Benin Respublikasının
Prezidenti Zati-aliləri
cənab Patris Talona
Hörmətli cənab Prezident,
Benin Respublikasının milli bayramı - Müstəqillik Günü
münasibətilə Sizi
və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən
təbrik edirəm.
Bu əlamətdar gündə
Sizə möhkəm cansağlığı, işlərinizdə
uğurlar, dost xalqınıza
sülh və tərəqqi arzulayıram.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 27 iyul
2018-ci il.
Azərbaycan.- 2018.-1 avqust.- S.1.