Azərbaycan təcrübəsi bir çox ölkələr üçün nümunə göstərilir

 

İlham Əliyevin yeni inkişaf konsepsiyası ölkəmizdə sosial dövlət modelinin fundamental əsaslarını formalaşdırıb

 

Hər bir dövlətin əsas funksiyalarından biri əhalinin sosial müdafiəsini təşkil etmək, maddi nemətlərin ədalətli bölgüsünə nail olmaq, daxili siyasətin sosialyönümlüyünü ön planda saxlamaq, vətəndaşların sosial rifah halını yaxşılaşdırmaq kimi məsələlərdən ibarətdir. İnkişaf etmiş, yaxud inkişaf etməkdə olan dövlətlər xalqlarının sosial rifahını yüksəltməyi hədəf kimi qarşılarına məqsəd qoymuş, öz konstitusiyalarında, qanunlarında bunu təsbit etmişlər.

Əhalisinin sosial müdafiəsinin təmin edilməsi müstəqil Azərbaycan dövlətinin də qarşısında duran strateji vəzifələrdən biridir. Dövlət daim öz vətəndaşına qayğı ilə yanaşır, onun rifahının yüksəldilməsini, sosial problemlərinin həllini prioritet vəzifə kimi görürbu istiqamətdə məqsədyönlü siyasət həyata keçirir.

 

Məqsədyönlü sosial siyasət kursu

 

Prezident İlham Əliyevin sosial sahəyə xüsusi diqqət və qayğısı, imzaladığı fərman və sərəncamlar, qəbul etdiyi qərarlar, iqtisadi gücü daim artan ölkəmizin fəal və məqsədyönlü siyasət kursuna malik olması sosial cəhətdən həssas əhali qruplarının etibarlı müdafiə sistemi ilə əhatə olunmasına şərait yaradıb.

Avqustun 1-də Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsində Qarabağ, Böyük Vətən müharibələri, Çernobıl əlillərinə və şəhid ailələrinə mənzillərin və avtomobillərin verilməsi də bunun bariz nümunəsidir.

Ümumiyyətlə, hər kəsə bəllidir ki, Prezident İlham Əliyev sosial cəhətdən qayğıya ehtiyacı olanların mənzil-məişət şəraitinin yaxşılaşdırılmasını daim diqqət mərkəzində saxlayır. Dövlət başçısının tapşırığı ilə bu istiqamətdə ardıcıl tədbirlər görülür. Müharibə veteranlarına və şəhid ailələrinə qayğı ölkəmizdə dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi həmişə diqqət çəkib. İcra olunan layihələr nəticəsində həmin qəbildən olan minlərlə insanın sosial vəziyyəti gündən-günə daha da yaxşılaşır.

Onu da vurğulayaq ki, dövlətin bu sahədə gördüyü işlərə Heydər Əliyev Fondu da mühüm töhfələr verir. Sosial cəhətdən qayğıya ehtiyacı olan insanların problemlərinin həlli istiqamətində fondun təşəbbüsü və dəstəyi ilə çox mühüm layihələr icra olunur. Fond Qarabağ müharibəsi əlillərinə, sağlamlıq imkanları məhdud uşaqlara, məcburi köçkünlərə, aztəminatlı ailələrə, xüsusi qayğıya ehtiyacı olan kimsəsiz uşaqlara böyük köməklik göstərir.

 

6000-dən çox avtomobil, 5500-dən çox fərdi ev

 

Yeni iqtisadi şəraitə uyğun həyata keçirilən rasional makroiqtisadi siyasət, aparılan köklü islahatlar, sistemli tədbirlər qlobalregional risklərin neytrallaşdırılmasına imkan yaradıb, valyuta ehtiyatlarımız maliyyə risklərinin qabaqlayıcı rejimdə idarə edilməsində əhəmiyyətli rol oynayıb, ölkəmizdə sosial proqramların icrası davam etdirilib.

Son 20 il ərzində şəhid ailələrinə, müharibə əlillərinə 5500-dən çox fərdi ev və mənzil verilmişdir. Altı mindən çox minik maşını hədiyyə edilib. Əlbəttə ki, bu, dövlətin həmin kateqoriyadan olan insanlara qayğısının təzahürüdür və bu siyasət hazırda da davam etdirilir.

Qaradağ rayonunun Lökbatan qəsəbəsində bu kateqoriyadan olan insanlara göstərilən yardıma gəldikdə isə, deyə bilərik ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi “ŞA İnşaatçı” Mənzil Tikinti Kooperativi tərəfindən inşa olunan binadan ümumilikdə 35 mənzili satın alıb. Bu mənzillərdən 23-ü Qarabağ müharibəsi əlillərinə, 12-si isə şəhid ailələrinə verilir. Ümumilikdə 136 vətəndaşa “Khazar LX” avtomobili verilib. Onlardan 110-u ölkəmizin ərazi bütövlüyü və müstəqilliyinin müdafiəsi zamanı əlil olmuş şəxslər, 26-sı isə Böyük Vətən müharibəsi və Çernobıl əlilləridir. “Khazar LX” avtomobilləri Neftçala Sənaye Məhəlləsində fəaliyyət göstərən “Azərmaş” MMC tərəfindən istehsal olunub. Sosial məsuliyyət prinsipləri çərçivəsində şirkət əlavə olaraq 3 avtomobil də təqdim edib.

 

İlin sonunadək təqribən 20 min insan yeni mənzillərlə təmin ediləcək

 

Dövlət başçısı mərasimdə mənzil növbəsində olan insanlara da şad xəbər verdi. Bildirdi ki, ilin sonuna qədər nəzərdə tutulan rəqəm əlavə 170 mənzil və fərdi evdir. Ancaq növbədə hələ təqribən 4 minə yaxın insanın olduğunu nəzərə alan dövlət başçısı əlavə vəsaitin ayrılacağını söylədi. Bu vəsait hesabına isə minimum daha 300 mənzilin alınması ilə bağlı qərar qəbul ediləcək. Beləliklə, ehtiyac içində yaşayan 500-ə yaxın insan ilin sonuna qədər mənzillərlə təmin ediləcək: “Biz çalışmalıyıq ki, bu proqramı tezliklə başa çatdıraq. Əlbəttə ki, buna nail olmaq üçün kifayət qədər maliyyə vəsaiti olmalıdır. Biz imkan daxilində bu vəsaiti təmin edib, təşkil edib sizə mənzilləri təqdim edəcəyik. Hələ də mənzillə təmin olunmayan şəhid ailələri, müharibə əlilləri mütləq mənzillər alacaqlar”.

Bütün bunlar bir daha təsdiq edir ki, sosial cəhətdən həssas əhali qruplarının, o cümlədən əlilliyi olanların, şəhid ailələrinin, müharibə əlilləri və veteranlarının, mina qurbanlarının sosial müdafiəsinin gücləndirilməsi Prezident İlham Əliyevin sosial siyasətinin əsas tərkib hissələrindəndir. Həmin kateqoriyadan olan insanların müvafiq sosial təminat növləri - pensiya, müavinət, Prezident təqaüdü ilə təminatı işləri aparılır, bu ödənişlərin mütəmadi olaraq artırılması təmin edilir. Digər tərəfdən, konkret sosial proqramlarla əlil və şəhid ailələrinin mənzil-məişət şəraiti yaxşılaşdırılır, müharibə əlillərinin minik avtomobilləri ilə təminatı həyata keçirilir. Eyni zamanda, qanunvericilikdə bu təbəqələrdən olanlar üçün bir sıra güzəştlər, əlavə təminatlar əksini tapır.

Bu gün uğurla aparılan sosial siyasət kursu və görülən işlər bir daha təsdiq edir ki, dövlət hər zaman bu kateqoriyadan olan insanların yanındadır. Nəzərə alaq ki, ölkəmizdə müharibədən, işğaldan əziyyət çəkən məcburi köçkün və qaçqın soydaşlarımız var.

Onlar dövlət tərəfindən qayğı ilə əhatə olunurlar. Son illərdə 100-ə yaxın qəsəbə salınıb, 300 minə yaxın məcburi köçkün evlərlə, mənzillərlə təmin edilib. Bu il Qaradağ rayonunun Qobu qəsəbəsində min mənzillik yeni köçkün qəsəbəsi salınıb. İlin sonuna qədər isə 4 min köçkün ailəsi, təqribən 20 min insan yeni mənzillərlə təmin ediləcək.

 

Gələn il sürətli inkişaf ili olacaq

 

Bütün bunlar dövlətin bu cür sosial layihələrə böyük vəsaitlər xərclədiyini aydın göstərir. Prezident bu siyasətin davam etdiriləcəyini vurğulayaraq bəyan etdi ki, həyata keçirilən bütün işlərin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Xüsusilə sosial cəhətdən az müdafiə olunan vətəndaşlar, işğaldan əziyyət çəkmiş, əlil olmuş, yaxınlarını itirmiş insanlar, onların yaşayışı, məşğulluğu, həyat səviyyəsi prioritet məsələdir.

İşğaldanetnik təmizləmədən əziyyət çəkmiş dövlətlər arasında Azərbaycanda bu sahədə görülən işlər ən yüksək səviyyədədir. Bunu beynəlxalq təşkilatlar da, BMT də qeyd edir və Azərbaycan təcrübəsi bir çox ölkələr üçün nümunə kimi göstərilir. Bəlkə də dünyada öz vətəndaşlarına bu qədər qayğı və diqqət göstərən ikinci ölkə yoxdur. Bu, bir daha bizim siyasətimizin niyyətini əks etdirir. Bu siyasət davam etdiriləcək”, - deyə dövlət başçısı vurğuladı.

Son 15 ildə Azərbaycanın qazandığı nailiyyətlər göz önündədir. Valyuta ehtiyatlarımızın 44,3 milyard dollara yüksəlməsi, ölkə iqtisadiyyatına 250 milyard dollar investisiyanın yatırılması Azərbaycanın sosial-iqtisadi inkişafının əyani göstəricisidir. Təbii ki, bu inkişafın təməlində həm düşünülmüş siyasət, həm güclü iradə, eyni zamanda, güclü iqtisadiyyat dayanır. Bu gün tam müstəqil siyasət yürüdən Azərbaycan heç kimdən asılı deyiliqtisadi müstəqillik ölkəmizə böyük dividendlər qazandırıb. Dövlət başçısının söylədiyi kimi, iqtisadi baxımdan 15 il ərzində Azərbaycan qədər inkişaf edən ikinci dövlət yoxdur: “Bütün bu işləri öz daxili imkanlarımız hesabına görürük, heç bir yerdən yardım almırıq, - iqtisadiyyatımız inkişaf edir. Bu il də yaxşı nəticələr olacaqdır. Gələn il daha yaxşı nəticələr olacaq. Artıq ilkin proqnozlar verilibdir. Gələn il sürətli inkişaf ili olacaq. Beləliklə, maliyyə imkanlarımız daha da genişlənəcək və ölkə qarşısında duran əsas vəzifələrin, infrastruktur layihələrinin, eyni zamandailk növbədə sosial məsələlərin həlli üçün biz bu vəsaitdən istifadə edib sizin problemlərinizi həll edəcəyik”.

 

Dövlət hər zaman öz vətəndaşına qayğı ilə yanaşır

 

Əminliklə söyləyə bilərik ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən davamlı və kompleks tədbirlər makroiqtisadi sabitliyin daha da möhkəmlənməsinə, ölkənin dayanıqlı inkişafına, əhalinin həyat səviyyəsinin yüksəlməsinə mühüm töhfələr verir.

Digər tərəfdən, bu siyasətin əsas mahiyyəti aztəminatlı əhali qruplarının dayanıqlı təminat sistemini yaratmaq, bununla da ölkə əhalisinin həyat şəraitinin uzunmüddətli yaxşılaşdırılmasına nail olmaqdır. Son 15 ildə maaşların, pensiyaların, təqaüdlərin, sosial müavinətlərin dəfələrlə artması, işsizlik probleminin getdikcə aradan qaldırılması bunları bir daha təsdiqləyir.

Bütün bunlar sübut edir ki, Azərbaycan dövləti daim öz vətəndaşına qayğı ilə yanaşır, onun rifahının yüksəldilməsini, sosial problemlərinin həllini prioritet vəzifə kimi görürbu istiqamətdə məqsədyönlü siyasət həyata keçirir.

 

Rəşad BAXŞƏLİYEV

 

Azərbaycan.- 2018.-3 avqust.- S.1; 3.