Bakı “Formula-1”in üçüncü
zirvəsini fəth edir
Yerli azarkeşlərin
səbirsizliklə gözlədiyi
gün başladı
Bu gün
paytaxtda “Formula-1” Azərbaycan
Qran-prisinin ilk günüdür. Sürət azarkeşləri
artıq sayca üçüncü dəfə
adrenalin dolu günlər
yaşayacaqlar. Odur ki, azarkeşlərin həyəcanı
yüksəkdir. Əvvəlki yarışqabağı ərəfədə
olduğu kimi, bu dəfə də paytaxt sakinləri və şəhərimizin qonaqları
arasında canlanma müşahidə olunur.
Xüsusilə, son günlər ölkəyə gələn
turistlərin sayı nəzərəçarpacaq dərəcədə
artıb. Hər gün
Bakı bulvarı, qədim İçərişəhər
və şəhərimizin
digər gözəl yerlərində onların
necə maraqla gəzdiklərinin şahidi
oluruq. Turistlərin “Formula-1” və Bakı
təəssüratlarını öyrənmək bizim üçün də maraqlı idi. Odur ki, onların fikirlərini bölüşmək
qərarına gəldik.
Anar BÜNYAD, musiqiçi:
- Açığı,
birinci dəfə
“Formula-1” kimi mötəbər
bir yarışın doğma şəhərimizdə
keçirilməsi mənim
üçün gözlənilməz
olmuşdu. Artıq indi üçüncü
dəfədir bu yarışa evsahibliyi edirik. İlk dəfəyə nisbətən
həyəcan az olsa da,
bu dəfə məsuliyyətim daha böyükdür. Çünki təkcə azarkeş kimi yox, həm
də müsiqiçi
kimi yarışa qatılıram. Təmsil etdiyim
“Dərviş” qrupu ilə bu gündən
etibarən üç
gün mərkəzdə
konsert verəcəyik.
Ümumilikdə isə Azərbaycanda,
paytaxt Bakıda keçirilən beynəlxalq
tədbirləri çox
dəstəkləyirəm. Bu, hər şeydən
öncə, ölkəmizin
inkişafı, beynəlxalq
aləmdə qazandığı
uğurun göstəricisidir.
Savalan ALLAHVERDİYEV, mühəndis:
- Sürət həvəskarıyam, ümumiyyətlə,
mübarizəni xoşlayıram.
Bu mənada ölkəmizdə
keçirilən “Fomula-1” mənim
üçün çox
maraqlıdır. Pilotların gərgin
mübarizəsi, şəhərin
küçələri ilə
şütüməsi adamı
həyəcanlandırır. Sözsüz
ki, bu, yüksək
sürücülük bacarığı,
manevr etmək qabliyyəti tələb edir, yəni, asan məsələ deyil. Nəhayət, səbirsizliklə gözlədiyimiz adrenalin dolu
günlər gəlib
çatıb. Bütün
dünyada çox yüksək reytinqi olan yarışı canlı müşahidə
edəcəyik... Onu da qeyd edim ki,
belə bir tədbirin Bakıda keçirilməsini birmənalı
olaraq ölkəmizin uğuru hesab edirəm. Bütün dünyanın diqqəti
Bakıda olacaq. Əlbəttə, bununla fəxr etmək olar...
“Əvvəllər
belə bir mötəbər yarışın
ölkəmizdə keçirilməsini
yalnız xəyal edərdik”
Tural ŞƏfiyev,
sahibkar:
- Hələ kiçik yaşlarımdan
“Formula-1” yarışmasının azarkeşi olmuşam. Əvvəllər televiziya vasitəsi
ilə dünyanın
ən gözəl şəhərlərində keçirilən
sürət mübarizəsini
böyük həvəslə
izləyərdim. Heç ağlıma
gəlmirdi ki, nə vaxtsa belə bir möhtəşəm
yarış ölkəmizdə
keçirilə bilər,
sadəcə, bunu xəyal edə bilərdim. Ancaq bu gün bu,
reallıqdır: doğma
Bakı üçüncü
ildir “Formula-1” mübarizəsinə
qapı açır.
Sumqayıt şəhərində yaşayıram, biletim əlimdədir, bu günü səbirsizliklə
gözləyirdim. Yarışın
ümumi əhəmiyyəti
isə çox böyükdür, yarım
milyarddan artıq azarkeşi var və bu da
onu göstərir ki, “Formula-1” dünya səviyyəli idman tədbiridir və belə bir yarışın
keçirilməsi üçün
Bakının seçilməsi
ölkəmizin dünya
səviyyəsində yüksək
reytinq sahibi olması deməkdir.
Seymur AYDINLI, maliyyəçi:
- Birinci dəfə “Formula-1” Bakıda
keçiriləndə həyəcan
daha çox idi, indi isə
özümü təcrübəli
azarkeş kimi hiss edirəm. Sürət insana ayrıca
zövq verir, ona görə “Formula-1” yarışmalarını həvəslə
izləyirəm. Artıq bir
neçə saatdan sonra paytaxtda başlayacaq sürət yarışmasını yaxından
izləməyə hazıram.
Konkret olaraq Rikardonun azarkeşiyəm,
gərgin mübarizə
zamanı yürüşün
başa çatmasına
az qalmış
rəqiblərini keçməsini
çox bəyənirəm.
Anar SƏFƏROV, idmançı:
- İdman
mənim üçün
ən vacib və heç vaxt ayrıla bilməyəcəyim bir sənətdir. Ona görə bütün
idman yarışlarını
böyük həvəslə
izləyirəm. Bakıda keçirilən
əvvəlki “Formula-1” yarışlarında
olduğu kimi, bu dəfə də bilet almışam,
yarışı yaxından
izləmək fikrindəyəm,
sürət əladır,
hədsiz zövq verir. Belə yarışlar zamanı
şəhərdəki canlanma
və səliqə-sahman,
Bakının gözəlliyi
təkcə əcnəbi
qonaqları yox, bizləri də valeh edir. Yerli azarkeş olaraq həm də Azərbaycanın idman uğurlarından, dünyanın
diqqətinin doğma paytaxtımıza yönəlməsindən
mənəvi zövq alırıq.
Royal
RAMİZOĞLU, tələbə:
- Üçüncü
ildir ki, tələbə yoldaşlarımla
birlikdə Bakıda keçirilən “Formula-1” yarışmasına
şahidlik edirik. Bu, bizim üçün
böyük şansdır.
Üç gün çəkən
mübarizə çox
maraqlı keçir.
Bu ərəfədə yeni dostlar da
qazanırıq. Turistlərlə söhbət edib ölkəmiz, gözəl
şəhərimiz haqqında
onlara ətraflı məlumat veririk.
Paytaxt sakinləri
özlərini artıq
“Formula-1”in təcrübəli azarkeşləri hesab edirlər
Xatırladaq ki, son illər ölkəmizdə keçirilən beynəlxalq əhəmiyyətli tədbirlər, xüsusən də I Avropa Oyunları, Dünya Şahmat Olimpiadası, İslam Həmrəyliyi Oyunları, “Formula-1”in bu ilə qədər keçirilən iki yarışı, Humanitar və Mədəniyyətlərarası Dialoq forumları və digər beynəlxalq əhəmiyyətli tədbirlər Azərbaycanın və onun paytaxtının beynəlxalq imicini yüksək səviyyəyə qaldırıb. Bakıda reallaşan belə silsilə tədbirlər Azərbaycanın idman ölkəsi kimi tanıdılmasında xüsusi rol oynayıb. Bu, ölkəmizə gələn turist axınına güclü təkan verməklə yanaşı, yerli sakinlərin idmana, idman yarışlarına maraqlarını da birə min artırıb.
Şəhər sakinləri ilə söhbət zamanı bir daha əmin olduq ki, Bakıda “Formula-1”in minlərlə yerli azarkeşi var. Onların bəziləri hətta özlərinin “qəhrəman”larını da seçiblər. Müşahidə etdiyimiz bir özəllik də o oldu ki, üç il öncə - Bakıda ilk dəfə keçirilən “Formula-1” sürət yarışmasından sonra azərbaycanlılar artıq özlərini “Formula-1”in təcrübəli azarkeşləri hesab edirlər. Təbii ki, bunun üçün real əsaslar var. Çünki uzun müddət yalnız televiziya ekranlarından, son illər isə internet üzərindən izlədikləri yarışı canlı olaraq birbaşa müşahidə etmək onlara bu haqqı və üstünlüyü verib.
Hər yarış yerli azarkeşlər üçün xüsusi anlarla yadda qalır. Onlar yarış bitdikdən sonra uzun müddət müşahidə etdikləri maraqlı və adrenalin dolu günlərin təəssüratlarını bir-birləri ilə bölüşürlər. Bakıda keçirilən digər beynəlxalq tədbirlər kimi, “Formula-1” sürət yarışması da ölkəmizi tanıtmaqla bərabər, hər bir azərbaycanlının xaricdə özünəgüvən hissini artırır. Bu da həmyerlilərimiz üçün dəyərli ünsiyyət, hörmət, qazanc və üstünlük deməkdir.
Elnur HADIYEV
Azərbaycan.- 2018.- 27 aprel.-
S.8.