Zaqatala şəhəri daha cəlbedici olur
Zaqatala hər səfərdə müsbət
cəhətləri ilə
insanı heyran edən məkanlardandır. Bura hansı fəsildə gəlirsən gəl, mütləq yeniliklə tanış olacaqsan. Şübhəsiz ki, görülən
bütün işlər,
yaradılan gözəlliklər
dövlətin maddi dəstəyi sayəsində
mümkünləşir.
Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı
Dövlət Proqramında
nəzərdə tutulan
tədbirlərin, həmçinin
Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə
ayrılmış vəsaitlər
və daxili imkanlar hesabına Zaqatala Rayon İcra Hakimiyyəti tərəfindən
aparılan abadlıq-quruculuq
işləri sosial sahədə mövcud problemlərin həllini əməlli-başlı sürətləndirib.
Rayondakı tikinti-quruculuq işlərində
subpodratçı qismində
çıxış edən
“Təmir, tikinti, abadlıq” MMC-nin iş icraçısı
Sədulla Əfəndiyev
bildirdi ki, Zaqatala şəhərində çoxmənzilli
binaların əsaslı
təmiri və abadlıq-quruculuq işlərinin
davam etdirilməsi üçün rayon icra hakimiyyətinə Azərbaycan
Respublikası Prezidentinin
Ehtiyat Fondundan 3 milyon manat vəsait
ayrılıb. Həmin
vəsait hesabına 1
beşmərtəbəli, 1 dörd və 1 üçmərtəbəli, 17 ikimərtəbəli binalarda
əsaslı təmir
işlərinə başlanılıb.
“Abad həyət” layihəsi
əsasında yaşayış
binalarının həyətində
abadlıq və təmir işlərinə
də start verilib. Hazırda həmin ərazilərdə işlərin
yekunlaşanı da var, son tamamlama işləri aparılanı
da...
S.Əfəndiyev onu dedi ki, Zaqatala şəhərinin baş planına əsasən, 2425 kvadratmetr yaşıllıq sahəsinin salınması, sahəsi 448 kvadratmetr olan idman meydançasının, tamet örtüklü səkilərin, istirahət və uşaq oyun meydançalarının, suvarma və işıqlandırma sistemlərinin quraşdırılması yekunlaşıb: “Şəhərin tarixi mərkəzinin bərpası və yenidənqurulması layihəsinin davamı olaraq küçələrdə həm yerli sakinlər, həm də turistlər tərəfindən cəlbediciliyi ilə seçilən Qala düzünün pilləkənlərində əsaslı yenidənqurma işləri aparılıb. Köhnə pilləkənlər tam müasir və keyfiyyətliləri ilə əvəz olunmaqla yanaşı, onlara yeni dizayn verilib. Pilləkənlərdə yararsız vəziyyətə düşmüş mərmər və travertin üzlük materialı sökülərək qranit üzlüyü ilə əvəzlənib. İşıqlandırma sistemi yenilənib, istinad divarı tikilərək qaya daşı ilə üzlənib. Həmçinin Qala düzü adlanan ərazidəki çoxmənzilli binaların fasadları təmir olunub, “Abad həyət” layihəsi çərçivəsində 6 binanın həyətində gənclərin asudə vaxtlarını səmərəli keçirmələri üçün yaşıllıq sahələri salınıb, idman meydançaları tikilib. Bunlarla yanaşı, bir sıra küçələrdə bardürlər dəyişdirilib, işıqlanma yenilənib və yaşıllıq salınıb, bəzi ərazilərdə isə yağış suyunun axıdılması üçün borular quraşdırılıb. Akademik Zərifə Əliyevanın adını daşıyan bağın qarşısındakı səki zolağında 200 metr uzunluğunda istinad divarları tikilib, yeni bardürlər düzülüb. Şəhərin abadlaşdırılması üçün ayrılmış vəsait hesabına Heydər Əliyev parkında da yenilənmə işləri aparılıb. Parkın daxilindəki işıq sistemləri bütünlüklə yenilənib. Gediş-gəlişin daha da asanlaşması üçün yeni yol açılıb”.
Əli
SƏLİMOV,
“Azərbaycan”
Azərbaycan 2018.- 8 avqust.-
S.3.