Azərbaycanın və Kosta-Rikanın xarici
işlər nazirlərinin görüşü
olub
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ölkəmizdə işgüzar səfərdə olan Kosta-Rikanın xarici işlər naziri Manuel Qonzalez Sanz ilə görüşüb.
Xarici İşlər Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, görüşdə nazirlər ikitərəfli münasibətlərin müxtəlif sahələrdə inkişaf perspektivlərini müzakirə ediblər.
Nazir Elmar Məmmədyarov iki
ölkə arasında dostluğun və əməkdaşlığın
inkişafına verdiyi töhfəsinə
görə həmkarını Xarici
İşlər Nazirliyinin fəxri fərmanı
ilə təltif edib.
Azərbaycan.-
2018.- 29 aprel.- S.5.