Lənkəranda “Sərhədi xalq qoruyurmövzusunda keçirilən tədbirdə yerli sakinlər mükafatlandırıldılar

 

 

 

 

Azərbaycan Sərhəd Mühafizəsinin 99-cu ildönümü münasibətilə keçirilən tədbirlər sırasında “Sərhədi xalq qoruyurmövzusunda sərhədyanı rayonların sakinləri ilə təşkil olunan çoxsaylı görüşlər xüsusi yer tutur. Bu görüşlərdə sərhəd mühafizəsinin yaranması və inkişafı haqqında geniş məlumatlar verilir, yerli əhalinin dövlət sərhədinin mühafizəsindəki rolu, sərhədçilərlə sakinlərin qarşılıqlı əlaqələrinin əhəmiyyəti mövzusunda söhbətlər aparılır.

“Sərhədi xalq qoruyurmövzusunda daha bir tədbir Lənkəran sərhəd dəstəsində keçirilmişdir. Tədbir iştirakçıları Heydər Əliyev İdeoloji Mərkəzində ulu öndərin həyat və fəaliyyətini əks etdirən zəngin foto-ekspozisiya ilə tanış olmuşdahi öndərin büstü önünə gül dəstələri düzmüşlər.

Dövlət himninin səslənməsi ilə başlanan tədbirdə çıxış edənlər ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı misilsiz xidmətlərindən, dövlət sərhədlərimizin qorunması, Azərbaycan sərhəd mühafizəsinin formalaşması və inkişafı istiqamətindəki xidmətlərindən, böyük dövlət xadiminin müəyyənləşdirdiyi milli sərhəd strategiyasının Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi sayəsində ölkəmizin sərhəd mühafizəsinin ən müasir tələblər səviyyəsinə qaldırılmasından və qazanılmış uğurlardan danışmışlar.

Ölkəmizin sərhədlərinin mühafizəsində ictimaiyyətin də yaxından iştirak etməsi razılıq hissi ilə qeyd edilmiş, bunun xalq və dövlətin vəhdətindən irəli gəldiyi xüsusi vurğulanmışdır.

Lənkəran rayon ictimaiyyətinin nümayəndələri sərhədçiləri qarşıdan gələn peşə bayramı münasibətilə təbrik etmiş, yerli əhalinin dövlət sərhədinin mühafizəsində sərhədçilərə yaxından kömək göstərməsinin böyük əhəmiyyət daşıdığını və yüksək qiymətə layiq olduğunu bildirmişlər.

Daha sonra sərhədlərimizin qorunması işində sərhədçilərə yaxından kömək edən bir qrup yerli sakin qiymətli hədiyyələrlə və fəxri fərmanlarla mükafatlandırılmışlar.

Tədbirin sonunda qəhrəman sərhədçilərdən bəhs edən film nümayiş etdirilmişdir.

 

 

Azərbaycan.- 2018.-5 avqust.- S.3.