Monteneqronun yeni seçilmiş Prezidenti
Zati-aliləri cənab Milo Cukanoviçə
Hörmətli cənab Cukanoviç,
Monteneqronun Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.
Azərbaycan-Monteneqro münasibətləri dinamik
inkişaf yolundadır. Ümidvaram ki,
yenidən dövlət
başçısı kimi
fəaliyyət göstərəcəyiniz
növbəti dövrdə
ölkələrimiz və
xalqlarımız arasındakı
dostluq əlaqələrinin
daha da genişlənməsi,
qarşılıqlı maraq
doğuran əməkdaşlığımızın
dərinləşməsi yolunda
səylərimizi davam
etdirəcəyik.
Sizə möhkəm
cansağlığı, xoşbəxtlik,
dost Monteneqro xalqının
rifahı naminə fəaliyyətinizdə uğurlar
arzulayıram.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
27 aprel 2018-ci il.
Azərbaycan.- 2018.-28 aprel.-
S.2.