Azərbaycan - əbədiyaşarlıq simvolu

 

Görkəmli Hindistan alimi Arşi Xan öz ölkəsinin “Daily Post” qəzetində “Azərbaycan - əbədiyaşarlıq simvolu” məqaləsi ilə çıxış edib. Arşi Xan Hindistanın Aliqarx İslam Universitetinin incəsənət və sosial elmlər fakültəsinin siyasi elmlər kafedrasının professorudur. O, politologiya və beynəlxalq münasibətləri tədris edir. 1989-cu ildən Orta Şərq və Cənubi Asiyada demokratiya, insan hüquqları, dövlət sistemi, siyasi stabillik, təhlükəsizlik və konfliktlər barədə yazılar yazır. Azərbaycan həqiqətlərini təbliğ edirTarix İnstitutunun təşkil etdiyi beynəlxalq konfransların fəal iştirakçısıdır. Qusar şəhərində keçirilən “XX əsrdə türk-müsəlman xalqlarına qarşı soyqırımları” mövzusunda V Beynəlxalq elmi konfransda məruzə ilə çıxış edib. Azərbaycan Televiziyasının (AzTV) təşkil etdiyi “dəyirmi masada dünya tarixçilərinin soyqırımlarına dair beynəlxalq əlaqələndirmə mərkəzinin A.A.Bakıxanov adına Tarix İnstitutunda yaradılmasının qızğın tərəfdarı olub. Gəncədə keçirilən “Azərbaycan Xalq Cümhuriyyəti: Azərbaycan dövlətçilik tarixinin parlaq səhifəsi” mövzusunda beynəlxalq elmi konfransa gələrkən yolda ağır avtomobil qəzasına düşüb. Hazırda müalicə alır. Qusarda keçirilən beynəlxalq konfransdan qayıtdıqdan sonra haqqında danışılan “Azərbaycan - əbədiyaşarlıq simvolu” məqaləsini yazıb. Arşi Xanın Hindistanın “Daily Post” qəzetinin 3 iyun 2018-ci il tarixli nömrəsində çap olunan məqaləsini diqqətinizə təqdim edirik:

Azərbaycan Respublikası Qafqaz, Xəzər dənizi, Rusiya, Mərkəzi Asiya və Yaxın Şərq coğrafiyasında strateji mövqeyə malikdir. Bura bir neçə zəngin sivilizasiyalar məskəni olmasına baxmayaraq, azərbaycanlılar mədəniyyət, davranış, rəftar, ticarət, dil və əxlaq baxımından öz kimliklərini qoruyub saxlamışlar. Hələ amerikalıların neft haqqında təsəvvürü belə olmayanda Bakıda neft istehsal edilirdi. ABŞ öz ərazisində neft tapmağa çalışarkən Bakıda neft lampalarından istifadə olunurdu. Azərbaycan dünyada neft və təbii qazla zəngin olan ölkələr sırasına daxildir. Azərbaycan Şərq-Qərb və Şimal-Cənub enerji dəhlizlərinin əsas iştirakçılarından biridir. 2013-cü ilin sonunda bağlanmış müqavilələrə əsasən Transanadolu Qaz Boru Kəməri (TANAP) və Transadriatik Boru Kəməri (TAP) vasitəsilə Azərbaycanın təbii qazı “Şahdəniz” platformasından Türkiyəyə və Avropaya nəql ediləcək. Beləliklə, Azərbaycan Respublikası Avropa ölkələrinin enerji təhlükəsizliyini təmin edən əsas dövlətlərdəndir. Zəngin təbii sərvətlərə malik olmaqla yanaşı, Azərbaycan Respublikası dünyanın idmanturizm mərkəzinə çevrilməkdədir. Azərbaycan BMT, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (Türk Şurası), Avropa Şurası, ATƏT kimi nüfuzlu beynəlxalq təşkilatların, Qoşulmama Hərəkatının üzvüNATO-nun Tərəfdaşlıq proqramının iştirakçısıdır. O, 2011-ci ildə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilmişdir.

1813-cü və 1828-ci illərdə imzalanmış “Gülüstan” və “Türkmənçay” müqavilələri ilə tarixi Azərbaycan torpaqları Rusiya imperiyası və Qacarlar İranı arasında iki yerə parçalanmışdır. Şimali Azərbaycan Rusiya imperiyasının tərkibinə qatılmışdır. 1917-ci ildə Rusiyada çar hökumətinin süqutundan sonra hakimiyyətə gəlmiş bolşeviklər keçmiş imperiyanın sərhədlərini bərpa etməyə çalışmışdılar. Bolşeviklərin inqilabi ideyalarından ilhamlanmış ermənilər “Böyük Ermənistan” yaratmaq ideyasını həyata keçirmək üçün 1905-1906-cı illərdə olduğu kimi, azərbaycanlılara qarşı kütləvi qanlı qırğınlar törətmək planını həyata keçirdilər. Hələ Birinci rus inqilabı dövründə (1905-1907) erməni millətçi “Daşnaksütyun” partiyası Bakıda, İrəvanda, Naxçıvanda, Zəngəzurda, ŞuşadaŞimali Azərbaycanın digər bölgələrində yaşayan ermənilər arasında millətçilik toxumu səpməyə başladılar. Bunun nəticəsində onlar azərbaycanlılar yaşayan yüzlərlə yaşayış məskənini dağıdaraq yerlə-yeksan etdilər, minlərlə dinc sakin qəddarcasına qətlə yetirildi.

XIX əsrin sonu - XX əsrin əvvəllərində Bakıda neft sənayesinin sürətli inkişafı ermənilərin bu şəhərə kütləvi şəkildə axınına səbəb oldu. Rusiya imperiyasının başlıca sənaye şəhərlərindən biri olan Bakının sənaye proletariatı arasında 1917-ci ildə inqilabi coşqunluq yarandı. XX əsrin əvvəllərində sayca əhəmiyyətli dərəcədə artmış erməni fəhlələri Bakıda sosialist hərəkatında fəal iştirak edirdilər. 1917-ci il dekabr ayının 16-da Rusiya bolşeviklərinin lideri V.Lenin milliyyətcə erməni olan Stepan Şaumyanı Qafqazın fövqəladə komissarı təyin etdi. Qafqaz bolşeviklərinin rəhbəri olan S.Şaumyan Azərbaycanda sovet hakimiyyətini qurmaq pərdəsi altında “Daşnaksütyun” partiyası ilə birlikdə düşünülmüş şəkildə azərbaycanlılara qarşı soyqırımı siyasətini həyata keçirməyə başladı. Bu dövrdə Bakıda və Şimali Azərbaycanın digər bölgələrində fəal olan azərbaycanlıların “Müsavat” Partiyası müstəqil Azərbaycan xalqı adından çıxış edirdi. Bu, bolşeviklərlə daşnakları Azərbaycan xalqına qarşı birgə fəaliyyət göstərməkdə daha da yaxınlaşdırdı. Beləliklə, 1918-ci ilin yazında Azərbaycan xalqına qarşı törədilmiş soyqırımı S.Şaumyanın rəhbərlik etdiyi Bakı Sovetinin və “Daşnaksütyun” partiyasının Azərbaycanın müstəqilliyinə qarşı yönəlmiş birgə fəaliyyətinin nəticəsi idi. Bolşevik-daşnak erməni caniləri onlara zidd çıxanlara qarşı törətdikləri hər cür qəddarlığa bəraət qazandırmaq üçün inqilab pərdəsi altında öz cinayət əməllərini həyata keçirirdilər. Onlar insanlığa qarşı düşünülmüş bu planlarına başlıca olaraq azərbaycanlıları qurban verməklə nail olmaq istəyirdilər. Bu, Hindistandakı ingilislərin hiylə və yalan siyasəti, Osmanlı dövləti və ərəb ölkələrindəki ingilis və fransız ünsürləri sayəsində mümkün olmuşdu. Digər tərəfdən, Rusiya daim erməniləri türklərə qarşı qızışdırır və silahlandırırdı ki, bu da Türkiyənin şərqində 250 min - 300 min türkkürdün soyqırımı ilə nəticələndi. On illər boyunca Britaniya Amerika missionerləri diplomatik kanallar da bu ermənilərə yardım göstərib. İngilis fransız konspiratorları ərəb döyüşçülərini Ərəbistandakı türklərə qarşı qızışdırır silahlandırırdılar. Britaniya Hindistan müsəlmanlarını sıxışdırır Osmanlı dövlətini parçalamaq üçün əlindən gələni edirdi.

Stepan Şaumyanın etirafına görə, Bakıda dinc azərbaycanlıların soyqırımında Bakı Sovetinin 6000 silahlı əsgəri Daşnaksütyunpartiyasının 4000 silahlısı iştirak etmişdir. Ermənilər azərbaycanlıların şəhərdə rusları kütləvi şəkildə qətlə yetirməsi barədə şayiə yaymışdılar. Bakının Xəzər dənizi körfəzində lövbər salmış Rusiya hərbi gəmiləri şəhərin azərbaycanlılar yaşayan məhəllələrini atəşə tutmağa başladılar yalnız rus dənizçiləri azərbaycanlıların bircə rusa belə toxunmadığını görəndə atəş dayandırıldı. 1918-ci il martın 30-da erməni-bolşevik birləşmələri Bakını gəmilərdən yaylım atəşinə tutdular. Sonra isə silahlı ermənilər azərbaycanlıların evlərinə hücum edərək onları amansızcasına qətlə yetirməyə başladılar. Martın 31-də aprelin ilk günlərində qırğın daha qəddarcasına həyata keçirildi. Minlərlə dinc azərbaycanlı yalnız milli mənsubiyyətinə görə öldürüldü. Bu dövrdə bolşevik-daşnak birləşmələri Bakıda 20 mindən çox dinc azərbaycanlını qətlə yetirdilər. İnsanlar evlərində diri-diri yandırılır, öldürülür görünməmiş amansızlıqla işgəncələrə məruz qalırdılar. Bu qanlı hadisələr Bakı quberniyasının digər qəzalarında da baş vermişdi. Nəticədə, 1918-ci ilin aprel-may aylarında Quba qəzasında 16 mindən çox azərbaycanlı son dərəcə qəddarlıqla qətlə yetirilmişdi. Ümumilikdə, Quba qəzasında 167 kənd dağıdılmışdı ki, onlardan 35-i bu gün artıq mövcud deyil. 2007-ci ildə Azərbaycanın Quba rayonunda aşkar olunmuş kütləvi məzarlıq azərbaycanlıların ermənilər tərəfindən soyqırımına məruz qaldığını təsdiq edir. Məzarlıq ərazisinin tədqiqi göstərdi ki, 1918-ci ildə Qubada ermənilərin silahlı hücumu zamanı əhaliyə qarşı görünməmiş zorakılıq tətbiq olunmuş onlar xüsusi qəddarlıqla öldürülmüşlər. Toplu məzarlıqda kütləvi surətdə qətlə yetirilmiş minlərlə yerli əhalinin qalıqları vardı. Türk-müsəlman əhali ilə bərabər, erməni qüvvələri yerli yəhudi ləzgiləri öldürmüşlər. Qısa bir zamanda bolşevik-daşnak hərbi birləşmələri Bakı quberniyasının Şamaxı, Lənkəran, Göyçay qəzalarında da kütləvi qırğınlar törətmişlər. Ümumilikdə, 50 mindən çox azərbaycanlı bu qanlı cinayətin qurbanı olmuşdur. 1918-ci ilin yazında erməni-daşnak bolşevik silahlı birləşmələri tərəfindən azərbaycanlılara qarşı törədilmiş kütləvi qırğınlar Azərbaycan Respublikasında hər il martın 31-də Azərbaycanlıların Soyqırımı Günü kimi yad edilir.

Çar hökuməti devrildikdən sonra - 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti öz müstəqilliyini elan etməklə müsəlman dünyasında ilk demokratik dövlət oldu. 1920-ci ildə respublika diktator rejimi dövründə insan tələfatına, didərginliyə və dağıntılara məruz qalmış Azərbaycan xalqının istəklərinə zidd olaraq bolşevik qüvvələri tərəfindən işğal olundu. Müasir Azərbaycan Respublikası 30 avqust 1991-ci ildə dövlət müstəqilliyini elan etdi. Müstəqilliyini bərpa etməzdən əvvəl, 1988-ci ildə Azərbaycanın ayrılmaz hissəsi olan Dağlıq Qarabağ bölgəsində Ermənistan tərəfindən dəstəklənən ermənilərin separatçılıq hərəkatı baş qaldırdı. Beləliklə, ermənilər yalan, hiylə və güc tətbiq etməklə Azərbaycan ərazilərini zəbt etmək siyasəti həyata keçirməyə başladılar. 1991-ci ilin sentyabrında erməni separatçıları Azərbaycan Respublikasının keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətini (DQMV) qeyri-qanuni olaraqArsax Respublikası” elan etdilər. Lakin bu qondarma qurum heç bir dövlət və beynəlxalq təşkilat tərəfindən tanınmadı, çünki beynəlxalq aləm Azərbaycan Respublikasının ərazi bütövlüyünü və Dağlıq Qarabağ bölgəsini onun ayrılmaz hissəsi olduğunu artıq qəbul etmişdi. Buna baxmayaraq 1991-1994-cü illərdə Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsi və onun ətrafında olan yeddi rayon Ermənistan silahlı qüvvələri tərəfindən işğal olundu. Bir milyona qədər insan öz vətənlərində qaçqına çevrildi. Lakin Ermənistanın Azərbaycan torpaqlarının işğalına, Azərbaycan xalqına qarşı törətdiyi soyqırımlara Qərb dövlətləri bugünə kimi susurlar, uzun illər davam edən və heç bir nəticəsi olmayan ikitərəfli sülh danışıqlarına çağırışlardan başqa heç bir əməli görmürlər.

Bu gün Azərbaycan Respublikasının dünyanın bütün qitələrində diplomatik nümayəndəlikləri fəaliyyət göstərir. Sosial-iqtisadi inkişaf göstəricilərinə görə Azərbaycan Respublikası Cənubi Qafqaz regionunun lider dövlətidir.

 

Azərbaycan.- 2018.- 2 avqust.- S.6.