Azərbaycan ilə Avstriya
arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq
əlaqələri müzakirə olunub
Avqustun 1-də müdafiə sənayesi nazirinin müavini Yəhya Musayev Avstriyanın Federal Nəqliyyat, İnnovasiya və Texnologiya Nazirliyinin əməkdaşlıq təşkilatının müdiri Verner Müllerin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Müdafiə Sənayesi Nazirliyindən (MSN) AZƏRTAC-a bildiriblər ki, görüşdə Yəhya Musayev Azərbaycan ilə Avstriya arasındakı əməkdaşlıq əlaqələrini yüksək səviyyədə olduğunu vurğulayıb. Nazir müavini MSN-in fəaliyyəti barədə nümayəndə heyətinə məlumat verib.
Səmimi keçən görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
Görüşdə Avstriyanın Azərbaycandakı səfiri Aksel Vex də iştirak edib.
Azərbaycan.- 2018.- 2 avqust.- S. 3.