Azərbaycan Respublikasının Prezidenti,
Yeni Azərbaycan Partiyasının sədri
Zati-aliləri cənab İlham Əliyevə
Çox hörmətli cənab
Əliyev.
İcazə verin, Azərbaycanda
keçirilən prezident seçkilərində
qazandığınız inamlı qələbə münasibətilə
Sizi səmimi qəlbdən təbrik edim.
Seçicilərin 86 faizdən
çoxunun səsini qazanaraq əldə etdiyiniz zəfər
Sizin ölkədəki yüksək nüfuzunuzun və Azərbaycanın
inkişafı naminə həyata keçirdiyiniz siyasətə
həqiqətən də ümumxalq dəstəyinin göstəricisidir.
Biz Sizin Moldova-Azərbaycan münasibətlərinin inkişafına verdiyiniz töhfəni yüksək qiymətləndiririk. Rəhbərlik etdiyiniz Yeni Azərbaycan Partiyası ilə sıx və məhsuldar əməkdaşlığın qurulmasına görə Sizə xüsusilə minnətdarıq.
Tam səmimiyyətlə ümid edirəm ki, ölkələrimiz və partiyalarımız arasındakı əməkdaşlığın uğurlu inkişafı gələcəkdə də davam edəcəkdir.
Sizə möhkəm cansağlığı və Azərbaycan xalqının rifahı naminə fəaliyyətinizdə uğurlar diləyirəm.
Hörmətlə,
Zinaida Qreçanı
Moldova Respublikası
Sosialistlər Partiyasının sədri
Azərbaycan.-
2018.- 29 aprel.- S. 2.