Ənənəvi sahə olan
çəltikçilik ikinci həyatını
yaşayır
Sitrus meyvələri, çəltik,
çay... Bunlar heç də
hər yerdə bitən, araya-ərsəyə
gələn məhsullar
deyil. Lənkəranın torpağı, havası,
suyu isə onların hamısını
yetişdirməyə qadirdir.
Həm də çayın ən ətirlisini, limonun, portağalın ən ləzizini, çəltiyin
ən bərəkətlisini...
Təəssüf ki, bir müddət
məlum səbəblərdən
bu bitkilərə diqqət azalmışdı. İndi torpaq yenidən canlanıb, unudulmuş sahələr bərpa edilib və onlara öz keçmiş şöhrəti qaytarılır.
Bütün bunlar dövlətin
qayğısı və
əməli köməyi
sayəsində gerçəkləşir.
Prezident İlham Əliyevin bölgəyə səfərləri
kəndli və fermerləri yeni nailiyyətlərə ruhlandırıb.
Odur ki, rayonda sözügedən
sahələrin hər
biri ildən-ilə daha da inkişaf
edir.
Ölkədə aqrar sahənin inkişafına və şaxələndirilməsinə töhfə verən təsərrüfatlardan biri
də Lənkəranda
yeni yaradılmış
“Qreen EAST” MMC-dir. Təsərrüfatın
çəltikçiləri keçən il 100 hektar sahədən 400 tondan çox məhsul götürüblər.
Bu il çəltik
sahələri daha da genişləndirilərək
160 hektara çatdırılıb.
Sahələrdə keyfiyyətli çəltik
yetişdirilir və məhsulun bol olacağı gözlənilir. Hazırda biçin
üçün də
ciddi hazırlıq işləri aparılır.
Texnikaya baxış keçirilir.
Biçinin yüksək səviyyədə
başa çatması
üçün əvvəlcədən
lazımi tədbirlər
görülür.
Azərbaycan.- 2018.- 4 avqust.- S.5.