Qəbələ musiqi festivalında yenilik

 

 

 

 

Azərbaycan regionun klassik musiqi həyatında ən mühüm hadisəyə çevrilən Qəbələ Beynəlxalq Musiqi Festivalı maraqlı rəngarəng proqramla davam edir. 10 illik yubileyi çərçivəsində festival təşkilatçıları yeniliklər həyata keçirməkdədirlər. Belə ki, bu tədbirin tarixində ilk dəfə olaraq festivalda fan-zona fəaliyyət göstərir. Qəbələnd əyləncə mərkəzinin ərazisində yerləşən fan-zonanı turistlər yerli əhali ziyarət edərək Musiqi Festivalı haqqında məlumat alırlar.

Fan-zonada açıq havada zövqlü musiqi rəqslər, müxtəlif hədiyyəli müsabiqələr, fotoşəkillər çəkdirmək üçün xüsusi məkanlar, uşaqlar üçün əyləncələr təşkil olunub. Qəbələnd festivalın keçirildiyi məkanın, Heydər Əliyev adına Konqres Mərkəzinin yaxınlığında yerləşir. Bu isə festivalın qonaqlarına həm konsertlərdən öncə, həm sonra fan-zonaya rahatlıqla gələrək əylənməyə imkan verir.

Qeyd edək ki, festivalın təntənəli açılış mərasimi 31 iyul 2018-ci il tarixdə keçirilib. Festivalda Azərbaycandan, Rusiya, İsrail, ABŞ, İtaliya, Avstriya, İsveçrə, İspaniya Türkiyədən görkəmli musiqiçilər, solistlər, dirijorlar iştirak edirlər.

 

“Azərbaycan”

 

Azərbaycan.- 2018.- 4 avqust.- S.6.