Prezident İlham Əliyev Bəhreyn Krallığının Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

 

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 8-də Bəhreyn Krallığının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Ebrahim Yusuf Al-Abdullanın etimadnaməsini qəbul edib.

 

AZƏRTAC xəbər verir ki, səfir Ebrahim Yusuf Al-Abdulla fəxri qarovul dəstəsinin qarşısından keçdi.

Ebrahim Yusuf Al-Abdulla etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət etdi.

Dövlətimizin başçısı Azərbaycan ilə Bəhreyn arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyini bildirdi. Prezident İlham Əliyev Ebrahim Yusuf Al-Abdullanın səfirlik fəaliyyəti dövründə Azərbaycanın müxtəlif qurumlarının rəhbərləri ilə görüşəcəyinə və bu görüşlərin yaxşı nəticələr verəcəyinə əminliyini ifadə etdi.

Ebrahim Yusuf Al-Abdulla Bəhreynin Kralı Həməd bin İsa Al Xəlifənin salamlarını və xoş arzularını dövlətimizin başçısına çatdıraraq qeyd etdi ki, Bəhreyn Krallığında Azərbaycan xalqının Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə son illər əldə etdiyi uğurlar böyük maraqla izlənilir.

Səfir Ebrahim Yusuf Al-Abdulla ölkələrimiz arasında iqtisadi və ticarət əlaqələrinin genişləndirilməsinin zəruri olduğunu bildirdi, eyni zamanda, mədəni əlaqələrin inkişafının da önəmli olduğunu qeyd etdi.

Azərbaycan ilə Bəhreyn arasında bir çox oxşar məqamların olduğunu bildirən səfir vurğuladı ki, hər iki ölkə öz müstəqilliyinin, ərazi bütövlüyünün möhkəmləndirilməsi, eyni zamanda, sivilizasiyalararası dialoqun təşviqi, sülh və əmin-amanlıq şəraitində yaşaması üçün bütün dünyada səylər göstərir.

Ebrahim Yusuf Al-Abdulla qeyd etdi ki, Azərbaycan Prezidenti və Bəhreyn Kralının əlaqələrimizin inkişafı ilə bağlı göstərdiyi siyasi iradə ikitərəfli münasibətlərimizin inkişafı üçün yaxşı zəmin yaradır və beynəlxalq ictimaiyyətin bizim ölkələrimizə böyük etimadı var.

Səfir onu da bildirdi ki, Azərbaycan postsovet məkanında, Bəhreyn isə Yaxın Şərqdə aparıcı maliyyə mərkəzlərindən biridirbu, iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yaxşı zəmin yaradır.

Dövlətimizin başçısı siyasi əlaqələrin inkişafı üçün geniş imkanların olduğunu qeyd edərək ölkələrimizin beynəlxalq təşkilatlarda bir-birini müxtəlif məsələlər, o cümlədən ölkələrimizin suverenliyi, müstəqilliyi, ərazi bütövlüyü məsələlərində dəstəklədiyini, BMT, İslam Əməkdaşlıq Təşkilatı və digər qurumlarda həmrəylik göstərdiyini məmnunluqla qeyd etdi. Prezident İlham Əliyev Azərbaycanın İslam həmrəyliyi işinə böyük töhfə verdiyinibunun İslam Əməkdaşlıq Təşkilatı tərəfindən yüksək qiymətləndirildiyini bildirərək, keçən il ölkəmizdə “İslam Həmrəyliyi İlinin elan olunduğunuböyük müvəffəqiyyətlə IV İslam Həmrəyliyi Oyunlarının keçirildiyini vurğuladı və qeyd etdi ki, Azərbaycan müsəlman ölkələri arasında birliyin və qarşılıqlı dəstəyin möhkəmləndirilməsi istiqamətində səylərini əsirgəməyəcək. İqtisadi-ticari əlaqələrin, qarşılıqlı ixracatın genişlənməsinin vacibliyinə toxunan dövlətimizin başçısı turizm sahəsində də böyük potensialın olduğunu və Bəhreyndən Azərbaycana gələn turistlərin sayının durmadan artdığını qeyd etdi.

Dövlətimizin başçısı Bəhreynin Kralı Həməd bin İsa Al Xəlifənin salamlarına və xoş arzularına görə minnətdarlığını bildirdi, onun da salamlarını və xoş arzularını Bəhreynin Kralına çatdırmağı xahiş etdi.

 

Azərbaycan.- 2018.- 9 avqust.- S.1.