Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

 

Zati-aliləri.

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizə Tailand Krallığının hökuməti və xalqı adından ən səmimi təbriklərimi, ən xoş arzularımı çatdırmaqdan şərəf hissi duyuram.

Əminəm ki, Sizin əzmkar və müdrik rəhbərliyinizlə Azərbaycan Respublikası və xalqı bundan sonra da inkişaf yolu ilə irəliləyəcək. Hökumətimiz Tailand Krallığı ilə Azərbaycan Respublikası arasında olan qədim dostluq münasibətlərini daha da inkişaf etdirmək və möhkəmləndirmək üçün ölkələrimiz və xalqlarımızın ortaq mənafeyi naminə bundan sonra da Sizinlə sıx əməkdaşlıq etmək niyyətinə sadiqdir.

Zati-aliləri, Sizə gələcək fəaliyyətinizdə uğurlar arzulayır, ən yüksək ehtiramımızı qəbul etməyinizi xahiş edirəm.

Hörmətlə,

 

General Prayut Çan-o-ça

Tailand Krallığının Baş naziri

 

Azərbaycan.- 2018.- 28 aprel.- S.3.