Vətəndaşlara Xidmət və Sosial
İnnovasiyalar üzrə Dövlət Agentliyinin yeni sədri
kollektivə təqdim olunub
Aprelin 28-də Azərbaycan
Respublikasının Prezidenti yanında Vətəndaşlara
Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət
Agentliyinin yeni sədri Ülvi Mehdiyev kollektivə təqdim
olunub.
AZƏRTAC xəbər verir ki, yeni
sədri kollektivə Azərbaycan Respublikası Prezidentinin
hüquq mühafizə orqanları ilə iş və hərbi
məsələlər üzrə köməkçisi Fuad
Ələsgərov təqdim edib.
Xatırladaq ki, Ülvi Mehdiyev
Azərbaycan Prezidentinin 2018-ci il 27 aprel tarixli
Sərəncamı ilə Vətəndaşlara Xidmət və
Sosial İnnovasiyalar
üzrə Dövlət Agentliyinin sədri
təyin olunub.
Azərbaycan.-
2018.-29 aprel.- S.3.