Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

 

Zati-aliləri.

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi Beynəlxalq Miqrasiya Təşkilatı adından şəxsən öz adımdan səmimi qəlbdən təbrik etməyi özümə şərəf bilir bundan məmnunluq duyuram.

Miqrasiya XXI əsrin qlobal gündəliyində əsas məsələlərdən biri kimi yer alıb ölkənizdə bu məsələyə xüsusi diqqət yetirilir. Beynəlxalq Miqrasiya Təşkilatı 1996-cı ildən etibarən Azərbaycan Respublikasında fəaliyyət göstərir və miqrasiya ilə bağlı məsələlərin həllində hökumətinizə yardım edir.

Beynəlxalq Miqrasiya Təşkilatı tərəfindən miqrasiyanın fərdlər, icmalar və ümumiyyətlə cəmiyyət üçün yaratdığı imkanların daha yaxşı tənzimlənməsi istiqamətində hökumətinizlə Bakıda, Cenevrədə və digər yerlərdə müzakirələri davam etdirmək niyyətindəyik.

Səmimi qəlbdən inanıram ki, Azərbaycan Respublikası ilə Beynəlxalq Miqrasiya Təşkilatı arasında əməkdaşlıq möhkəmlənməkdə və dərinləşməkdə davam edəcək və ölkənizin gələcək inkişafına öz töhfəsini verəcəkdir.

Zati-aliləri, prezidentliyinizin yeni dönəmində Sizə böyük uğurlar diləyir və ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm.

Hörmətlə,

 

Uilyam Leysi Svinq

Beynəlxalq Miqrasiya Təşkilatının baş direktoru

 

Azərbaycan.- 2018.- 27 aprel.- S.2.