96 ölkə,
760 milyon dollarlıq ixrac sifarişi
Son altı ayda Azərbaycandan qeyri-neft sektoruna aid ən çox məhsul Rusiya, Türkiyə, İsveçrə, Gürcüstan
və Niderlanda ixrac olunub
Son iki ildə Azərbaycanda həyata keçirilən
islahatların əsas
istiqamətləri iqtisadiyyatın
şaxələndirilməsini və investisiya qoyuluşunu sürətləndirmək,
neft gəlirlərinin
səviyyəsindən asılı
olmayaraq qeyri-neft sektorunun yüksək inkişaf tempini təmin etmək, ölkəmizin ixrac imkanlarını genişləndirməkdir.
Prezident İlham
Əliyev “Qeyri-neft məhsullarının ixracının
stimullaşdırılması ilə bağlı əlavə tədbirlər
haqqında” 18 yanvar
2016-cı il tarixli sərəncamı,
“Qeyri-neft məhsullarının
ixracının təşviqi
ilə bağlı əlavə tədbirlər
haqqında” 1 mart 2016-cı il tarixli fərmanı
və digər hüquqi sənədlər
göstərdi ki, Azərbaycanda qeyri-neft sektorunun inkişafında artıq yeni mərhələ başlayıb.
6 ayda
qeyri-neft sektoru üzrə ixrac 846,5 milyon dollar olub
Məhz bunun nəticəsidir ki, 2018-ci
ilin son 6 ayı ərzində qeyri-neft sektoru üzrə ixrac 846,5 milyon
dollar təşkil edib.
2017-ci ilin müvafiq dövrü ilə müqayisədə bu ilin yanvar-iyun aylarında qeyri-neft sektoru üzrə ixrac 110,5 milyon
dollar və ya 15 faiz artıb. 6 ay ərzində Rusiyaya 319,9 milyon, Türkiyəyə
180,1 milyon, Gürcüstana
74,1 milyon, İsveçrəyə
69,3 milyon və Çinə 23,9 milyon
dollar dəyərində qeyri-neft
sektoruna aid mal ixrac edilib.
Bu barədə İqtisadi İslahatların
Təhlili və Kommunikasiya Mərkəzinin
təqdim etdiyi “İxrac icmalı”nın iyul sayında məlumat verilir. Əvvəlcə onu vurğulayaq ki, “İxrac icmalı”nın məqsədi sahibkarları
ixracla bağlı maarifləndirmək, yerli
mal və məhsulların
ənənəvi və
yeni bazarlara çıxarılması imkanlarını
artırmaq və beynəlxalq bazarlara inteqrasiya prosesini sürətləndirməkdir.
276,7
milyon dollarlıq meyvə-tərəvəz ixracı
İlin birinci yarısında ixrac edilən qeyri-neft sektoruna aid məhsulların siyahısında
pomidor (140 milyon dollar)
liderliyini qoruyub. Bu siyahıda
qızıl (sikkə
kəsilməsində istifadə
olunmayan, digər emal olunmamış formalarda - 60,7 milyon dollar) ikinci, elektrik enerjisi isə (54,6 milyon dollar) üçüncü olub.
Ümumiyyətlə, 2018-ci ilin
ilk altı ayı ərzində meyvə-tərəvəz
ixracı 276,7 milyon, plastmas və onlardan hazırlanan məmulatların ixracı
71,8 milyon, alüminium
və ondan hazırlanan məmulatların
ixracı 69,7 milyon, qara metallar və
onlardan hazırlanan məmulatların ixracı
37,8 milyon, kimya sənayesi məhsullarının
ixracı 30,7 milyon, pambıq ipliyi ixracı 9,9 milyon dollar təşkil edib.
Ən çox mal ixrac olunan ölkələr siyahısına Rusiya liderlik edir
Ötən ilin müvafiq dövrü ilə müqayisədə
2018-ci ilin ilk yarısında
elektrik enerjisinin ixracı 2,2 dəfə, alüminium və ondan hazırlanan məmulatların ixracı
24,4 faiz, pambıq ipliyinin ixracı 23,3 faiz, meyvə-tərəvəzin
ixracı 20,3 faiz, plastmas və onlardan hazırlanan məmulatların ixracı
13,7 faiz, kimya sənayesi məhsullarının
ixracı 4,4 faiz artıb.
Dövlət Statistika Komitəsinin məlumatına əsasən,
iyun ayında qeyri-neft sektoru üzrə Azərbaycanda ixrac 179 milyon dollar təşkil edib. İyun
ayında qeyri-neft sektoruna aid ən çox mal ixrac edilən ölkələrin
siyahısında ilk beşlikdə
Rusiya (96,7 milyon dollar), Türkiyə
(25,9 milyon dollar), İsveçrə
(12,8 milyon dollar), Gürcüstan
(8,1 milyon dollar) və
Niderland (5,8 milyon
dollar) qərarlaşıb.
Qeyd edilib ki, 2018-ci ilin may ayında olduğu kimi, iyun ayında
da qeyri-neft sektoru üzrə ixracda tomat (pomidor) dəyəri ilə birinci olub (43,2 milyon
dollar). Bu ilin iyun ayında qeyri-neft sektoru üzrə ixracda albalı və gilas (26,8 milyon dollar) ikinci, qızıl (sikkə kəsilməsində
istifadə olunmayan, digər emal olunmamış formalarda - 12,4
milyon dollar) isə üçüncü olub.
“Azərkosmos”
12,7 milyon dollar gəlir əldə edib
Son 6 ayda
“Azərkosmos” ASC tərəfindən
dünyanın 19 ölkəsinə
xidmət (peyk telekommunikasiya xidmətləri
və optik peyk xidmətləri) ixrac edilib. “Azərkosmos”
peyk və telekommunikasiya xidmətlərinin
ixracından 12,7 milyon dollar məbləğində
gəlir əldə edib.
Qurumun xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin
88 faizini təşkil
edib. İyun ayında
isə “Azərkosmos”un
xidmət ixracının
dəyəri 1,6 milyon dollar olub. 2018-ci ilin ilk 6 ayı
ərzində xidmət
ixracının həyata
keçirildiyi əsas
ölkələr Fransa,
Malayziya, BƏƏ, Almaniya,
Gürcüstandır.
Azərbaycana dünyanın
189 ölkəsindən turist
gəlib
Eyni zamanda, “İxrac icmalı”nda məlumat verilib ki, yanvar-iyun ayları ərzində Azərbaycana dünyanın
189 ölkəsindən 1,325 min və ya ötən
ilin müvafiq dövrü ilə müqayisədə 10,2 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.
Son 6 ay ərzində
Azərbaycana gələn
xarici vətəndaşların
bank kartları vasitəsilə
apardıqları əməliyyatların
dəyəri 620,4 milyon manat təşkil
edib. Yəni 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 2018-ci ilin
yanvar-iyun ayları ərzində Azərbaycana
gələn xarici vətəndaşların bank kartları
vasitəsilə apardıqları
əməliyyatların dəyəri
113 milyon AZN və ya 22,3 faiz artıb.
284,4
milyon dollarlıq ixrac sifarişi
Onu da vurğulayaq ki, “Azexport.az” portalına daxil olan ixrac
sifarişləri də
artmaqdadır. Məlumatda qeyd edilir ki,
iyun ayı ərzində portala 34,2 milyon dollar məbləğində ixrac
sifarişləri daxil
olub.
Ümumilikdə isə
2018-ci ilin birinci yarısında portala daxil olan ixrac
sifarişlərinin dəyəri
284,4 milyon dollar təşkil edib. 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 2018-ci ilin
yanvar-iyun aylarında portala daxil olan
ixrac sifarişləri
dəyər baxımından
47,6 faiz artıb. Bu isə
portalın ötən
müddətdə dünya
miqyasında daha çox tanınmasından
qaynaqlanır.
2017-ci ilin yanvar ayından 2018-ci il iyunun 30-dək
“Azexport.az” portalına dünyanın
96 ölkəsindən daxil
olan ixrac sifarişlərinin dəyəri
759,4 milyon dollar təşkil edib. “Azexport.az” həmçinin yeni beynəlxalq elektron satış portalları ilə əməkdaşlığa başlayıb.
İyul ayında “Bir pəncərə” İxraca
Dəstək Mərkəzi
tərəfindən fiziki
və hüquqi şəxslərə bir pəncərə prinsipi əsasında ixracla bağlı tələb olunan sertifikatlar verilib. Sertifikat verilən məhsullar
Rusiya, Türkiyə, İran, İtaliya, İraq, Qazaxıstan, Gürcüstan, Ukrayna, İngiltərə, Sinqapur,
BƏƏ, Çin, ABŞ daxil olmaqla dünyanın
müxtəlif ölkələrinə
ixrac olunub. Hazırda ölkənin qeyri-neft ixracının 10 faizindən
çoxunun sənədləşdirilməsi
“Bir pəncərə”
İxraca Dəstək
Mərkəzində həyata
keçirilir.
15 ixrac
missiyası
Qeyri-neft ixracının artırılması
məqsədilə göstərilən
dövlət dəstəyi
tədbirləri də
bu müddətdə davam etdirilib. İndiyədək 15 ixrac missiyası təşkil olunub, beynəlxalq sərgilərdə
ilkin razılaşmalar
və sifarişlər
əldə olunub, ixrac müqavilələrı
imzalanıb.
Yerli məhsulların
ixracında istehsalçılara
dəstək göstərmək
və ixracatçılar
arasında daimi ünsiyyət platformasını
formalaşdırmaq məqsədilə
yaradılmış İxracatçılar
Klubunun, arıçılar,
nar, fındıq, şərab, çay, süd və s. istehsalçıları və
ixracatçıları assosiasiyalarının
iclasları keçirilib,
yerli şirkətlərə
ixraca dair xidmətlər göstərilib.
Həyata keçirilən
kompleks tədbirlər
nəticəsində ixracın
artım tempi davam edib, kənd təsərrüfatı məhsullarının
ixracı 22 faiz, sənaye məhsullarının
ixracı 27 faiz, xarici iqtisadi fəaliyyət iştirakçılarının
sayı isə 34 faiz artıb.
Xaricdə “Azərbaycan
Ticarət Evi”nin sayı getdikcə artır
İcmalın bu sayında “Bir Pəncərə” İxraca
Dəstək Mərkəzi
və Qida Təhlükəsizliyi Agentliyinin
birgə təşkilatçılığı
ilə “İxrac əməliyyatlarında qida
təhlükəsizliyinin əhəmiyyəti
və rolu” mövzusunda seminar keçirilməsi
ilə bağlı məlumat da əksini tapıb.
Həmçinin “İxrac
icmalı”nın iyul sayında Latviyada “Azərbaycan Ticarət Evi”nin açılması, İxracatçılar
Klubunun növbəti iclasının keçirilməsi
və s. məsələlər
barədə də məlumatlar verilib.
Azərbaycan tərəfdən Latviyaya
164 milyon dollar, Latviya tərəfindən Azərbaycan
iqtisadiyyatına 84 milyon
dollar həcmində sərmayə
qoyulub. Azərbaycanda tikinti, xidmət,
sənaye, rabitə, nəqliyyat, ticarət,
bank və sığorta
sahələrində 40 Latviya
şirkəti fəaliyyət
göstərir.
Bu ilin sonunadək Çinin Şanxay şəhərində
“Azərbaycan Şərab
Evi”, Birləşmiş
Ərəb Əmirliklərində
“Azərbaycan Ticarət
Evi”nin açılması
planlaşdırılır. Çinin paytaxtı Pekində və bir sıra
digər iri şəhərlərində ticarət
və şərab evlərinin yaradılması
nəzərdə tutulur.
Rəşad BAXŞƏLİYEV
Azərbaycan.-
2018.-1 avqust.- S.1; 6.