Nəsillərə nümunə
Milli qəhrəmanlarımız
Nofəl Zahid oğlu Quliyev - Əli Bayramlı şəhərində doğulub. Cəmi 29 il yaşayıb. Bir müddət Tümen vilayətində işləyib. Bütün bunlar Milli Qəhrəmanın ömür yolundan ən kiçik fraqmentlərdir. Qısa ömrün yaddaqalan məqamları ötən əsrin 90-cı illərindən sonra başladı. Atası Zahid kişi məktublarında yazır ki, hələ Tümendə olanda dəfələrlə Nofəli öz yurduna - Azərbaycana çağırdım.
Hər dəfə də eyni cavabı yazırdı: “İşlərimi
bitirib gələcəyəm, gözləyin”.
İllər ötsə də, Nofəlin vətənə dönüşü gecikirdi.
Amma son məqamda,
daha doğrusu,
90-cı ildə qəti
qərar verdi.
Nofəl bu barədə xatirələrində
belə yazır: “Erməni quldurlarının
vəhşiliyi son həddə
çatmışdı. Tez-tez torpaqlarımızın
işğalı ilə
bağlı xəbərlər
eşidirdim. Artıq dözülməz
bir vəziyyət yaranmışdı. Mütləq vətənə dönməliydim.
Bu barədə atama da yazdım
ki, tezliklə Azərbaycana qayıdacağam.
Amma doğulduğum Əli Bayramlı şəhərinə
yox, yalnız cəbhə bölgələrinə.
O yerlərə ki, orada torpaqlarımızın
taleyi həll olunur”.
Nofəl Azərbaycana qayıdan kimi Daxili İşlər
Nazirliyinin Xüsusi Təyinatlı Polis Dəstəsinə
qəbul olundu. Könüllü olaraq cəbhə bölgəsinə yollandı.
Füzulidə, Goranboyda və
digər qaynar nöqtələrdə döyüş
tapşırıqlarını yerinə yetirməyə başladı. Bircə
məqsədi vardı:
erməni quldurlarından
qisas almaq, itirilmiş torpaqlarımızın
geri qaytarılmasında
var gücünü sərf etmək. Elə ilk günlərdən qabiliyyətinin,
bacarığının nəyə
qadir olduğunu sübut etməyə başladı. Nofəl ən
çətin döyüşlərdə
iştirak edirdi.
Ən qısa müddətdə
ona güclü inam yaranmışdı.
Bunun da səbəbləri vardı. Dəfələrlə ən çətin
əməliyyatlarda Nofəl
axıradək fərqlənə
bilmişdi. Deyirdilər ki,
o, qorxu nə olduğunu bilmir. İrəli getmək üçün
yollar arayır, düşmənin həssas
nöqtələrini seçə
bilirdi. O, heç
vaxt, heç vədə söz verməzdi, əməl etməyə çalışardı.
Və bununla da etimad
qazanardı.
1991-ci il
iyun ayının 15-də
ermənilər güclü
ordu və texnika ilə Todan kəndinə hücum etdilər. Goranboyun bu böyük kəndi ciddi təhlükə qarşısında
idi. Dinc əhalini döyüş
bölgəsindən çıxarıb
təhlükəsiz yerlərə
çatdırmağa ciddi
ehtiyac vardı. Nofəl Quliyev bu çətin
əməliyyatda sona qədər iştirak etdi. Deyir ki, ona sığınan, kömək
istəyən kənd
sakinlərinə yardım
etmək üçün
bütün imkanlarını
səfərbər etmişdi.
Yüzlərlə ailəni - xəstəni,
qocanı ölüm təhlükəsindən qurtarmışdı.
Bu kəndin sakinləri
ona öz xilaskarı kimi baxır, Nofəl Qulieyə daha çox güvənirdilər.
Döyüşlərin qızğın çağında Nofəl
bir neçə dəfə yaralansa da, son məqama qədər döyüş
meydanını tərk
etmədi. O, düşməni
çaşdırmaq üçün
bütün çevik
əməliyyatlardan faydalanırdı.
Nofəl Quliyev cəbhə gündəliyində
həmin günləri
belə xatırlayır:
“Todan uğrunda döyüşlərdə güllə
yağışı ilə
üz-üzə qalmışdıq.
Körpə uşaqları,
köməksiz qocaları
xilas etməyə can atırdıq. Bir məqamı xatırlayıram,
qucağında körpə
uşağını başqa
bir səmtə çatdırmaq istəyən
ana yalvara-yalvara məndən kömək istəyirdi. Onda hiss etdim ki, bu
əlacsız qadının
məndən başqa
güman, hayan yeri yoxdur. Var gücümlə
ona kömək etməyə çalışdım,
amma güllə yağışı bizə
mane olurdu. Belə
döyüşlərdə xilaskar olmaq o qədər çətindir
ki... Vəziyyət nə qədər
gərgin olsa da, məqam tapıb bu ananı
körpəsi ilə birgə xilas etdim, nisbətən təhlükəsiz yerə
çatdırdım. Onda az-çox təsəlli tapdım”.
Milli Qəhrəmanın cəbhə
gündəliyində belə
sətirlər çoxdur
və bu sətirləri həyəcansız
oxumaq olmur. Yüzlərlə
ailəyə kömək
etməyə cəhd göstərən Nofəl
son anda düşmən
gülləsinə tuş
gəlir və bu zərbədən xilas ola
bilmir.
Doğma ocağında - Əli Bayramlıda onu bir övladı gözləyirdi. Hər dəfə təsəlli dolu məktublarında yazırdı ki, mütləq qayıdacağam,
məni gözləyin...
Amma bu dəfə vədinə əməl edə bilmədi. Onu gözləyənlərin gözü
birdəfəlik yolda qaldı.
Bu gün
keçmiş Əli
Bayramlıda - indiki Şirvan şəhərində
bir ailə yaşayır. Və bu ocaqda Milli Qəhrəmanın yadigarı olan yeganə övladı böyüyür. Atasının arzularını, istəklərini
doğrultmaq üçün
kövrək bir ömür yaşayır.
Onu daha ciddi sınaqlar,
atasının varislik
ənənəsini ləyaqətlə
doğrultmaq ənənəsi
gözləyir. Milli
Qəhrəmanın atası
Zahid kişi
deyir ki, müharibə bizə çox zərbələr
vurdu. Torpaqlarımızı, övladlarımızı əlimizdən aldı.
O qədər yadigarlarımızı
itirdik ki... Sayıb-sadaladıqca vahimələnirəm. Bircə onu təsəlli sayıram ki, el-oba belə oğullara
güvənir, onları
sipər bilir. Yoxsa yaşamaq da çətin olar, mübarizə aparmaq da... İnanıram ki, bizim düşmənlərimiz
- erməni quldurları
cəzasız qalmayacaq.
Ona görə ki, bilərəkdən və
qəsdən haqqımızı
pozurlar, torpaqlarımızı
ələ keçirməyə
can atırlar. Biz yalnız özümüzə,
varislərimizə inanırıq.
Ordumuzun gücünə, dövlətimizin
qətiyyətli qərarlarına
arxalanırıq. Bu gün
Milli qəhrəmanları
böyüdən ailələrə,
valideynlərə dövlət
qayğısını, yardımını
hər an hiss edirik və inanırıq ki, ordumuzun gücü, yenilməz mövqeyi düşməni birdəfəlik
susduracaq. Biz yalnız
o günü gözləyirik.
Gözləyirik ki, düşmən
layiq olduğu cavabı alsın.
Bu gün
Şirvan şəhərində
Milli Qəhrəman Nofəl Quliyevin adını daşıyan
məktəbdə yeni
bir nəsil təhsil alır. Onlar hər
gün Nofəlin büstü qarşısında
ayaq saxlayır, ona hörmət və ehtiramlarını bildirirlər. Belə
bir ənənənin
yaşaması, nəsillərin
bir-birinə etibarlı
etimadı bizim qələbəyə inamımızı
birə-beş artırır...
Bəşir ŞƏRİFLİ
Azərbaycan.-
2018.-29 aprel.- S.7.