Bakıda unikal
“Formula-1” günləri
Azərbaycan bu beynəlxalq idman yarışını da yüksək səviyyədə
keçirir
Yüz miloynlarla izləyici auditoriyasına malik olan “Formula-1” yarışlarının
həyəcanı hazırda
respublikamızda yaşanır. Artıq
dünəndən etibarən
Bakıda dünyanın
bir nömrəli avtomobil yarışının
Azərbaycan Qran-pri mərhələsinə start verilib.
Bakı Şəhər
Halqasında dünyanın
ən məşhur pilotları - Luis Hamilton, Fernando Alonso, Sebastian Vettel, Valteri Bottas, Daniel Rikkardo və digərləri yarışırlar. Bu günlərdə planetimizdə
avtomobil idmanına maraq göstərən hər kəsin diqqəti paytaxtımıza
yönəlib.
Ölkəmiz yüksək
təşkilatçılıq ənənəsinə bu dəfə də sadiqdir
Mötəbər idman yarışlarına evsahibliyi etmək hər bir ölkənin,
o cümlədən şəhərin
arzusudur. Amma hər ölkənin
bütün dünyanın
izlədiyi, sayları
minlərlə ölçülən
idmançıların iştirak
etdiyi tədbiri təşkil etməyə,
birdən-birə on minlərlə
turisti qarşılamaq
imkanı olmur. Hətta bir çox inkişaf etmiş ölkələr belə müəyyən tələblərə
cavab vermir. Bu da təbiidir.
Çünki qlobal miqyaslı
idman tədbirinə evsahibliyi üçün
kompleks və beynəlxalq standartlara cavab verən infrastruktur olmalıdır.
Azərbaycan isə bu baxımdan
örnək sayılacaq
ölkələrdən biridir. Çünki respublikamızda ilk növbədə
ən müasir tələblərə cavab
verən idman infrastukturu formalaşıb.
İkincisi isə Bakı
şəhəri və
eləcə də regionlarımız istənilən
sayda xarici qonağı qəbul edə bilər. Ötən illər Bakıda keçirilən I Avropa Oyunları və İslamiada yüksək təşkilatçılıq baxımından respublikamızın
imkanlarının əyani
təsdiqi oldu. Azərbaycan bu idman yarışlarına
ən ideal şəkildə
evsahibliyi etməklə
Avropanın və İslam dünyasının
idman tarixinə öz möhürünü
vurdu.
Ölkəmiz bütün dünyaya evsahibliyinin və yüksək təşkilatçılığın
necə olduğunu göstərdi.
İndi isə Bakı “Formula-1”ə
evsahibliyi edir. Azərbaycan artıq
“Formula-1” yarışlarının yeni ünvanı sayılmır. Çünki bundan əvvəl Bakıda iki dəfə Qran-pri mərhələsi keçirilib.
Bu il
də “Formula-1” yarışlarına
mart ayından Avstraliyada
start verilib. Pilotlar və komandalar
noyabr ayına qədər 21 yarış
mərhələsi keçməlidirlər.
Son yarış Abu-Dabidə baş tutacaq. Sayca 3-cü Qran-pri 13-15 aprel tarixlərində Çində keçirilib.
Azərbaycan Qran-prisi təqvimin
sayca dördüncü
yarışıdır. Bu dəfə Azərbaycan
Qran prisi təqvimdə ötən
illərdə oluğundan
əvvələ çəkilib.
Azərbaycan Qran-prisinə
dünəndən start verilsə
də, Bakıda uzun müddətdən bəridir ki, bu idman hadisəsinin
ab-havası yaşanır.
Çünki hazırlıq
işlərinə aylar
öncədən başlanıb
və əsas məqsəd 2018-ci il üçün
4-cü olan və Avropa Qran-prisi adlanan Bakı mərhələsini layiqincə
təşkil etmək,
ideal evsahibliyi nümunəsini
ortaya qoymaqdır. Fərəhli haldır ki,
aparılan hazırlıq
işlərini Beynəlxalq
Avtomobil Federasiyasının
rəsmiləri, o cümlədən
yarışda iştirak
edən pilotlar təqdir ediblər. Beləliklə, bu günlərdə
bir daha bütün dünya və ölkəmizə təşrif buyuran xarici qonaqlar Azərbaycanın yüksək
evsahibliyinin şahidi olmaqdadırlar. Tək yarışın
keçirilməsi deyil,
qonaqların, tamaşaçıların
ölkəmizlə, milli
dəyərlərimizlə tanışlığı, şəhərimizdə
olduğu günlərdə
vaxtlarını səmərəli
keçirmələri üçün
yaradılan şərait,
bütün dünyada
sevilən populyar müğənnilərin iştirakı
ilə konsert proqramlarının təşkili
Azərbaycanın mükəmməl
evsahibliyi nümunəsinin
ayrı-ayrı detallarıdır.
Beləliklə, Azərbaycan yüksək
təşkilatçılıq ənənəsinə bu dəfə də sadiqdir.
Hər bir tədbir maraqla qarşılanır
“Formula-1” tamaşaçı sayına görə yalnız futbol üzrə dünya çempionatı və yay olimpiya oyunlarından
geri qalsa da, mübarizə aparan idmançıların
sayı sarıdan onlardan geri qalır.
Bununla belə, “Formula-1” spesifik idman növüdür.
Çünki burada gündəlik
həyatda görmədiyimiz
və xüsusi olaraq bu idman
növü üçün
hazırlanan avtomobillər
yarışır. Avtomobillərin
sürətli yürüşündən
ibarət olan bu çempionatın ayrı-ayrı mərhələləri
il ərzində
dünyanın müxtəlif
şəhərlərində təşkil olunur. Bunun üçün isə tələblərə cavab
verən trekin olması vacib şərtdir. Xüsusi olaraq
inşa olunmuş Bakı Şəhər Halqası “Formula-1” təqviminə
ən yeni əlavədir. Amma Bakıda
bolidlər avtodromda deyil, məhz şəhərin küçələrində
yarışacaqlar. Bakı trekinin
uzunluğu 6 km-dən
bir qədər artıqdır. Bu, uzunluğuna görə dünyada ikincidir.
Bakı indiyədək onlarla beynəlxalq çempionata
evsahibliyi etsə də, 2016-cı ilə qədər “Formula-1” yarışları
keçirilməmişdi. Bu mənada Azərbaycan üçün artıq yenilik sayılmasa da, “Formula-1” Bakı sakinləri tərəfindən
hər dəfə böyük maraqla qarşılanır. Çünki yarış təşkilatçılarının
hər bir tədbiri, “Formula-1” pilotları
ilə tanışlıq
olduqca maraqlıdır.
Dünəndən etibarən “Formula-1” azarkeşləri sevdikləri
pilotlarla görüşərək
onlardan avtoqraf alırlar.
Dünya musiqisinin
məşhur ulduzlarından
olan Jamiroquai, Kristina Aquilera, Dua Lipa,
Afrojack, Axwell & Ingrosso, Martin Solveig Azərbaycan Qran-prisinin musiqili proqramının əsas ifaçılarıdır.
Artıq dünəndən
Jamiroquai və Afrojackun ifalarında əyləncə proqramına
start verilib. Bu gün estafeti qəbul edəcək
Kristina Aquilera, Axwell
& Ingrosso və digər ifaçılar coşqulu konsert proqramı ilə “Crystal
Hall” səhnəsində yer
alacaqlar. Bazar günü axşam isə dünyanın tanınmış ulduzlarından
olan Dua Lipa, Martin Solveig və DJ-lər öz musiqili proqramları ilə 2018-ci
il “Formula-1” Azərbaycan Qran-prisinə
yekun vuracaqlar.
“F1” sadəcə bir yarışma deyil
Qran-pri çərçivəsində Azərbaycan mədəniyyəti
guşəsi də fəaliyyətə başlayıb. Burada yerli
musiqiçilərin ifası,
xalçaçılıq, dulusçuluq, zərgərlik,
şəbəkə, araqçın,
kəlağayı və
bu kimi incəsənət
nümunələri təqdim
olunur.
“Formula-1” yarışları ilə əlaqədar Azneft meydanından Dəniz vağzalına qədər bütün Dənizkənarı Milli Park ərazisində əyləncə zonaları fəaliyyətə başlayıb. Uşaq və gözəllik pit-stopları, “Formula-1” Qran-pri qalibi olmağın necə bir hiss olduğunu yaşamaq istəyənlər podiumun real ölçülü maketi, Bakı Şəhər Halqasının böyük rəngləmə divarı, konseptual yarış bolidinin unikal instalyasiyası, retro avtomobil sərgisi və daha nələr… Bu sırada təşkilatçılar azarkeşlərin yarış simulyatorlarında güclərini sınayaraq, özlərini əsl “Formula-1” pilotu kimi hiss etmələrini, uşaqlar üçün əyləncəli yarışların təşkilini də unutmayıblar. Elə bir unikal əyləncə-istirahət proqramı hazırlanıb ki, yarışın hər dəqiqəsi tamaşaçılar üçün maraqlıdır. Fərqli əyləncələr yarışların hər bir pərəstişkarında xoş təəssüratlar oyadır. Beləliklə, Bakıda keçirilən Azərbaycan Qran-prisi göstərir ki, “Formula-1” sadəcə yarışma deyil, eyni zamanda bir həyat tərzi və unudulmaz istirahət deməkdir.
Rəşad CƏFƏRLİ,
Azərbaycan.- 2018.- 28 aprel.- S.1; 6.