Tanınmış müğənni və bəstəkar Emin Ağalarova Azərbaycanın Xalq Artisti fəxri adının vəsiqəsi
və döş nişanı təqdim olunub
İyulun 31-də Mədəniyyət Nazirliyində
tanınmış bəstəkar
və müğənni,
“Jara” Beynəlxalq Musiqi Festivalının təşkilatçılarından biri Emin Ağalarova
Azərbaycanın Xalq
Artisti fəxri adının vəsiqəsi
və döş nişanı təqdim olunub.
AZƏRTAC xəbər verir ki, mədəniyyət naziri Əbülfəs Qarayev Prezident İlham Əliyevin müvafiq Sərəncamı
ilə Azərbaycan mədəniyyətinin inkişafında
xidmətlərinə görə
Emin Ağalarovun Xalq Artisti fəxri
adı ilə təltif edildiyini xatırladıb. Nazir deyib ki, Emin
Ağalarov Azərbaycanın
mədəniyyətini təkcə
postsovet məkanında
deyil, bütün dünyada uğurla təmsil edir. Onun ölkəmiz üçün həyata
keçirdiyi layihələr
təqdirəlayiqdir. “Jara”
Beynəlxalq Musiqi Festivalının təşkilatçılığında
Eminin gördüyü
işlər göz qabağındadır.
Əbülfəs
Qarayev Emin Ağalarovu təbrik edərək ona gələcək fəaliyyətində
uğurlar arzulayıb
və Xalq Artisti fəxri adının vəsiqəsini
və döş nişanını tanınmış
müğənni və
bəstəkara təqdim
edib.
Emin Ağalarov Azərbaycanın
Xalq Artisti fəxri adına layiq görülməsindən
məmnunluğunu bildirib,
yaradıcılığına verdiyi yüksək qiymətə görə Prezident İlham Əliyevə minnətdarlığını
ifadə edib. O deyib ki, bir
sənətçinin ala
biləcəyi ən yüksək fəxri adlardan birinə layiq görülməsi onun üçün böyük şərəfdir.
“Jara” barədə danışan
Emin Ağalarov bildirib ki, builki
festivalın proqramı
çox geniş oldu. Bir çox
tanınmış artistlər
özləri bu festivala qatılmaq üçün müraciət
edirdilər. “Jara-2018” çərçivəsində
Heydər Əliyev Mərkəzinin parkında
Rusiyanın MuzTv kanalının təşkilatçılığı
ilə Bakı sakinləri və şəhərin qonaqları
üçün pulsuz
konsert keçirildi. Bu konsert MuzTv-də
canlı yayımlandı.
Builki festival çərçivəsində dörd gün ərzində 250-dən çox
artist çıxış
etdi. Bir gün ərzində 75 ifaçı səhnəyə
çıxdı. Düşünürəm
ki, həm tamaşaçılar, həm
də artistlər çox razı qaldılar. Biz gələcəkdə fəaliyyətimizi
daha da genişləndirəcəyik.
Moskvaya qayıdan kimi artıq növbəti “Jara”nın hazırlıqlarına başlayacağıq.
“Jara-2019” daha maraqlı
və rəngarəng
olacaq.
Azərbaycan.- 2018.-1 avqust.- S. 8.