Bakıda “Formula-1” coşqusu
Paytaxtımız Azərbaycan
Qran-prisi ilə uğur
estafetini davam etdirir
Dünyanın ən mükəmməl idman mərkəzlərindən birinə
çevrilən Azərbaycan
demək olar ki, hər il mötəbər yarışlara evsahibliyi edir. Ölkəmizdə keçirilən Avropa və dünya çempionatları
silsilə xarakteri daşıyır. Onlardan biri
də artıq üçüncü dəfə
Bakıda gerçəkləşən
“Formula-1” Qran-prisidir.
Yarım milyard tamaşaçısı
olan bu yarışa
2016-cı ildən evsahibliyi
etməyə başlayan
Azərbaycan öz ənənəsinə sadiq
qalaraq ən mükəmməl təşkilatçılıq
modelini yaradıb.
Sürət həvəskarlarının
diqqəti Bakıya yönəlib
Aprelin 27-də növbəti dəfə bütün sürət,
adrenalin həvəskarlarının nəbzi Bakıda - Şərq ilə Qərbin koloritinin cəmləşdiyi şəhərdə
döyündü. Dünyanın
ən möhtəşəm
idman yarışlarından
biri olan “Formula-1” üzrə Azərbaycan Qran-prisi start götürdü.
Çoxlu sayda siyasi, mədəni,
idman və digər səpkili tədbirlərin ən mötəbər ünvanına
çevrilən respublikamız
növbəti beynəlxalq
tədbirə layiqincə
evsahibliyi etməklə
dünyanın diqqətini
Bakıya cəlb edib. “Formula-1” Azərbaycan
Qran-prisi ilə bağlı Bakıya gələn hər kəs ölkəmizin inkişafını, xalqımızın
qonaqpərvərliyini, zəngin
mədəniyyətini öz
gözləri ilə gördü. Hər kəs
yüksək səviyyəli
təşkilatçılığın növbəti dəfə şahidinə çevrildi.
Qürur və sevinc hissi yaşadan
möhtəşəm evsahibliyi
Bir nömrəli avtomobil yarışına ölkəmizin
evsahibliyi etməsinin qürur və sevincini yaşamaqdayıq. Belə bir
möhtəşəm yarışın
Azərbaycanda keçirilməsi
dünyaya növbəti
dəfə azərbaycanlıların
mehribanlığı, qonaqpərvərliyi,
qədim tarixi, füsunkar təbiəti, mentaliteti, sürətlə
inkişaf edən müasir ölkə ilə tanışlıq fürsəti verib.
Yarışın ilk günündə yaşananlar
göstərdi ki, bu idman növünə
təkcə dünyada
deyil, Azərbaycanda da böyük maraq yaranıb. Bunu yarışları
izləmək üçün
alınan biletlərlə
də müəyyən
etmək olur. Belə ki, hər
il olduğu
kimi, bu il də yarışa
bilet alanlar arasında yerli
“Formula-1” həvəskarları üstünlük təşkil
edir.
Eyni zamanda, bu il yarışa beynəlxalq səviyyədə də böyük maraq göstərilir. Şübhəsiz ki, bunda Bakı Şəhər Halqasının möhtəşəm
yarışa evsahibliyi
etməsi ilə yanaşı, burada tamaşaçıların müxtəlif
zövqlərinə uyğun
çoxsaylı əyləncə
və konsert proqramının olmasının
da böyük rolu var.
Ümumilikdə 68 ölkədən bilet alınıb və bu biletlərin 45 faizi xarici ölkələrin
payına düşür. İlk onluğa Rusiya, Monako, Böyük Britaniya, Ukrayna, Avstriya, Gürcüstan, Hollandiya, Türkiyə, Birləşmiş Ərəb
Əmirlikləri və
Amerika Birləşmiş
Ştatları daxildir.
Xatırladaq ki, ilin əvvəlində Prezident İlham Əliyev bu il “Formula-1” Azərbaycan
Qran-pri yarışının
təşkili və keçirilməsi ilə bağlı ölkəmizə
gələcək əcnəbilər,
vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi
haqqında sərəncam
imzalamışdı. Bu da onu təsdiqləyir
ki, Azərbaycan dövləti yarışları
izləmək üçün
ölkəmizə gəlmək
istəyən azarkeşlərə
hərtərəfli imkanlar
yaradır.
Yarışlara 68 ölkədən bilet alınıb
Yarışları izləmək
üçün 68 ölkədən
bilet alışı onu təsdiq edir ki, bu
il də “Formula-1” mərhələsini izləmək
üçün ölkəmizə
gələnlərin sayında
artım olub. Çünki kiçik müqayisə
bunu təsdiq edir.
İlk dəfə, yəni,
2016-cı ildə Bakıda
keçirilən Avropa
Qran-prisini izləmək
üçün ölkəmizə
30 min tamaşaçı gəlmişdi. 2017-ci ildə isə Azərbaycan Qran-prisini izləməyə gələnlərin
sayı 71, 541 nəfərə
yüksəldi. Bu isə o deməkdir ki, Bakıda baş tutan ikinci “Formula-1” yarışına
2016-cı ildəkindən 30 faiz çox tamaşaçı gəlib.
Yəni,
xaricdən gələn
avtoidman azarkeşlərinin
sayı iki dəfə çox olub. Ümumilikdə isə 65 ölkədən
azarkeş gəlib.
Bu il
isə 68 ölkənin
azarkeşinin Bakıda
“Formula-1” həyəcanını yaşaması turistlərin
sayında artımın
olduğunu təsdiq edir. Bu göstəricilərə
əsaslanaraq deyə bilərik ki, bu yarış Azərbaycanın turizm sənayesinin inkişafı
istiqamətində həyata
keçirilən proqramların
artıq müsbət
nəticələr verdiyini
bir daha göstərir.
“Formula-1”in Azərbaycan nümunəsi
Son illər
beynəlxalq əhəmiyyətli
tədbirlərin keçirilməsi
üçün Bakı
şəhərinin seçilməsi
ölkəmizin nüfuzunun
yüksəldiyini sübut
edir. Çoxsaylı idman tədbirləri,
sərgilər, konfranslar,
Azərbaycan mədəniyyətinin
xarici ölkələrdə
təqdimatı artıq
dünya ictimaiyyətinə
ölkəmiz haqqında
kifayət qədər
dolğun məlumatın
çatdırılması üçün şərait
yaradır.
Azərbaycan Avropa ilə Asiyanı, sivilizasiyaları
birləşdirir, qarşılıqlı
anlaşmanın bərqərar
olması üçün
səylərini gücləndirir.
Mədəniyyətlər, sivilizasiyalar və konfessiyalar arasında zəngin əməkdaşlıq
ənənələri olan
Azərbaycan mötəbər
tədbirlərin keçirilməsi
üçün ideal məkandır. Azərbaycan qədimliklə
müasirliyin qovuşduğu
coğrafi areal olaraq bu məqsədlərə
yönəlmiş mühüm
təşəbbüslərlə çıxış edir.
Əlbəttə ki, bu məqamda Azərbaycanın
təşkilatçılığının
beynəlxalq miqyasda yüksək dəyərləndirildiyi
faktını da xüsusi qeyd etmək lazımdır.
Bir sözlə, təkcə Cənubi Qafqazın deyil, Avropanın tolerantlıq, sülh və inkişaf mərkəzlərindən
biri kimi tanınan Azərbaycan
“Fomula-1” ilə uğur
estafetini davam etdirdi. Ölkəmizin bu mötəbər
idman tədbirini yüksək səviyyədə
keçirmək iddiası
ilə imkanlarının
üst-üstə düşdüyünü
isə xüsusi vurğulamağa ehtiyac yoxdur. Çünki beynəlxalq ictimaiyyət aprelin 27-də start götürən möhtəşəm
idman yarışını
izləməklə bunun
bir daha əyani şahidi olacaq.
Rəşad BAXŞƏLİYEV
Azərbaycan.-
2018.- 29 aprel.- S.1; 6.