Dmitri Yablonski: Qəbələ
festivalı Heydər Əliyev Fondunun çox möhtəşəm layihəsidir
Qəbələ Beynəlxalq Musiqi
Festivalı barədə fikirlərimi, təəssüratlarımı
bir neçə cümlə ilə ifadə
etmək çox çətindir. Təkcə onu qeyd
edim ki, bu festival dünyada
keçirilən festivallar içərisində
öz yüksək təşkilatçılığı
və səviyyəsi baxımından ön
cərgələrdə yer alır. Ənənəvi
olaraq hər il
keçirilən bu festivalda
dünyanın ən məşhur musiqi
kollektivləri, kamera və simfonik orkestrlər, dünya
şöhrətli ifaçılar, dirijorlar
iştirak edirlər. Festivaldan festivala konsertlərin sayı da artır. Gün ərzində
iki-üç konsert təşkil olunur. Bu festival Heydər Əliyev Fondunun ən möhtəşəm
layihələrindən biridir,
çox gözəl musiqi bayramıdır.
Mən bu möhtəşəm musiqi layihəsini dəstəklədiyinə görə
Fondun prezidenti, birinci xanım Mehriban Əliyevaya dərin təşəkkürümü
bildirirəm.
Bu sözləri AZƏRTAC-ın
bölgə müxbirinə
müsahibəsində X Qəbələ
Beynəlxalq Musiqi Festivalının bədii
rəhbəri, İsrailin
Yerusəlim Simfonik Orkestrinin dirijoru, dünya şöhrətli
violonçel ifaçısı
Dmitri Yablonski deyib.
Dirijorluq etdiyi orkestrin Qəbələ festivalında
artıq ikinci dəfədir iştirak etdiyini vurğulayan musiqiçi Azərbaycan ilə İsrail arasında dostluq əlaqələrinin mədəniyyət
və incəsənət
sahəsində də
yüksək səviyyədə
olduğunu və buna çox sevindiyini bildirib.
Festivalın bədii rəhbəri deyib: “Adətən xaricdə keçirilən
festivallarda biletlər çox
baha olur. Lakin Qəbələ festivalında belə deyil, ona görə də
bu festivalın dünyada
bənzəri yoxdur. Musiqini
sevən hər bir insan,
Qəbələdə istirahət edən yerli
və xarici qonaqlar
asanlıqla gəlib konsertlərdə iştirak
edə, dünyanın ən məşhur kollektivlərinin,
musiqiçilərinin ifalarını dinləyə bilərlər.
Qəbələ Beynəlxalq Musiqi
Festivalının ən üstün cəhətlərindən
biri də budur”.
Azərbaycan.- 2018.- 7 avqust.- S.5.