Qəbələ: “Beynəlxalq musiqi festivalında Avropa bəstəkarlarının əsərləri səsləndirilib”

 

İyulun 31-də X Qəbələ Beynəlxalq Musiqi Festivalında Rusiyadan gəlmiş gənc musiqiçilərin iştirakı ilə növbəti kamera konserti olub.

AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Konqres Mərkəzinin kamera zalında keçirilən konsert rusiyalı gənc qoboy ifaçısı Andrey Varlamovun ifasında Fransis Pulenkin qoboy üçün SonatadanElegiya” və “Skertso” hissələrinin səsləndirilməsi ilə başlayıb. İfaçını pianoda beynəlxalq müsabiqələr laureatı Oleq Xudyakov müşayiət edib.

Kamera musiqisi həvəskarlarına, həmçinin Jorj Bize-Frans Vaksmanın “Karmen-Fantaziya”, Vittorio MontininÇardaş”, Kristov Villibaid QlükinOrfeyEvridika” operasından Evridikanın ariyası, Nikolay Rimski-KorsakovunPlenivşis rozoy solovey”, Friderik ŞopeninPolonez”, Ferents ListinMefisto-vals” əsərləri də təqdim olunub.

Konsertdə rusiyalı ifaçılarla yanaşı, azərbaycanlı solist Çinarə Əzimova (soprano) və pianoçu Rəfiqə Quluzadə də çıxış ediblər.

Festivalın proqramına uyğun olaraq, axşam saat 18:00-da musiqisevərlərə Kamera Musiqisi Axşamı təqdim ediləcək. Axşam saat 21:00-da isə X Qəbələ Beynəlxalq Musiqi Festivalının təntənəli açılış mərasimi keçiriləcək.

 

Azərbaycan.- 2018.- 2 avqust.- S.4.