İndoneziya Respublikasının Prezidenti Zati-aliləri cənab Coko
Vidodoya
Hörmətli cənab Prezident,
Ölkənizdə baş vermiş güclü zəlzələ nəticəsində çoxsaylı insan tələfatı və dağıntılar barədə xəbər məni olduqca kədərləndirdi.
Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün İndoneziya xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı
şəhəri, 6 avqust
2018-ci il.
Azərbaycan.- 2018.- 7 avqust.- S.1.