Azərbaycanla Böyük Britaniya arasında siyasiiqtisadi əlaqələr yüksək səviyyədədir

 

Azərbaycanda uğurla başa çatan prezident seçkilərinin əsas məziyyətlərindən biri də respublikamızın demokratik dəyərlərə sadiqliyinin növbəti təsdiqi oldu. Əksər mötəbər beynəlxalq təşkilatlar bunu xüsusi qeyd etdilər. Bu gün Prezident İlham Əliyevin ünvanına təbriklər gəlməkdə davam edir. ABŞ Prezidenti Donald Tramp, Almaniya kansleri Anqela Merkel, Böyük Britaniyanın Baş naziri Tereza Mey, Fransa Prezidenti Emmanuel Makron cənab İlham Əliyevi Prezident seçilməsi münasibətilə təbrik ediblər.

Seçkidən sonra Prezident İlham Əliyevin Türkiyədən sonra növbəti xarici səfərini Böyük Britaniyaya etməsi göstərdi ki, demokratiyanı təşviq edən Qərbin mühüm siyasi mərkəzləri ölkəmizdəki prezident seçkilərini təqdir edirlər. Diqqəti çəkən biro idi ki, bu səfər Böyük BritaniyaŞimali İrlandiya Birləşmiş Krallığının Baş naziri xanım Tereza Meyin dəvəti ilə reallaşdı.

Azərbaycan Respublikasının dünyanın müxtəlif qütblərində qərar tutan dövlətlərlə qurduğu ikitərəfli əlaqələr, mehrbiban dostluq və əməkdaşlıq münasibətləri ildən-ilə genişlənərək məzmunca yeni keyfiyyət mərhələsinə qədəm qoyub. Əsas məqamlardan biriodur ki, bu gün iqtisadigeostrateji üstünlüklərindən maksimim yararlanmaqla daha yüksək inkişaf fazasına çatan Azərbaycanın Cənubi Qafqazın lider dövlətinə çevrilməsi bütün dünyada etiraf olunan həqiqətdir.

Azərbaycan Prezidenti ilə görüşən hər bir dövlət və hökumət başçısı, xarici ölkələrin nümayəndə heyətləri, beynəlxalq təşkilatların təmsilçiləri Cənubi Qafqazın əsas söz sahibi olan Azərbaycanla əməkdaşlığa böyük önəm verdiklərini, münasibətləri dərinləşdirməkdə maraqlı olduqlarını birmənalı şəkildə bəyan edirlər. Çünki hər biri Azərbaycanın etibarlı tərəfdaş olduğunu, dünyanı təhdid edən qlobal problemlərin həllinə böyük töhfələr verdiyini görür və qəbul edir. Digər tərəfdən, Azərbaycanın gənc müstəqil dövlət kimi əldə etdiyi nailiyyətlər genişmiqyaslı və sanballıdır. Bu uğurlar ölkəmizin dünya birliyində böyük nüfuz qazanmasına, sivilmodern dövlətlərlə bir sırada dayanmasına zəmin yaradıb, respublikamızın beynəlxalq rəydə artan imicə malik olmasını təmin edib. Azərbaycan Prezidenti İlham Əliyevin bu günlərdə Böyük Britaniyaya etdiyi səfər bunları bir daha təsdiq etdi.

Böyük Britaniya Azərbaycanın müstəqilliyini 1991-ci ilin dekabrında tanıyıb. İldən-ilə iki ölkə arasındakı münasibətlər daha da dərinləşib. İki ölkə arasında hazırkı siyasi münasibətlərin təməli ulu öndər Heydər Əliyevin Birləşmiş Krallığa 1994-cü və 1998-ci illərdə həyata keçirdiyi səfərləri zamanı qoyulub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Birləşmiş Krallığa səfərləri yüksək səviyyəli siyasi dialoqun gücləndirilməsinə və ikitərəfli əməkdaşlığın daha da inkişaf etdirilməsinə öz töhfəsini verib. Bu gün iki ölkə arasında yüksək səviyyəli siyasi, iqtisadi və mədəni münasibətlər mövcuddur. Bu ölkə Azərbaycanın ərazi bütövlüyünü daim dəstəkləyir. Birləşmiş Krallıq Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq ictimaiyyət tərəfindən qəbul olunmuş hüququn norma və prinsipləri əsasında, sülh yolu ilə həllinin tərəfdarıdır və ATƏT-in Minsk Qrupu tərəfindən göstərilən səylərə dəstəyini ifadə edir. Bu gün Azərbaycanla Birləşmiş Krallıq arasındakı əlaqələri bütövlükdə strateji xarakterli münasibətlər adlandırmaq olar.

Britaniyanın BP şirkəti 1994-cü ildə imzalanan “Əsrin müqaviləsi”ndə yer alan əsas xarici neft şirkətlərindən biridir.

Bütövlükdə ötən 23 ildə BP Azərbaycanın neft-qaz sektorunun inkişafı və modernləşdirilməsinə verdiyi mühüm töhfələr vasitəsilə enerji sənayesində Azərbaycanın əsas tərəfdaşı olaraq qalmaqdadır. Bu tərəfdaşlıq nəticəsində Böyük Britaniya Azərbaycana ən çox investiysiya yatıran ölkəyə çevrilib. Hansı ki, bu investisiyalar ölkəmizdəki bütün xarici investisiyaların təxminən 50 faizini təşkil edir. Bunun da nəticəsində Britaniya Azərbaycanda ən böyük xarici investor ölkə statusunu qoruyur. Ümumilikdə isə Azərbaycanda Britaniyanın təxminən 400-ə yaxın şirkəti fəaliyyət göstərir, həmçinin Bakıda xeyli Britaniya vətəndaşı yaşayır.

“Əsrin müqaviləsi”ndən sonra Azərbaycanın həyata keçirdiyi bütün neft-qaz layihələrində Böyük Britaniyanın BP şirkəti iştirak edib. Prezident İlham Əliyevin Böyük Britaniyaya bu səfəri də iki ölkə arasında enerji sahəsində əməkdaşlıqla bağlı yeni mərhələnin əsasını qoydu.

Böyük BritaniyaŞimali İrlandiya Birləşmiş Krallığının Baş naziri xanım Tereza Mey Azərbaycan Prezidentinin bu səfərinin iqtisadi və ticarət, enerji, təhlükəsizlik məsələlərinin müzakirəsi üçün yaxşı imkan yaradacağını bildirdiSOCAR-la BP şirkəti arasında imzalanacaq sazişin əməkdaşlığın genişləndirilməsi baxımından önəmini vurğuladı. Tereza Mey Azərbaycanın Əfqanıstanda sülhməramlı əməliyyatlarda iştirakına və verdiyi dəstəyə görə minnətdarlığını bildirdi.

Prezident İlham Əliyev qeyd etdi ki, Azərbaycanla Böyük Britaniya arasında ikitərəfli münasibətlərin gündəliyi çox genişdir və ölkələrimiz müxtəlif istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi, enerji, ticarət, sərmayə qoyuluşu sahələrində fəal əməkdaşlıq həyata keçirir. Hazırda ticarət əlaqələrinin genişləndirilməsi və şaxələndirilməsi istiqamətində fəal aparıldığını, bunun üçün böyük potensialın olduğunu bildirən dövlət başçısı Böyük Britaniyanın bir çox şirkətlərinin Azərbaycanda uzun illərdir ki, fəaliyyət göstərdiyini, SOCAR-BP əməkdaşlığı strateji xarakter daşıdığını diqqətə çatdırdı. İkitərəfli münasibətlərimizin tərəfdaşlıq əlaqələrinə əsaslandığını Prezident İlham Əliyev onun Böyük Britaniyaya səfərinin əməkdaşlığımızın genişləndirilməsi işinə xidmət edəcəyinə əminliyini ifadə etdi.

Sonra Prezident İlham Əliyevin və Baş nazir Tereza Meyin iştirakı ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti - SOCAR, “BP Exploration (Azerbaijan) Limited” şirkəti və SOCAR-ın Ortaq Neft Şirkəti arasında Xəzər dənizinin Azərbaycan sektorunda D230 perspektiv blokunun birgə kəşfiyyatı və işlənilməsi üzrə hasilatın pay bölgüsü haqqında saziş imzalandı.

D230 bloku Xəzər dənizində Bakının şimal-şərq istiqamətində təxminən 135 kilometr məsafədə yerləşir. Blok təxminən 3200 kvadratkilometr ərazini əhatə edir. Blokun məhsuldar laylarının gözlənilən dərinliyi təxminən 3500 metrdir. 25 illik müddəti əhatə edən sazişə əsasən, BP 50 faiz işitrak payına malik olmaqla kəşfiyyat dövründə operator olacaq, iştirak payının digər 50 faizi isə SOCAR-a məxsus olacaq.

Azərbaycan öz tərəfdaşı kimi Böyük Britaniya ilə ikitərəfli əlaqələrin daha da inkişaf etdirilməsinə mühüm əhəmiyyət verir. Eyni zamanda Birləşmiş Krallıq da ölkəmizlə münasibətlərin dərinləşməsində maraqlıdır. Azərbaycan Prezidentinin Londona səfəri və imzalanan yeni neft sazişi bunu təsdiq etdi. Bu neft sazişi həm də onu təsdiq edir ki, Azərbaycan tam müstəqil enerji siyasəti həyata keçirir. Digər tərəfdən, həyata keçirilən neft layihələri həm də Azərbaycanın iqtisadi müstəqilliyinin və inkişafının təməlində dayanan əsas faktordur.

 

Rəşad CƏFƏRLİ

 

Azərbaycan.- 2018.- 29 aprel.- S.1;3.