İsrailli pianoçular virtuoz ifaları ilə Qəbələ festivalının proqramına xüsusi ahəng qatıblar

 

X Qəbələ Beynəlxalq Musiqi Festivalı dördüncü gündür ki, musiqisevərləri, şəhərin qonaqlarını bir-birindən maraqlı konsert proqramları ilə sevindirməkdə davam edir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, festival çərçivəsində avqustun 2-də Qəbələ şəhərindəki Heydər Əliyev Konqres Mərkəzinin kamera zalında israilli musiqiçilərin iştirakı ilə “Multipianomusiqisi axşamı təşkil olunub.

Konsertin əvvəlində məlumat verilib ki, “Multipianoİsrailin dörd virtuoz pianoçusunu birləşdirən özünəməxsus piano layihəsidir. 2015-ci ildə “Multipianoİsrailin Mədəniyyət Nazirliyi tərəfindən “Ən yaxşı israilli ansambl” mükafatına layiq görülüb. Multipiano” 2010-2011-ci illərdə Tel-Əviv Universiteti ilə İsrail Filarmonik Orkestrinin ortaq layihəsi olan Buhmann-Mehta Musiqi Məktəbinin nəzdində fəaliyyətə başlayıb. İsrailin üç ən parlaq gənc pianoçusunun və onların rəhbəri – ölkənin ən görkəmli musiqiçilərindən biri Tomer Levin iştirak etdiyiMultipiano” layihəsi fəaliyyətinin ilk illərindən beynəlxalq əks-sədaya səbəb olub.

Musiqi axşamında V.A.Motsartın “Largetto” və “Alleqro”, D.ŞostakoviçinKonsertino”, S.RaxmaninovunRomans” və “Vals”, B.Smetananın “Sonata” və digər Avropa bəstəkarlarının əsərləri səsləndirilib.

İsrailli musiqiçilər Tomer Lev, Berenika Qliksman, Almoq Seqal, Ayal Peleq PelkNimrod Natanel Meiry-Haftelin ifaçılıq məharəti tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

 

Azərbaycan.- 2018.- 3 avqust.- S.6.