Azərbaycan Prezidenti İlham Əliyevin Böyük
Britaniyanın ticarət və ixracın təşviqi üzrə
dövlət naziri ilə görüşü
olub
Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev aprelin 26-da Londonda Böyük Britaniyanın
ticarət və ixracın təşviqi üzrə dövlət naziri, hökumətlərarası
komissiyanın həmsədri
Baronessa Rona Feyrhed ilə görüşüb.
AZƏRTAC-ın xüsusi müxbir xəbər verir ki, görüşdə Baronessa Rona Feyrhed Prezident İlham Əliyevi seçkilərdə qazandığı qələbə münasibətilə təbrik etdi. O, Bakıya səfərini məmnunluqla xatırladı.
Söhbət zamanı ikitərəfli münasibətlərin inkişafı, xüsusilə investisiya, biznes əlaqələri, kənd təsərrüfatı sahələrində əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparıldı.
Azərbaycan.- 2018.- 27 aprel.- S.2.