir, ali dövləti vəzifənizdə uğurlar arzulayıram. Əminəm ki, Azərbaycan Respublikası Sizin rəhbərliyinizlə daha da inkişaf edəcək.
İnanıram ki, Azərbaycan Respublikası ilə Ümumdünya Əqli Mülkiyyət Təşkilatı (ÜƏMT) arasında ən yüksək səviyyədə olan əlaqələr davam etdiriləcək və gələcəkdə daha da möhkəmlənəcək.
Hörmətli cənab Prezident, mənim ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm.
Hörmətlə,
Francis Qarri
Ümumdünya Əqli Mülkiyyət Təşkilatının
baş direktoru
Azərbaycan.- 2018.- 27 aprel.-
S.2.