Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin fəaliyyətini təmin etmək məqsədilə qərara alıram:

1. “Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin Nizamnaməsi” təsdiq edilsin (əlavə olunur).

2. Aşağıdakılar Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin (bundan sonra - Agentlik) tabeliyinə verilsin:

2.1. Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyinin tabeliyində olan Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzi;

2.2. ləğv edilmiş Azərbaycan Respublikasının Standartlaşdırma, MetrologiyaPatent üzrə Dövlət Komitəsinin tabeliyində olan Respublika Elmi-Texniki Kitabxanası.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

3.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

3.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

3.3. bu fərmanın 5.2-ci bəndinə uyğun olaraq məlumat aldığı gündən on gün müddətində Agentliyin tabeliyində ixtira, faydalı model, sənaye nümunəsi, əmtəə nişanı və coğrafi göstəricilər barədə daxil olmuş iddia sənədlərinin ekspertizasını apararaq patent və şəhadətnamə verilməsi üçün ekspert rəyini hazırlayan, ixtira, faydalı model, sənaye nümunəsi, əmtəə nişanı və coğrafi göstəricilərin ekspertizası sahəsində digər məsələləri qanunvericiliyə uyğun olaraq həyata keçirən, habelə müvafiq məlumatların dərci üçün tələb olunan sənədləri hazırlayan, patent müvəkkillərinin attestasiyasının aparılmasında müvafiq qaydada iştirak edən publik hüquqi şəxs statusluPatent və Əmtəə Nişanlarının Ekspertizası Mərkəzi”ni yaratsın və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

3.4. Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzinin nizamnamə fondunu 300 000 (üç yüz min), Patent və Əmtəə Nişanlarının Ekspertizası Mərkəzinin nizamnamə fondunu isə 500 000 (beş yüz min) manat məbləğində müəyyən etsin;

3.5. bu fərmanın 5.2-ci bəndinə uyğun olaraq məlumat aldığı gündən on gün müddətində Respublika Elmi-Texniki Kitabxanasının işçilərinin say həddini təsdiq etsin;

3.6. Agentliyin strukturunu bir ay müddətində təsdiq etsin;

3.7. “İstehlak bazarına nəzarət, standartlaşdırma, metrologiya əqli mülkiyyət hüquqları obyektlərinin mühafizəsi sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqındaAzərbaycan Respublikası Prezidentinin 2018-ci il 20 aprel tarixli 5 nömrəli Sərəncamının 8.5-ci 8.6-cı bəndlərinə uyğun olaraq Agentliyin balansına verilən dövlət əmlakının qiymətləndirilərək Agentliyin nizamnamə fondunda nəzərə alınması üçün müvafiq təkliflərini üç ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

3.8. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

3.9. bu fərmandan irəli gələn digər məsələləri həll etsin.

4. Müəyyən edilsin ki:

4.1. Agentlikdə təsisçinin səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakılara həvalə edilir:

4.1.1. Azərbaycan Respublikasının Prezidentinə:

1. Agentliyin nizamnaməsinin təsdiq olunması, nizamnamə fondunun miqdarının müəyyən edilməsi;

2. icra orqanının yaradılması, onun səlahiyyətlərinin müəyyənləşdirilməsi bu fərmanın 4.4-cü bəndində nəzərdə tutulmuş səlahiyyətlərin həyata keçirilməsi;

3. Agentliyin yenidən təşkil ləğv edilməsi;

4.1.2. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə:

1. bu fərmanın 4.4-cü bəndində nəzərdə tutulmuş səlahiyyətlərin həyata keçirilməsi;

2. strukturunun illik maliyyə hesabatlarının təsdiq edilməsi;

3. idarə, filial nümayəndəliklərinin yaradılmasına razılıq verilməsi;

4. xalis aktivlərinin dəyərinin 25 faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin) aidiyyəti şəxslə dəyəri publik hüquqi şəxsin aktivlərinin 5 faizini daha çox hissəsini təşkil edən əqdin bağlanmasına razılıq verilməsi;

4.1.3. Agentliyə:

1. inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi;

4.2. Agentliyin ilkin nizamnamə fondu 5 000 000 (beş milyon) manat təşkil edir;

4.3. Agentliyin fəaliyyətinə rəhbərliyi həyata keçirmək məqsədilə İdarə Heyəti yaradılır;

4.4. İdarə Heyətinin tərkibi üç nəfərdən - Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin vəzifədən azad edilən İdarə Heyəti sədrindən Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən vəzifəyə təyin vəzifədən azad edilən digər iki üzvdən ibarətdir;

4.5. Agentliyin işçilərinin say həddi 69 ştat vahididir;

4.6. bu fərmanın 3.3-cü bəndində nəzərdə tutulmuş publik hüquqi şəxsin nizamnaməsinin strukturunun təsdiqini, icra orqanının yaradılmasını, onun səlahiyyətlərinin müəyyənləşdirilməsini nizamnamə fondunun miqdarının müəyyən edilməsini, yenidən təşkil ləğv edilməsini Azərbaycan Respublikasının Nazirlər Kabineti, təsisçininPublik hüquqi şəxslər haqqındaAzərbaycan Respublikası Qanununun 8.2-ci maddəsində qeyd edilən digər səlahiyyətlərini isə Agentlik həyata keçirir;

4.7. bu fərmanın 3.4-cü 4.2-ci bəndlərində nəzərdə tutulmuş vəsait Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyinin ilkin nizamnamə fondunda Patent Əmtəə Nişanları Mərkəzinin nizamnamə fondunda olan vəsait hesabına formalaşır;

4.8. Agentliyin tabeliyində olan Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzinin bu fərmanın 3.3-cü bəndində nəzərdə tutulmuş publik hüquqi şəxsin saxlanma xərcləri fəaliyyəti dövlət büdcəsindən maliyyələşdirilmir;

4.9. Agentliyin tabeliyində olan Respublika Elmi-Texniki Kitabxanasının saxlanma xərcləri fəaliyyəti dövlət büdcəsi qanunla nəzərdə tutulmuş digər mənbələr hesabına maliyyələşdirilir;

4.10. Agentlik dövlət qeydiyyatına alındığı gündənmərkəzi icra hakimiyyəti orqanının statusuna bərabər sayılan dövlət orqanıhüquqi statusuna malik olmuş Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyinin normativ hüquqi aktlarına münasibətdəNormativ hüquqi aktlar haqqındaAzərbaycan Respublikası Konstitusiya Qanununun 7.2-ci maddəsində nəzərdə tutulmuş səlahiyyəti, Agentliyin təklifləri əsasında Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir.

5. Agentlik:

5.1. dövlət qeydiyyatına alınması üçün bu fərmanın qüvvəyə mindiyi tarixdən üç gün müddətindəHüquqi şəxslərin dövlət qeydiyyatı dövlət reyestri haqqındaAzərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Vergilər Nazirliyinə müraciət etsin;

5.2. dövlət qeydiyyatına alındığı gündən bir gün müddətində bu barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin;

5.3. bir ay müddətində Respublika Elmi-Texniki Kitabxanasının əsasnaməsini və strukturunu, həmçinin tabeliyində olan Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzinin işçilərinin say həddini təsdiq etsin;

5.4. bu fərmanın 3.3-cü bəndində nəzərdə tutulmuş publik hüquqi şəxs dövlət qeydiyyatına alındığı gündən bir ay müddətində onun işçilərinin say həddini təsdiq etsin.

6. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

7. “İstehlak bazarına nəzarət, standartlaşdırma, metrologiya və əqli mülkiyyət hüquqları obyektlərinin mühafizəsi sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 20 aprel tarixli 5 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, N 4, maddə 754) 6-cı hissəsi ləğv edilsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 30 iyul 2018-ci il

 

Azərbaycan.- 2018.-1 avqust.- S.3.