Yaxşı işləyən yaxşı
da yaşayacaqdır
Bunu dərk edən ağdaşlılar halal zəhmət sayəsində sosial problemlərinin həllinə nail olurlar
Bu gün Ağdaş pambığı, çəltiyi və müxtəlif növ tərəvəzləri ilə yanaşı, dadına-tamına görə seçilən fərqli meyvələri ilə də məşhurdur. Ağdaş Rayon Kənd Təsərrüfatı İdarəsinin rəisi Elsevər Baxışovun sözlərinə görə, hazırda bu məkanda aqrar sektorun sözün əsl mənasında, çağlayan dövrüdür. Ənənəvi sahələrdən olan baramaçılıqda uğurlar göz önündədir. Taxıl biçini də yekunlaşıb. Hazırda iş gedən əsas sahələr çəltik, pambıq və bağçılıqdır.
Rayon ərazisində 3 min hektara yaxın meyvə
bağları var. Bundan 2 min 500 hektarı bar verən bağlardır. Qalan bağların da gələcəkdə bara düşəsi gözlənilir. Son illər yeni salınan bağlar isə təxminən 65 hektardır.
İqlim
şəraitinə uyğun
olaraq burada alma, armud, nar,
göycə alçası
yetişdirilir. Bundan əlavə,
Ağdaşda daxili bazar təmin olunduqdan sonra qalan meyvələri fermerlər xarici bazarlara çıxarırlar.
Bunların arasında xurma,
nar, heyva xüsusi çəkiyə
malikdir.
Meyvə bağlarının becərilməsinə
fermerlər xüsusi qayğı ilə yanaşırlar. Onların hər biri fəaliyyətlərində
“bağa baxarsan bağ olar, baxmazsan dağ olar” prinsipini əsas götürür.
Aqrotexniki qaydalara əməl
olunmaqla lazımi gübrələrdən qaydasında
istifadə olunur.
Çiçəklərin dərmanlanması, zərərvericilərə qarşı
mübarizə tədbirləri
yüksək səviyyədə
aparılır. Bu tədbirlərin görülməsində
dövlət qurumları
da köməklərini
göstərirlər.
Rayonda bağçılıqla
məşğul olan fermerlərin sayı təxminən iki yüz nəfərə yaxındır. Bunlar təxminən 3, 5 və daha çox
hektarda məhsul becərən insanlardır.
Əlavə olaraq həyətyanı
sahələrində analoji
fəaliyyətlə məşğul
olanlar daha çoxdur.
Fermer Elbrus Cəbrayılovun
Gürcüva kəndi
ərazisindəki bağ
sahəsində olduq. Burada ciddi iş gedirdi.
Meyvə
ağaclarının bol
bəhrəli budaqları
yetişmə dövründə
sınıb yerə düşməsin deyə,
qabaqlayıcı tədbirlər
görülür.
Müsahibimizin dediyinə görə, o, Kənd Təsərrüfatı
Texnikumunu bitirib və meliorator ixtisasına yiyələnib. Lakin həmin
sahədə çalışmayıb.
Əsasən, ticarətlə məşğul
olub. Sonradan torpaq onu çəkib. Beləliklə də bağçılıqla
məşğul olmağı
qarşısına məqsəd
qoyub. Başlıca istəyi geniş
ərazi əldə edərək özünün
nəyə qadir olmasını isbatlamaq idi. Göstərilən səylər özünü
doğruldub. Nəticədə, Gürcüva və Maşad kəndlərində
olmaqla, ümumilikdə,
13 hektara yaxın bağ sahəsi alıb. Bunun da 5 hektarında əkilmiş meyvələr
bir neçə ildir bara
düşüb və
sahibini sevindirib. Əlavə olaraq 5 hektarda da yeni bağ
salıb. Təsərrüfatda əsas üstünlük
xurmaya verilib. Bununla belə, sahədə müəyyən həcmdə
gilas, göycə alçası və digər meyvələr də əkilib.
Ümumilikdə isə fermerin dediyinə görə, bağ bara
düşəndən üzü
bu yana məhsulun
satışında ciddi
problem yaşanmayıb. Bu il də hiss olunan odur ki,
sahədə yaxşı
məhsul var. Bir ağacdan təxminən
80-100 kiloqram məhsul
götürmək mümkündür.
Sadəcə olaraq, hələlik
məhsulu behləyib mövsümündə alası
müştərilərdən xəbər yoxdur. Amma fermer çox da qayğılanmır.
İnanır ki, məhsul
əldə qalmayacaq.
Ən azından çətin vəziyyətdə o, dövlət
dəstəyindən bəhrələnəcəyinə
inanır.
Fermer meyvəçiliklə
yanaşı, heyvandarlıqla
da məşğuldur. 20 baş damazlıq inəyi var. Heyvanlar yerli cinslərdən olsa da, süni
mayalanma yolu ilə onların cins tərkibini daha da yaxşılaşdırmağı
qərara alıb.
Göründüyü kimi, Ağdaşın zəhmət adamları təsərrüfatın fərqli
sahələrində çalışaraq
normal güzəranlarını qurmaq şansı qazanırlar. İqlim şəraitinin əlverişsiz,
torpağın münbitliyinin
az olmasına baxmayaraq, buradakı uğurları görərkən düşünürsən
ki, Ağdaş zəhmətkeşlərindən
öyrəniləsi çox
şey var.
Əli SƏLİMOV
Azərbaycan.- 2018.- 7 avqust.- S.4.