Sərmayə qoyuluşu artır, yeni iş yerləri
açılır
Qobustanda inkişafı sürətləndirmək üçün bu məsələlərə
diqqət artırılıb
Respublikamızda müşahidə olunan inkişaf tendensiyası digər bölgələrimizlə yanaşı, müstəqilliyimizin yaşıdı və ən gənc rayonlardan sayılan Qobustanda da hiss edilməkdədir. Konkret olaraq 2018-ci ilin birinci yarısının sosial-iqtisadi göstəricilərinə nəzər yetirdikdə mənzərə bir daha aydınlaşır. Rayonda qazanılan uğurlar silsiləsi nəzəri cəlb edir. Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində hazırda rayonda çoxsaylı layihələr icra edilməkdədir. Bunlara nümunə olaraq Qobustan Rayon Mərkəzi Xəstəxanasını, xalça istehsalı emalatxanasını, yun tədarükü və boyaq bitkilərinin tədarükü məntəqələrini göstərmək olar. Qobustan şəhərində 2 nömrəli 100 yerlik uşaq bağçasının tikintisi, mövcud xəstəxana binalarının təmiri və çəkilişi uğurla davam etdirilən 14,5 kilometr uzunluqda Qobustan-Poladlı yolu da bu qəbildəndir.
Şıxzahırlı kəndinin qazlaşdırılmasına və kənddə 96 yerlik modul tipli məktəbin tikintisinə yaxın günlərdə başlanacaq. Əkin sahəsinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, habelə əhalinin içməli suya olan tələbatının ödənilməsi məqsədilə cari ildə Çuxanlı və Sündü kəndlərində 1 ədəd artezian quyusunun qazılması da nəzərdə tutulub.
Ümumilikdə isə yuxarıda qeyd olunan məsələlərin həlli üçün Prezident İlham Əliyev tərəfindən Qobustana 30 milyon manatdan çox vəsait ayrılıb.
Rayon icra hakimiyyətinin başçısı Adil Məmmədov deyir ki, 2018-ci ilin birinci yarısında, demək olar ki, bütün sahələr üzrə uğurlar qazanılıb. Real olaraq ümumi məhsul buraxılışı 17,7 faiz artıb. O cümlədən kənd təsərrüfatında artım 20 faiz təşkil edib. Bitkiçilikdə 6,2 dəfə çox, heyvandarlıqda isə 1 faiz artım baş verib. Rayonun yerli gəlirləri üzrə mədaxil büdcə proqnozu 103,1 faiz icra olunub. Fiziki şəxslərin əməkhaqlarından gəlir vergisi 1,9 faiz, hüquqi şəxslərin mənfəət vergisi 50,7 faiz artıqlaması ilə yerinə yetirilib.
Əhalinin elektrik enerjisi, təbii qaz və içməli su ilə təminatı məsələləri də nəzarətdə saxlanılıb. Rayon əhalisi fasiləsiz elektrik enerjisi ilə təmin olunur. Birinci yarımildə rayonun bir sıra kəndlərində yararsız daşıyıcı elektrik xətt və dirəkləri dəyişdirilib. Qobustan şəhərində “Özünü daşıyan izolyasiyalı naqillərlə” kabelləşmə davam etdirilib. Bununla belə Şıxzahırlı, Ərəbqədim, Nardaran, Göydərə, Nabur, Bəklə və Sündü kəndlərində kabelləşdirmə işlərinə tezliklə başlanılması qərara alınıb.
İnfrastruktur
layihələri arasında qazlaşdırma mühüm
əhəmiyyət kəsb edir. Hazırda
əhali üzrə təbii qazla təminat
93 faizdir. Şıxzahırlı kəndinin
qazlaşdırılmasını bu il təmin olunacaq. Bundan sonra rayon
üzrə qazlaşdırma 96 faizə çatacaq.
Növbəti illərdə Cəngi, Qaracüzlü,
Sədəfli və Təsi kəndlərinin də
qazlaşdırılmasına diqqət ayrılacaq. Onu da qeyd
etmək lazımdır ki, istehlak
edilmiş təbii qazın dəyəri birinci yarımillikdə 99,5 faiz
ödənilib. Ümumi
itki 8,5 faiz təşkil edir ki, bu da
normal göstəricidir.
Əhalinin içməli su ilə təminatı məsələləri Qobustan şəhərində öz həllini tapıb. Şəhərdə hər bir ev 24 saat içməli su ilə təmin edilir. Növbəti mərhələdə rayonun Ərəbqədim, Cəmcəmli və Göydərə kəndlərində də daxili şəbəkənin qurulması, Xilmilli, Sündü, Nardaran, Şıxzahırlı və Cəyirli kəndlərində əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına nail olunması hədəf götürülür. Onu da qeyd edək ki, cari dövrdə əhaliyə verilmiş suyun dəyəri 99,7 faiz, qeyri-əhaliyə verilmiş suyun dəyəri isə 110 faiz ödənilib.
A.Məmmədov bildirdi ki, rayonda əhalinin sosial müdafiəsi və məşğulluq məsələləri də diqqətdə saxlanılır. Bu ilin birinci yarısında 155 nəfər müvafiq işlə təmin olunub. Özəl təsərrüfatlarda da çoxsaylı müvəqqəti iş yerləri açılıb. 33 nəfər ailə özünüməşğulluq proqramına cəlb edilib.
Xalçaçılıq emalatxanası, yeni xəstəxana binası və uşaq bağçası istifadəyə verildikdən sonra isə rayonda təkcə bu müəssisələrdə 200-dən artıq daimi iş yeri açılacaqdır. Həmin iş yerlərindən 90 faizi qadınlar üçün nəzərdə tutulur.
Dövlət başçısının tapşırığı ilə artıq ənənəvi hal almış əhalinin ümumi dispanserizasiyası və sağlamlığının qorunması tədbirləri bu il də davam etdirilib. Ümumilikdə 24 min 810 nəfər tibbi müayinəyə cəlb edilib. 1104 nəfər ambulator, 81 nəfər stasionar, 178 nəfər isə ixtisaslaşmış tibb müəssisəsinə göndərilib, 4 nəfər əməliyyat olunub.
Rayonda yaşıllıqların artırılmasına xüsusi önəm verilir. Birinci yarımillikdə Qobustan şəhərində, Təklə kəndində yol kənarında, “Aqrolizinq” ASC-nin Qobustan Regional Nümayəndəliyinin həyətində və yol kənarında, Cəngi kəndinin girişində salınan parkda, Bölgə Təcrübə Stansiyasının həyətində ümumilikdə 5 mindən artıq müxtəlif növ ağac, 1500-dən çox qızılgül əkilib.
Artıq rayonda
aqroparkın salınmasına da
başlanılıb. Orada 200 başlıq cins mal-qara fermasının tikintisi aparılır. Əraziyə elektrik xətti çəkilir. Aqroparka ayrılmış
sahədə 300 hektar
buğda, 400 hektar arpa əkini aparılıb və biçin yekunlaşıb.
Lakin suvarmada çətinliklər
yaşandığından aqropark
ərazisində məhsuldarlıq
bir qədər aşağı olub.
Aqroparka
14 kilometr məsafədə
yerləşən “Qozluçay”
çayından kanalın
çəkilməsi və
sututarının qurulması
zəruridir. Əgər suyun
əraziyə gəlməsi
təmin edilərsə,
burada əlavə 2
min hektar ərazinin əkin dövriyyəsinə
cəlb edilməsi mümkündür.
Hazırda özəl investisiyanın
cəlb edilməsi hər bir rayon üçün prioritet məsələdir. 2018-ci ilin
birinci yarımilində
Qobustana 33 milyon 231 min
manat özəl investisiya cəlb edilib. Bundan 640 min manat kənd təsərrüfatı, 510 min manat heyvandarlıq, 350 min manat mebel istehsalı,
390 min manat tikinti, 30
min manat ticarət, 850
min manat turizm, 461 min manat isə digər sahələrə
qoyulmuş investisiyalardır.
Bu sahədə işlər davam etdirilir. Bu layihələr
əsasında 76 yeni iş yerinin yaradılması nəzərdə
tutulur.
Aqrar sahəyə dövlət
dəstəyinin gücləndirilməsi
öz bəhrəsini
verir. Məlum olduğu kimi,
kənd təsərrüfatı
istehsalçıları torpaq
vergisi istisna olmaqla bütün vergilərdən azaddırlar.
Bununla yanaşı, fermerlərə
güzəştli şərtlərlə
texnika, toxum, gübrələrin, alaq otları və ziyanvericilərə qarşı
vasitələrin pulsuz
verilməsi təmin edilir, əkinçilərə
yanacaq və motor yağlarına, buğda istehsalına görə subsidiyalar verilir.
Qobustanda sakinlərin fiziki sağlamlığına qayğı
da hər zaman diqqətdədir. Buna görədir ki, ilin birinci yarısında
rayonda idman sahəsində də bir sıra uğurlar
əldə edilib.
4 beynəlxalq, 16 respublika, 14 zona yarışlarında rayondan
379 idmançı iştirak
edib. 53 qızıl,
29 gümüş, 48 bürünc
olmaqla, ümumilikdə
130 medal qazanılıb. Bundan sonra da rayonda
idmanın kütləviliyinin
təmin olunması üçün bütün
zəruri tədbirlərin
görülməsi qərara
alınıb. Gənclərin vətənpərvərliyinin, dövlətə
bağlılığının yüksəldilməsi, zərərli
vərdişlərdən uzaq
olması üçün
lazımi maarifləndirmə
tədbirləri daim davam etdirilir.
Əli SƏLİMOV
Azərbaycan.-
2018.-1 avqust.- S.5.