Görkəmli bəstəkar, Xalq Artisti Xəyyam Mirzəzadə son mənzilə yola salınıb

 

İyulun 31-də Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında Azərbaycanın Xalq Artisti, Dövlət mükafatları laureatı, “Şöhrət” və “Şərəf” ordenli görkəmli bəstəkar Xəyyam Mirzəzadə ilə vida mərasimi keçirilib.

Vida mərasimində dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, elm və mədəniyyət xadimləri, ziyalılar, ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Bəstəkarın tabutu önünə Azərbaycan Respublikasının Prezidenti adından əklil qoyulub.

Cənazənin ətrafına hökumət qurumları və müxtəlif kollektivlər adından da əklillər düzülüb.

Salonda həzin matəm musiqisi səslənirdi.

Xalq Artisti Xəyyam Mirzəzadənin həmkarları, dostları, tanışları, tələbələri, tanınmış mədəniyyət xadimləri axın-axın musiqi akademiyasının binasına gəlir, görkəmli bəstəkara gözəl insana son borclarını verirdilər.

AZƏRTAC xəbər verir ki, mədəniyyət naziri Əbülfəs Qarayev çıxış edərək görkəmli bəstəkar Xəyyam Mirzəzadənin vəfatını böyük itki kimi dəyərləndirib. Azərbaycan mədəniyyətində özünəməxsus yeri xidmətləri olan görkəmli bəstəkarın keçdiyi sənət yolunu xatırladan nazir deyib: “O, bütün ömrünü Azərbaycan musiqisinin inkişafına sərf edib. Bəstəkarın həyat yoluna nəzər salaraq deyə bilərik ki, o, maraqlı yaradıcı insan ömrünü yaşayıb”.

Nazir qeyd edib ki, Azərbaycan bəstəkarlıq məktəbinin görkəmli nümayəndəsi Xəyyam Mirzəzadə musiqi mədəniyyətimizin inkişafında müstəsna xidmətləri olan sənətkarlardandır. Sənətkarın yaradıcılığı Azərbaycanın zəngin musiqi sənəti salnaməsinin parlaq səhifələrindən birini təşkil edir. Vurğulanıb ki, o, dünya musiqi irsinin nailiyyətlərindən uğurla bəhrələnərək müxtəlif janrlarda qiymətli əsərlər yaradıb. Ayrı-ayrı illərdə bəstələdiyi instrumental, vokal, simfonik, xor kamera əsərləri sənətkara şöhrət qazandırıb. Ölkənin musiqi ictimaiyyəti bəstəkarı gözəl nəğmələrin müəllifi kimi tanıyırdı. Onun bəstələdiyi mahnılar uzun illər Azərbaycanın görkəmli ifaçılarının repertuarını zənginləşdirib. Xəyyam Mirzəzadənin respublikamızın hüdudlarından uzaqlarda dünyanın mötəbər salonlarında, böyük orkestrlərdə musiqi festivallarında müvəffəqiyyətlə səslənən əsərləri Azərbaycan musiqisinin təbliği işinə mühüm töhfə olub.

Azərbaycan Bəstəkarlar İttifaqının katibi, Əməkdar İncəsənət Xadimi Zemfira Qafarova Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının prorektoru Nərminə Quliyeva görkəmli sənətkarın həyat yaradıcılığından, pedaqoji fəaliyyətindən insani keyfiyyətlərindən söz açıblar. Qeyd edilib ki, Xəyyam Mirzəzadə çox gözəl pedaqoq idi, tələbələr onu çox istəyirdi. Onun yetişdirdiyi tələbələr nəyinki ölkəmizdə, dünyanın hər yerində Azərbaycanı layiqincə təmsil edirlər. Bildirilib ki, gözəl təşkilatçı olan Xəyyam Mirzazadə təkcə bəstəkarların yox, həm rəssamların, yazıçıların dostu idi.

O, geniş dünyagörüşünə, dərin intellektə malik bir şəxsiyyət idi. Xəyyam Mirzəzadə hər bir məsələyə orijinal münasibəti, öz həyat yolu, sənətə fərdi baxışları ilə seçilirdi. Onun haqqındaBir ömrün fəsilləri: Xəyyam Mirzəzadə - 75” adlı sənədli film çəkilib. Onun əsərləri Avstriya, İngiltərə, Macarıstan, Hollandiya, Almaniya, İtaliya, Fransa digər ölkələrdə ifa olunub. 30-dan artıq kinofilmə 15 dram tamaşasına, estrada caz pyeslərinə musiqi bəstələyib. Onun musiqiləri hər zaman səslənəcək.

Vida mərasimində çıxış edən bəstəkarın oğlu, Xarici İşlər Nazirliyinin Dövlət Protokolu İdarəsinin rəisi Pərvin Mirzəzadə atasının xatirəsinə göstərilən hörmət ehtirama görə Azərbaycan Prezidenti İlham Əliyevə ölkəmizin Birinci vitse-prezidenti Mehriban Əliyevaya minnətdarlığını bildirib.

Vida mərasimi başa çatandan sonra görkəmli sənətkarın cənazəsi son mənzilə yola salınıb.

Mərhum ikinci Fəxri xiyabanda torpağa tapşırılıb.

Allah rəhmət eləsin.

 

Azərbaycan.- 2018.-1 avqust.- S.4.