Multikulturalizm dövlət siyasətinə çevrilib
Bakı
Beynəlxalq Multikulturalizm
Mərkəzinin təşkilatçılığı
ilə keçirilən
“Bakı Prosesi 10 il: Mədəniyyətlərarası
dialoqun inkişafına
töhfə kimi” VII Beynəlxalq Multikulturalizm Yay Məktəbinin iştirakçıları avqustun
3-də İsmayıllıya gəliblər.
AZƏRTAC
xəbər verir ki, Yay Məktəbinin
iştirakçıları Heydər Əliyev Mərkəzində BBMM-in Himayəçilər
Şurasının sədri,
akademik Kamal Abdullayev, Amerika Birləşmiş Ştatlarının
Azərbaycandakı müvəqqəti
işlər vəkili
Uilyam Gil və rayon icra hakimiyyətinin başçısı Mirdaməd
Sadıqovla görüşüblər.
Görüşdə akademik Kamal Abdullayev çıxış
edərək Azərbaycanın
qədim və zəngin tarixə, multikulturalizm ənənələrinə
malik bir ölkə olduğunu, bu gün multikulturalizmin
dövlət siyasətinə
çevrildiyini diqqətə
çatdırıb. Qeyd edib
ki, Azərbaycan xalqı sülhsevərdir
və ölkəmizdə
çoxlu azsaylı xalqlar dostluq şəraitində yaşayır.
Dünya şöhrətli Azərbaycan şairi Məhəmməd Füzulidən söz açan natiq çıxışında bu bəşəri mütəfəkkirin Allaha müraciətini sitat gətirib. M.Füzuli yazıb: “Sən mənə elə bir imkan ver ki, mən bütün dünya insanlarının qəmini özüm çəkim”. Bu, multikultural təfəkkürə malik bir Azərbaycan şairinin sözləridir.
ABŞ-ın Azərbaycandakı müvəqqəti
işlər vəkili Uilyam Gil çıxış edərək
vurğulayıb ki, Azərbaycan bir sıra etnik
azlıqların azad yaşadıqları
ölkədir. ABŞ-da da etnik qruplar vardır,
lakin onlar miqrant kimi gəliblər.
Azərbaycandakı multikulturalizm dəyərlərinin
öyrənilməsinin xarici
ölkə gəncləri
üçün faydalı
olduğunu deyən Uilyam Gil multikulturalizmin insanları bir araya gətirən dəyər olduğunu diqqətə çatdırıb.
Sonra Yay Məktəbinin iştirakçıları, o cümlədən
portuqaliyalı Joao Mestre,
indoneziyalı İmas
Fuciate, fələstinli
Farah Erekat öz təəssüratlarını bölüşüb, Azərbaycanda
multikultural dəyərlərin
bugünkü dünyamız
üçün nümunə
olduğunu bildiriblər.
Rayon icra
hakimiyyətinin başçısı
Mirdaməd Sadıqov
10-dan çox millətin
yaşadığı İsmayıllıda
insanların bir-biri ilə mehriban və qarşılıqlı
hörmət şəraitində
birgə həyat sürdüklərini diqqətə
çatdırıb. Sonda Yay
Məktəbinin iştirakçıları
malakanların yaşadıqları
İvanovka kəndində
olub, folklor qruplarının çıxışlarını
dinləyiblər.
Azərbaycan.- 2018.- 4 avqust.- S.4.