Qəbələ: kamera
konsertində dünya şöhrətli bəstəkarların
əsərləri səsləndirilib
Uğurla davam edən X Qəbələ Beynəlxalq Musiqi Festivalının altıncı günündə - avqustun 4-də günorta saatlarında Heydər Əliyev Konqres Mərkəzinin kamera zalında tamaşaçılar Azərbaycanın tanınmış gənc musiqiçilərinin təqdimatında növbəti konsert proqramını izləyiblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, konsertdə P.İ.Çaykovskinin “Violin, violençel və fortepiano üçün trio”, C.Rossininin “Seviliya bərbəri” operasından Fiqaronun ariyası, V.Məmmədzadənin “Simli kvartet”, P.Sarasatenin “Qaraçı nəğmələri”, S.Raxmaninovun “Vokaliz”, V.A.Motsartın “Sonata”, L.Dentsanın “Funiculi Funicula”, E.de Kurtisin “Non ti scordar di me”, Ç.A.Biksionun “Mamma”, F.Bədəlbəylinin “Dəniz” əsərləri səsləndirilib.
Tamaşaçılar 2012-ci ildə
İslam ölkələri arasında
keçirilən beynəlxalq müsabiqənin qalibi,
pianoçu Zuleyxa
Usubovanın, tanınmış violençel
ifaçısı, dəfələrlə xarici
ölkələrdə qastrol səfərlərində
olmuş Əyyub Əliyevin, adları Azərbaycanın
gənc istedadlarının “Qızıl kitabı”na daxil edilən, Prezident
təqaüdünə layiq görülən
violin ifaçıları Anar
Seyidov və Fəridə Rüstəmovanın,
gənc və istedadlı pianoçular Fəqan
Həsənli, Ülviyyə Kazımova və Çinarə Kərimovanın,
beynəlxalq müsabiqələrin qalibi Mahir Tağızadənin (bariton)
və digər musiqiçilərin ifalarını böyük həvəslə dinləyiblər.
Azərbaycan.- 2018.-5 avqust.- S.3.