“Yaşıllıqların mühafizəsi haqqında”
Azərbaycan Respublikası Qanununun
icrasının təmin edilməsi barədə” Azərbaycan
Respublikası Prezidentinin 2016-cı il 17 mart tarixli
841 nömrəli Fərmanında dəyişikliklər edilməsi
haqqında
Azərbaycan Respublikası Prezidentinin
Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 31 oktyabr tarixli 840-VQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərara alıram:
“Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun icrasının təmin edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 17 mart tarixli 841 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, ¹ 3, maddə 462) aşağıdakı dəyişikliklər edilsin:
1. 1.1-ci bənd üzrə:
1.1. “7.1-ci (yaşıllıqların mühafizəsinə dövlət nəzarəti, onların uçotu, kadastrı və monitorinqi istisna olmaqla),” sözləri çıxarılsın;
1.2. “işlər” sözündən sonra “, habelə yaşıllıqların uçotu və monitorinqi” sözləri əlavə edilsin;
1.3. “maddələrində” sözü (birinci halda) “maddəsində” sözü ilə əvəz edilsin;
1.4. “digər torpaq sahələrinə” sözlərindən sonra “(bələdiyyə mülkiyyətində olan torpaq sahələri istisna olmaqla)” sözləri əlavə edilsin.
2. 1.3-cü bənddə “uçotu, kadastrı və monitorinqi” sözləri “kadastrı” sözü ilə əvəz edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 30 iyul
2018-ci il
Azərbaycan.- 2018.-1 avqust.- S.2.