Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 18 sentyabr tarixli 583 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 31 oktyabr tarixli 840-VQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 18 sentyabr tarixli 583 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, ¹ 9, maddə 598; 2004, ¹ 2, maddə 71, ¹ 12, maddələr 994, 1005; 2005, ¹ 10, maddə 910; 2008, ¹ 11, maddə 970; 2009, ¹ 7, maddə 521, ¹ 12, maddə 983; 2011, ¹ 2, maddə 85; 2015, ¹ 2, maddə 130, ¹ 9, maddə 980; 2016, ¹ 10, maddə 1630; 2017, ¹ 3, maddələr 353, 355; 2018, ¹ 4, maddə 689) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:

1. 10.70-1-ci bənddə “Yaşıllıqların uçotu, kadastrı və monitorinqi” sözləri “mərkəzi və yerli icra hakimiyyəti orqanları və bələdiyyələr tərəfindən təqdim edilən yaşıllıqların uçotumonitorinqi” sözləri ilə əvəz edilsin.

2. Aşağıdakı məzmunda 10.70-2 və 10.70-3-cü bəndlər əlavə edilsin:

“10.70-2. yaşıllıqların uçotumonitorinqi barədə məlumatlar əsasında yaşıllıqların kadastrını aparır, yaşıllıqların müfəssəl siyahısını tərtib edir;

10.70-3. yaşıllıqların salınması üçün faydalı bitki cinsi və növlərini yerli iqlim    şəraiti və torpaqların xüsusiyyətləri nəzərə alınmaqla müəyyən edir;”.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 30 iyul 2018-ci il

 

Azərbaycan.- 2018.-1 avqust.- S.2.