Azərbaycan Respublikasının Prezidenti
Zati-aliləri cənab İlham Əliyevə
Zati-aliləri.
Yenidən Azərbaycan
Respublikasının Prezidenti seçilməyiniz münasibətilə
Sizi dünyanın yüzdən çox ölkəsində yəhudi
icmaları və təşkilatlarını təmsil edən
Ümumdünya Yəhudi Konqresi adından təbrik etməkdən
çox məmnunuq.
Sizin Azərbaycanda yəhudi icmasına davamlı dəstəyinizi həmişə yüksək qiymətləndirmişik. Sizinlə Bakıdakı son görüşümüzdə dediyiniz kimi, Azərbaycan və yəhudi xalqlarının uzun bir dostluq tarixi var və iki xalq arasında yüksək səviyyəli əlaqələr mövcuddur. Əminik ki, Azərbaycan Respublikası ilə İsrail Dövləti arasında güclü ikitərəfli münasibətlər bundan sonra da inkişaf edəcəkdir.
Seçkilərdəki qələbəniz münasibətilə Sizi bir daha təbrik edirik. Zati-alinizə salamlarımızı və təbriklərimizi şəxsən çatdıracağımız günü səbirsizliklə gözləyirik.
Hörmətlə,
Ronald Lauder
Ümumdünya Yəhudi
Konqresinin prezidenti,
Robert Zinger
Konqresin baş icraçı direktoru
Azərbaycan.- 2018.- 28 aprel.-
S.3.