“Müflisləşmə və iflas haqqında” Azərbaycan
Respublikasının Qanununda dəyişikliklər edilməsi
barədə
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 10-cu bəndini rəhbər tutaraq qərara alır:
“Müflisləşmə və iflas haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, N 6, maddə 460; 2001, N 1, maddə 25, N 6, maddə 362; 2002, N 5, maddə 241; 2006, N 3, maddə 225; 2007, N 5, maddə 401; 2008, N 5, maddə 348; 2010, N 4, maddə 276; 2015, N 4, maddə 355, N 11, maddə 1260; 2017, N 3, maddə 332, N 5, maddə 736) aşağıdakı dəyişikliklər edilsin:
1. 1-ci maddə üzrə:
1.1. doqquzuncu abzasda “yenidən təşkil edilməsi” sözləri “ödəmə qabiliyyətinin bərpası” sözləri ilə əvəz edilsin;
1.2. aşağıdakı məzmunda onuncu abzas əlavə edilsin:
“Sağlamlaşdırma planı - borclunun ödəniş qabiliyyətinin bərpası və iş yerlərinin saxlanması məqsədilə kreditorun (kreditorların) tələblərinin ödənilməsi cədvəli, həmçinin əldə olunan nəticələr, istifadə olunan resurslar və mümkün risklər göstərilməklə sağlamlaşdırma prosesinin tətbiqi zamanı borclunun sağlamlaşdırılmasına yönələn və borclu ilə kreditor (kreditorlar) arasında qarşılıqlı razılıq əsasında həyata keçirilən tədbirlər kompleksini özündə əks etdirən sənəd;”.
2. 24-1-ci maddə üzrə:
2.1. maddənin adında “əsas vəsaitlərinin” sözləri “aktivlərinin” sözü ilə əvəz edilsin;
2.2. maddənin mətnində “Borclunun əsas vəsaitlərinin” sözləri “Dəyəri borclunun aktivlərinin 5 faiz və daha çox hissəsini təşkil edən aktivlərin” sözləri ilə əvəz edilsin, “kreditorların” sözündən əvvəl “bu qanunun 48-ci maddəsinin 5-ci hissəsində müəyyən edilmiş qaydada” sözləri əlavə olunsun;
2.3. aşağıdakı redaksiyada ikinci cümlə əlavə edilsin:
“Dəyəri borclunun aktivlərinin 5 faizindən az hissəsini təşkil edən aktivlərin satılması əmlak inzibatçısı tərəfindən bu qanunun tələbləri nəzərə alınmaqla kreditorlar yığıncağının razılığı olmadan həyata keçirilə və ya satış planına daxil edilməsi təklif edilə bilər.”.
3. 41-ci maddə üzrə:
3.1. 1-ci hissə aşağıdakı redaksiyada verilsin:
“1. Borclu və ya kreditor (kreditorlar) tərəfindən sağlamlaşdırma haqqında məhkəməyə verilən ərizədə aşağıdakılar göstərilməlidir:
a) ərizənin
verildiyi məhkəmənin adı;
b) ərizəçi
fiziki şəxs olduqda onun soyadı, adı, atasının
adı və ünvanı, ərizə hüquqi şəxsin
adından verildikdə onun adı və hüquqi
ünvanı;
c) bütün məlum
kreditorların adları (kreditor fiziki şəxs olduqda -
adı, atasının adı, soyadı, hüquqi şəxs
olduqda - hüquqi şəxsin adı), poçt ünvanı
və onların borcluya qarşı irəli sürdüyü
tələblərin məbləğləri;
ç) məhkəmə
tərəfindən sağlamlaşdırma imkanına
baxılan müddət ərzində kreditorların bununla əlaqədar
məruz qalacağı əlavə itkiləri ödəməyə
razılıqları barədə məlumatlar;
d) borclunun ödəmə
qabiliyyətinin sağlamlaşdırma əsasında bərpasının
mümkünlüyünün əsaslandırılması;
e) sağlamlaşdırma
planının kreditorlar yığıncağı tərəfindən
qəbulu haqqında məlumatlar;
ə) borc öhdəliyinin
məbləği haqqında məlumat;
f) gələcək
ödənişlərin vaxtında ödənilməsi, o
cümlədən kreditorların tələblərinin təmin
edilməsinin mümkünsüzlüyü barədə əsaslandırma;
g) borcluya məxsus
əmlak, o cümlədən girovda, ipotekada, kirayədə,
icarədə, lizinqdə olan əmlakı, banklarda və ya
digər kredit təşkilatlarında, habelə saxlancda olan
pul vəsaitləri, bank hesab nömrələri;
h) borclunun işin
məhkəmədə baxılması üçün zəruri
hesab etdiyi digər məlumatlar;
x) ərizəyə
əlavə edilmiş sənədlərin siyahısı.”;
3.2. aşağıdakı
məzmunda 1-1-ci hissə əlavə edilsin:
“1-1. Bu maddənin 1-ci hissəsində
göstərilən ərizəyə aşağıdakı
sənədlər əlavə edilir:
a) dövlət
rüsumunun ödənilməsi haqqında sənəd;
b) bu maddənin
1-ci hissəsinin ç) bəndində nəzərdə
tutulan razılıqları təsdiq edən sənədlər;
c) borcları, icra
müddəti başa çatmamış öhdəlikləri,
habelə borclunun ödəmə qabiliyyətinin
olmamasını təsdiq edən sənədlər;
ç) kreditorlar
yığıncağında iştirak edən şəxslərin
siyahısı;
d) kreditorlar
yığıncağı tərəfindən qəbul
edilmiş sağlamlaşdırma planı;
e) sağlamlaşdırma
planının kreditorların yığıncağı tərəfindən
qəbulunu təsdiq edən sənədlər;
ə) müvəqqəti
əmlak inzibatçısı tərəfindən
sağlamlaşdırma planının səmərəliliyini
təsdiqləyən sənəd.”;
3.3. 3-cü hissənin birinci cümləsində
“layihəsinin” sözü “planının” sözü ilə əvəz
edilsin;
3.4. 6-cı hissənin “c)” bəndində
“əmlak” sözündən əvvəl “müvəqqəti”
sözü əlavə edilsin;
3.5. 10-cu hissədə
“Sağlamlaşdırma” sözü “Bu qanunun 41-2-ci maddəsinin
tələbləri nəzərə alınmaqla,
sağlamlaşdırma” sözləri ilə əvəz edilsin.
4. Aşağıdakı məzmunda
41-1-ci və 41-2-ci maddələr əlavə edilsin:
“Maddə 41-1. Sağlamlaşdırma
planı və onun təsdiq edilməsi qaydası
1. Borclunun
sağlamlaşdırılması sağlamlaşdırma
planına uyğun olaraq həyata keçirilir. Borclu
sağlamlaşdırma planını borclu və kreditorlar
arasında sağlamlaşdırma haqqında qərar qəbul
edildiyi gündən üç ay müddətində tərtib
etməlidir. Sağlamlaşdırma
planının məzmunu müvafiq icra hakimiyyəti orqanı
tərəfindən müəyyən edilir.
2. Borclu tərtib etdiyi
sağlamlaşdırma planını kreditorların
yığıncağına təqdim etməlidir.
3. Sağlamlaşdırma planı və
ona edilən dəyişikliklər kreditorların
yığıncağının qərarı ilə bu maddənin
9-cu hissəsində müəyyən edilmiş qaydada qəbul
edilir və məhkəmə tərəfindən təsdiq
edilir.
4. Sağlamlaşdırma planının
qəbul edilməsi ilə əlaqədar kreditorlar
yığıncağında borcluya qarşı eyni tələbləri
olan və tələblərin ödənilməsində
bir-birinin qarşısında üstünlükləri olmayan
kreditorlar qrupu, bu maddənin 9-cu hissəsinə uyğun olaraq,
iştirak etməlidir. Kreditorlar qrupu kreditorların
aşağıdakı bölgüsü nəzərə
alınmaqla formalaşdırılır:
a) girov və ya
ipoteka ilə təmin edilən öhdəliklər üzrə
kreditorlar;
b) həyata və
ya sağlamlığa vurulmuş zərərin ödənilməsi
haqqında tələblər, habelə alimentlərin
tutulması barəsində tələblər üzrə
kreditorlar;
c) əmək
müqaviləsi ilə işləyən şəxslərə
işdənçıxma müavinətlərinin və əməkhaqqının
ödənilməsi üzrə və müəlliflik
müqaviləsinə görə haqların ödənilməsi
barədə tələblər üzrə kreditorlar;
ç) dövlət
büdcəsinə, məcburi dövlət sosial sığorta
haqları üzrə büdcədənkənar dövlət
fonduna və bələdiyyələrin büdcələrinə
ödənişlər, kredit təşkilatlarının təminatsız
borcları və onların faizləri üzrə kreditorlar;
d) qanundan və ya
müqavilədən irəli gələn tələblər
üzrə digər təminatsız kreditorlar (o cümlədən
mal, iş və xidmət müqavilələri üzrə təminatsız
kreditorlar);
e) borclu hüquqi
şəxsin təsisçiləri
(iştirakçıları).
5. Sağlamlaşdırma planı hər
bir kreditorlar qrupu daxilində səsvermə yolu ilə qəbul
edilir. Kreditorlar qrupu daxilində
sağlamlaşdırma planının səsvermə yolu ilə
qəbulunda həmin qrupun kreditorlarının üçdə
ikisindən artıq hissəsi iştirak etməlidir.
6. Sağlamlaşdırma planı hər
bir təminatlı kreditorlar qrupu daxilində tələblərin
məbləğinin üçdə ikisindən artıq hissəyə
malik olan kreditorlar tərəfindən qəbul edilməlidir. Borclunun aidiyyəti şəxsləri olan təminatlı
kreditorların tələbləri sağlamlaşdırma
planının qəbul edilməsi ilə bağlı səsvermədə
iştirak məqsədləri üçün nəzərə
alınmır.
7. Sağlamlaşdırma planı
eyni növdən olan təminatsız kreditorlar qrupu daxilində
tələblərin məbləğinin 50 faizindən
artıq hissəyə malik olan kreditorlar tərəfindən qəbul
edilməlidir. Borclunun aidiyyəti şəxsləri
olan təminatsız kreditorların tələbləri
sağlamlaşdırma planının qəbul edilməsi ilə
bağlı səsvermədə iştirak məqsədləri
üçün nəzərə alınmır.
8. Təminatlı kreditorun tələbi
əsasında, sağlamlaşdırma planına həmin təminatlı
kreditorun girov və ya ipoteka hüququndan imtinası barədə
şərt daxil edilir. Həmin kreditor girov və
ya ipoteka hüququndan imtina etdiyi tələblərə
münasibətdə təminatsız kreditor sayılır.
9. Hər bir kreditorlar qrupu
özünün seçdiyi bir üzv vasitəsilə
kreditorlar yığıncağının səsverməsində
iştirak etməlidir. Kreditorlar qrupu bir
kreditordan ibarət olduqda, həmin kreditor səsvermədə
şəxsən iştirak etməlidir. Səsvermədə
iştirak edən kreditorlar qrupu (üzvlər) bərabər
hüquqa malikdir. Kreditorlar
yığıncağının qərarı səsvermədə
iştirak edən üzvlərin sadə səs
çoxluğu ilə qəbul edilir. Hər
qrupun bir üzvü bir səs hesab edilir. Səslər
bərabər olduqda kreditorların
yığıncağının sədrinin səsi həlledici
hesab olunur. Sədr kreditorların
yığıncağı tərəfindən seçilir.
10. Borclu müvəqqəti əmlak
inzibatçısına kreditorların
yığıncağının iclasından sonrakı
gündən gec olmayaraq tərtib etdiyi və kreditorlar
yığıncağı tərəfindən qəbul edilən
sağlamlaşdırma planını təqdim etməlidir. Müvəqqəti əmlak inzibatçısı
sağlamlaşdırma planının səmərəliliyini
təsdiq etməlidir.
11. Borclu sağlamlaşdırma
planını kreditorların yığıncağı tərəfindən
qəbul edildiyi gündən 3 gün müddətində təsdiq
üçün məhkəməyə təqdim etməlidir.
Maddə 41-2. Sağlamlaşdırma
prosesinə başlanılmasının hüquqi nəticələri
1. Sağlamlaşdırma prosesinə
başlanılması haqqında məhkəmənin qərarı
qəbul edildiyi andan aşağıdakı hüquqi nəticələr
yaranır:
a) əmlak
inzibatçısının bu qanunun 20-ci maddəsinin 4-cü
hissəsində qeyd olunan hüquqları nəzərə
alınmaqla, borclunun təsisçilərinə
(iştirakçılarına), digər idarəetmə və
nəzarət orqanlarına borcluya məxsus əmlakların
istifadəsi və onların üzərində sərəncam
verilməsi qadağan edilir;
b) borclunun
bütün kreditorlarının, borclunun təsisçilərinin
(iştirakçılarının), habelə digər idarəetmə
və nəzarət orqanlarının üzvlərinin borcluya
qarşı iddiaları üzrə məhkəmələrin
qəbul etdiyi qərarların icrası dayandırılır;
c) borclunun
bütün kreditorlarının, borclunun təsisçilərinin
(iştirakçılarının), habelə digər idarəetmə
və nəzarət orqanlarının üzvlərinin ərizəsi
əsasında borcluya münasibətdə iflas haqqında
işin qaldırılmasına yol verilmir;
d) borclunun
bütün kreditorlarının tələbləri, o cümlədən
mübahisəsiz (akseptsiz) qaydada ödənilməli olan tələblər
üzrə borclunun bank hesablarından pulların
çıxarılmasına, habelə tələblərin
borclunun əmlakına yönəldilməsinə yol verilmir.
2. Təminatlı kreditorun
(kreditorların) girov (ipoteka) predmetinin məhv olmasına gətirib
çıxara bilən hallar olduğu təqdirdə və ya
bu qanunun 41-1-ci maddəsinin 9-cu hissəsinə uyğun olaraq həmin
girov (ipoteka) predmeti sağlamlaşdırma planına daxil edilmədikdə,
borclunun və ya kreditorun (kreditorların) ərizəsinə əsasən
məhkəmə həmin tələblərlə
bağlı bu maddənin 1-ci hissəsində nəzərdə
tutulan müvafiq hüquqi nəticələrin aradan
qaldırılması haqqında qərar qəbul edə bilər.
3. Məhkəmə bu maddənin 2-ci
hissəsində nəzərdə tutulan ərizəyə məhkəməyə
daxil olduğu tarixdən on iş günü müddətində
baxır və onun təmin edilməsi, yaxud rədd edilməsi
barədə qərar qəbul edir.
4. Bu maddənin 1-ci hissəsində
göstərilən hüquqi nəticələr
sağlamlaşdırma müddəti ərzində qüvvədə
olur, bu şərtlə ki, məhkəmənin qərarı
ilə həmin hüquqi nəticələr aradan
qaldırılmamış olsun.”.
5. 47-ci maddənin 1-ci hissəsində
“Təminatlı” sözü “Bu qanunun 41-2-ci maddəsinin tələbləri
nəzərə alınmaqla, təminatlı” sözləri ilə
əvəz edilsin.
6. 48-ci maddə üzrə:
6.1. 1-ci hissəyə
aşağıdakı məzmunda ikinci cümlə əlavə
edilsin:
“Kreditorlar
yığıncağında eyni tələblər üzrə
kreditorlar qrupu formalaşdırıldıqda, hər bir qrupdan,
bu qanunun 41-1-ci maddəsinin 9-cu hissəsinə uyğun olaraq,
üzv iştirak edir.”;
6.2. 5-ci hissənin “b” bəndinin
sonunda nöqtə işarəsi nöqtəli vergül
işarəsi ilə əvəz edilsin və
aşağıdakı məzmunda “c” bəndi əlavə
edilsin:
“c)
sağlamlaşdırma planının qəbul edilməsi
halında, bu qanunun 41-1-ci maddəsinin 9-cu hissəsi ilə
müəyyən edilmiş qaydada sadə səs
çoxluğu.”;
6.3. 6-cı hissədə “Əgər”
sözü “Bu qanunun 41-1-ci maddəsinin 9-cu hissəsində nəzərdə
tutulan hal istisna olmaqla, əgər” sözləri ilə əvəz
edilsin.
7. 55-ci maddə üzrə:
7.1. birinci abzas
aşağıdakı redaksiyada verilsin:
“Aşağıdakı hallarda əmlak
inzibatçısı borclunun bağladığı əqdlərin
mübahisələndirilməsi üçün məhkəməyə
müraciət edə bilər:”;
7.2. b) bəndi
aşağıdakı redaksiyada verilsin:
“b) borclunun iflas
prosesinə başlanması məqamından əvvəlki 6 ay
ərzində bir kreditoru digər kreditorlara münasibətdə
ödənişlərin növbəliliyində üstün vəziyyətə
gətirəcək əqdlər bağlandıqda;”.
İlham
ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri,
24 aprel 2018-ci il
Azərbaycan.-
2018.- 28 aprel.- S.3.